240
aşağı düşməsi ilə bağlıdır.
Dövriyyə kapitalı
– bir istehsal dövrü ərzində öz də-
yərini bütünlüklə məhsulun üzərinə keçirən kapitaldır.
Dövriyyə kapitalına müxtəlif əmək cismləri – xammal, ya-
nacaq, material, yarımfabrikatlar və s. daxildir. İş qüvvəsi
də dövriyyə kapitalının tərkib hissəsi və mühüm şərtidir.
Əmək cisimləri bir istehsal dövrü ərzində tam sərf oluna-
raq, öz dəyərini hazır məhsulun üzərinə keçirir. İş qüvvəsi
isə istehsal prosesi gedişində
öz dəyərini məhsula həmin
vaxt və tədricən keçirmir,
o yeni dəyər
yaradır. Biz isteh-
sal dövrü ərzində təkrar istehsal edilmiş iş qüvvəsinin də-
yəri əmtəə satıldıqdan sonra
müəyyən məbləğ pul forma-
sında sahibkara qayıdır. Sahibkar isə növbəti istehsal döv-
ründə həmin puldan, iş qüvvəsinin cəlb olunması üçün is-
tifadə edə bilər.
Müasir elmi-texniki yeniliklər, iqtisadi inteqrasiya və
qloballaşma
şəraitində, istehsal-xidmət
dairəsinin maddi-
texniki bazasında köklü mütərəqqi
dəyişikliklər baş ver-
məsinə baxmayaraq “insan amili” bu gün də istehsalın
həm təşkilatçısı, həm də aparıcısı rolunu oynayır. İstehsa-
lın əsas amili və son məqsədi sayılan insan bütün iqtisadi
sistemlərin mərkəzində durmuş, həmişə də belə olacaqdır.
241
MÖVZU 15.
ƏMƏK HAQQI, RENTA, FAİZ VƏ MƏNFƏƏT
a)
Əmək haqqının formaları və sistemləri.
b)
Aqrar münasibətlərin mahiyyəti və tarixi təkamülü.
ç) Rentanın müxtəlif formaları və torpağın qiyməti.
d) Xidmət dairəsi və onun xüsusiyyətləri.
e) Faiz dərəcəsi və ona təsir edən amillər.
ə) Sahibkarlıq fəaliyyəti və mənfəət.
Dostları ilə paylaş: