Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə142/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   160
Mikroiqtisadiyyat (1)

teylorizm, 
fordizm 
sistemləri ABŞ-da geniş yayılmışdı. Müəyyən 
müsbət cəhətlərinə baxmayaraq, sonralar dünyanın müxtə-
lif sənaye ölkələrində yayılmış əmək haqqının bu sistem-


249 
ləri, yaxud onun müəyyən ünsürləri, əslində işçilərin sağ-
lamlığının pozulması, fiziki-mənəvi imkanlarının tükən-
məsi, nəhayət işçinin texniki proseslərin "mexaniki əlavə-
sinə" çevrilməsi prinsipi üzərində qurulmuşdu. Təsadüfi 
deyildir ki, əmək haqqının yüksəldilməsinə yönəldilmiş 
sistemlər, onun həvəsləndirici vasitələri, "tərtökdürücü" 
sistem adını almışdı. 
XX əsrin ikinci yarısından etibarən, az səmərəli və 
işçini (insan amilini) istehsal vasitələrinin adi əlavəsinə 
çevirməyə yönəlmiş əmək haqqının bu sistemləri, yeniləri 
ilə əvəz olunmağa başlamışdı. Müasir mərhələdə, işçinin 
istehsal-xidmət sahələrindəki şəxsi marağını artırmaq və 
onu həvəsləndirmək üçün yeni vasitələrdən istifadə olu-
nur. Həmin vasitələr arasında işçilərin şirkətin səhmlərinə 
sahib olmaqla onun "mülkiyyətçisinə" çevrilməsi ("iqtisa-
di demokratiya"); onların şirkətin maliyyə-təsərrüfat 
fəaliyyətinə cəlb olunması ("mənfəətdə və nəzarətdə işti-
rak"); şirkətin vəziyyəti haqqında işçilərə ətraflı məlumat 
verilməsi ("analitik təhlil") işçilərin peşə-sənət hazırlıq 
səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi ("əməyin 
humanistləşdirilməsi") sistemləri mühüm yer tutur. 
c)
Bəşəriyyətin həyatı və çoxcəhətli təsərrüfat fəaliy-
yəti həmişə torpaqla, onun yeraltı-yerüstü sərvətləri ilə 
bilavasitə yaxud dolayı yollarla bağlı olmuşdur. Qədim 
dövrlərdən əsas istehsal vasitəsi sayılan 
Torpaq, 
müqəd-
dəslik rəmzi kimi 
Ana 
və 
Vətən 
anlayışları ilə eyni məna-
da işlənmişdir. Təsadüfi deyildir ki, klassik siyasi iqtisad 
məktəbinin banilərindən U.Pettinin "sərvətin atası əmək, 
anası isə torpaqdır" fikri müdrik aforizmə çevrilmişdir. 
Nadir və bərəkətli təbii sərvət olan torpağı yaratmaq, 
artırmaq, təkrar istehsal etmək mümkün deyildir. Planetin 


250 
1/3 hissəsini təşkil edən quru ərazilərin heç də hamısı 
təsərrüfatçılıq fəaliyyəti üçün əlverişli hesab olunmur. 
Xüsusilə son 200 ildə dünya əhalisi sayının 7 dəfə artması 
və yeni şəhərlərin salınması, sənaye obyektlərinin tikilmə-
si, magistral yolların çəkilməsi, istehsal-xidmət təyinatlı 
geniş infrastruktura şəbəkəsinin yaradılması nəticəsində, 
ümumiyyətlə torpaq sahələrinin, o cümlədən də əkin-biçin 
üçün yararlı, münbit torpaqların azalması meyli bəşəriy-
yəti düşündürməyə bilməz. İlkimiz və sonumuz, qida və 
xammal mənbəyimiz, havamız və suyumuz, həyatımız və 
rifahımız sayılan Torpağın qədri bilinməli, əvəzsizliyi 
dərk edilməli, qayğıkeşliklə istifadə olunmalı, hər qarışı 
qeyrət-şərəflə qorunmalıdır. Müdriklər demişlər ki, torpa-
ğı əkib-biçməsən qorumağa və qorumasan əkib-becərmə-
yə dəyməz... 
Milli iqtisadiyyatın ən mühüm sahələrindən biri – 
torpaq və onunla istifadə ilə bağlı 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin