246
qabiliyyəti olub, işçinin nominal əmək haqqına ala biləcə-
yi müxtəlif istehlak şeyləri və xidmətlərin, yaxud yaşayış
vasitələrinin cəmidir. Bu mühüm göstərici ilk növbədə no-
minal əmək haqqının kəmiyyəti (məbləği)
və ölkədə qiy-
mətlərin enib-qalxması dəyişikliyi (indeksi) ilə bağlıdır.
Deməli, real əmək haqqı nominal əmək haqqı göstəricisi
ilə
düz,
qiymətlərin dəyişməsi ilə
tərs
mütənasibdir.
Məsələn, ölkədə qiymətlərin sabit qaldığı
şəraitdə,
nominal əmək haqqı il ərzində 5 faiz artmışsa, deməli real
əmək haqqının da, 5 faiz yüksəldiyini söyləmək olar.
(Əmək haqqı 5%>Qiymətlərin orta səviyyəsi 0). Əgər il
ərzində işləyənlərin əmək haqqı 7 faiz və ölkədə qiymətlə-
rin də orta səviyyəsi 7 faiz artmışsa, o zaman real əmək
haqqı sabit qalmışdır. (Əmək haqqı 7% = Qiymətlərin orta
səviyyəsi 7% = 1). Nominal əmək haqqının 8 faiz artdığı-
nı, qiymətlərin isə ölkə üzrə orta hesabla 10 faiz yüksəldi-
yini fərz etsək, o zaman real əmək haqqı 2 faiz aşağı düş-
müş olacaqdır. (Əmək haqqı 8%
yəsi 10%). Nəhayət, nominal əmək haqqının sabit qaldığı
halda, ölkədə qiymətlərin artması
prosesi baş vermişsə,
deməli real əmək haqqı azalmış və milli valyutanın alıcılıq
qabiliyyəti zəifləmişdir. Əksinə, nominal əmək haqqının
sabit qaldığı şəraitdə, ölkədə qiymətlərin aşağı düşməsi
müşahidə olunarsa, deməli real əmək haqqı yüksəlmiş və
milli valyutanın alıcılıq qabiliyyəti artmışdır.
Real əmək haqqının səviyyəsinə, nominal əmək haq-
qı və ölkədə qiymətlərin enib-qalxması (indeksi)
amilləri
ilə yanaşı, işçinin ailə tərkibi, kiçik yaşlı uşaqların sayı,
ictimai vəziyyəti, həyat tərzi də, şübhəsiz öz təsirini göstə-
rir. Ümumiyyətlə, qiymətlərin
nisbi sabitliyi şəraitində
real əmək haqqının artması prosesi, milli iqtisadiyyatın
247
tərəqqisi və ölkə əhalisinin həyat səviyyəsinin yüksəlişinin
göstəricisi olduğu halda, tənzimlənməyən iqtisadiyyat, in-
flyasiya, real əmək haqqının aşağı düşməsi meylləri cə-
miyyətdə sosial narazılıq, hökumətin iqtisadi siyasətinə
qarşı inamsızlıq, ictimai gərginlik yaradır.
b)
Dövlət, xüsusi (özəl),
bələdiyyə, qarışıq, şirkət,
korporativ kimi əsas və törəmə mülkiyyət əsasında fəaliy-
yət göstərən müxtəlif istehsal-xidmət dairəsi obyektlərin-
də, əmək haqqının bütün dünyada tarixən geniş yayılmış 2
forması olmuşdur. Bu formalardan biri
Dostları ilə paylaş: