Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə108/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   160
Mikroiqtisadiyyat (1)

Her-
findal indeksi 
sxemində göstərilmişdir. 
Bu sxemdə şərti bərabərlik (1=10.000; 2=5.000; 
4=2.500; 10=1.000) əsasında şirkətlərin oliqopoliya rəqa-
bət bazarındakı indeksi öz əksini tapsa da, lakin real hə-
yatda həmin indekslər, hər hansı bir şirkətin real gücünə, 
imkanlarına, mövqeyinə uyğun olmaya bilər. Bu mənada, 
ABŞ-da qarğıdalıdan hazırlanmış qida məhsulları istehsal 
edən 4 iri şirkətin ümumi sahə üzrə payı 83 faiz, təyyarə 


201 
istehsalında 90 faiz, mis filizi istehsalında 95 faizdir. 
Oliqopoliya rəqabət bazarının xarakterik əlamətləri 
kimi aşağıdakılar qeyd olunmalıdır: 
-
istehsal-xidmət sahələrində bir neçə iri şirkət 
üstünlük təşkil edir; 
-
bu iri oliqopoliyalarin istehsal etdikləri məhsullar 
və göstərdikləri müxtəlif təyinatli xidmətlər standart, ya-
xud fərqli (differensial) ola bilər
-
oliqopoliya rəqabəti mühitində fəaliyyət göstərən 
iri şirkətlərin istehsal həcmləri onların sahənin bazar 
təklifinə və qiymətlərin səviyyəsinə təsir göstərməyə im-
kan verir; 
-
həmin şirkətlərin nəhəng miqyaslari, mürəkkəb tex-
niki-texnoloji xüsusiyyətləri, daxili və beynəlxalq iqtisadi-
ticarət əlaqələrindəki üstünlükləri, buraya daxil olmaği 
son dərəcə çətinləşdirir, bəzən isə mümkünsüz edir; 
-
oliqopoliya şəraitində fəaliyyət göstərən şirkətlərin 
və sahələrin məhsul-xidmətlərinə olan tələb əyrisi, inhi-
sarçı rəqabət mühitindəki tələb əyrisinə oxşardır. 
Müasir şəraitdə daxili və xarici bazarlarda öz fəaliy-
yətlərini genişləndirən oliqopoliyaların istehsal həcmi, 
müəyyənləşdirdikləri qiymətlərlə bağlı bir-birilə qarşılıqlı 
əlaqədə olduqlarından, öz mənfəətlərini artırmaq məqsədi-
lə razılaşmalara, hətta bəzi hallarda birləşməyə getsələr 
də, lakin həmişə öz taktikalarını, davranışlarını dəyişmə-
yə, verdikləri sözü pozmağa hazırdırlar. 
c)
Bazar iqtisadi münasibətləri sistemi tarixən icti-
mai əmək bölgüsünün genişlənib-dərinləşməsi, əmtəə-pul 
münasibətlərinin sürətli inkişafı, beynəlxalq iqtisadi-tica-
rət əlaqələrinin yeni sahələri əhatə etməsi təməlində, xüsu-


202 
si mülkiyyət, istehsalçıların iqtisadi sərbəstliyi və rəqabət 
mübarizəsi ilə bağlı formalaşmışdır. 
Müxtəlif ölkələrin təsərrüfat həyatının keçdiyi mürək-
kəb və ziddiyyətli inkişaf yolu təcrübəsi təsdiq etmişdir ki, 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin