232
artan kəmiyyətini göstərir. Bu xərclərin öyrənilməsi,
müəssisə və şirkətin təsərrüfat
fəaliyyəti üçün mühüm
əhəmiyyət kəsb edərək, hər hansı bir istehsalın optimal,
səmərəli variantını müəyyən edir. Müəssisənin və şirkətin
konkret məhsul buraxılışı
ilə onun müxtəlif, xərcləri
arasındakı asılılığı, habelə son
hədd xərcləri ilə bazarda
formalaşan qiymətləri aşağıda verilən cədvəldən görmək
olar:
Məhsul buraxılışı ilə müxtəlif xərclər
arasındakı asılılıq
Məhsul
bura-
xılışı
(ədədlə)
Sabit
xərclər
Dəyi-
şən
xərclər
Ümumi
xərclər
Orta
xərclər
Sabit
orta
xərc-
lər
Dəyi-
şən
orta
xərclər
Son
hədd
xərc-
ləri
Qiy-
mət
0
6.000
0
6.000
-
-
-
-
-
100
6.000
4.000
10.000
100
60
40
40
40
200
6.000
7.000
13.000
65
30
35
30
40
300
6.000
9.000
15.000
50
20
30
20
40
400
6.000
10.000
16.000
40
15
25
10
40
500
6.000
14.000
20.000
40
12
28
40
40
600
6.000
18.000
24.000
40
10
30
40
40
700
600
23.400
29.400
42
8,6
33,4
54
40
Cədvəldə verilən rəqəmlərdən aydın olur ki, son
hədd xərcləri rəqabət şəraitində bazarda formalaşmış qiy-
mətlərdən aşağı olduqda, şübhəsiz istehsalın həcmini artır-
maq mümkündür. Verilmiş konkret misalda bu son hədd
400 ədəd (vahid) həddidir. Əgər
son hədd xərcləri bazar
qiymətindən yüksək olarsa, şübhəsiz istehsal səmərəsiz iş-
ləyəcək, mənfəət olmayacaqdır. Belə halda istehsalı da-
vam etdirmək iqtisadi baxımdan faydalı olmayacaq və
müəssisəyə (şirkətə), habelə sahibkara ziyan vuracaqdır.
233
İstehsalın dəyişən müxtəlif amillərinin hazır məhsu-
lun həcminə nisbətən daha sürətlə artması,
yeni texnika-
texnologiyanın tətbiqi, əmək məhsuldarlığının yüksəldil-
məsi, sahibkarlıq bacarığı, reklam fəaliyyəti kimi müxtəlif
şərtlərlə əlaqədardır. Bütün bu obyektiv-subyektiv amillər
diqqətlə öyrənilib və təhlil olunub elə əməli, praktik məs-
ləhətlər
verilməlidir ki, müxtəlif istehsal sahələrinin ən
optimal
iş rejimi müəyyənləsdirilərək, həyata keçirilsin.
Dostları ilə paylaş: