Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə145/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   160
Mikroiqtisadiyyat (1)

quldar, feodal, kapita-
list 
(sərbəst sahibkarlıq) rentalarını göstərmək olar. Tor-
paq rentası quldarlıq dövründən başlanmış, feodalizm 
mərhələsindən keçmiş, müasir bazar münasibətləri iqtisadi 
sistemində də davam etməkdədir. Onun mənbəyi, cəmiy-
yətdə hökm sürən mülkiyyət münasibətləri (torpaq kimə 
məxsusdur) və torpaq sahəsini əkib-becərən (ondan istifa-
də edən) şəxsin, yaxud bir qrupun əməyi, zəhmətidir. Ren-
tanın konkret kəmiyyəti, ödəniş forması, müddəti isə müx-
təlif olub, 
torpaq mülkiyyətçisi ilə torpağı icarəyə götü-
rən 
arasındakı sövdələşmədən asılıdır. 
Torpaq rentasının 
işləyib ödəmə (biyar), məhsulla 
ödənilən (natural) və pulla ödənilən formaları 
təsər-
rüfatçılıq təcrübəsində geniş yayılmışdır. Bu 3 formanın 
müəyyən ünsürlərini özündə birləşdirən qarışıq bir for-
madan da istifadə olunması halları mümkündür. 
Tarixən bütün dünyada kənd təsərrüfatı məhsulları 
istehsalının yaxud aqrobiznes sahəsinin özünəməxsus xü-
susiyyətləri olmuşdur. Elmi-texniki nailiyyətlərə, biologi-


254 
ya sahəsindəki ciddi uğurlara, irriqasiya-meliorasiya isti-
qamətindəki böyük işlərə baxmayaraq, aqrar bölmədə tor-
paq sahələrinin məhdudluğu və əkin üçün yararlı torpaq 
sahələrinin təbii münbitliyi problemi bu gün də qalmaq-
dadır. 
Bu səbəbdən iqtisadiyyatın başqa sahələrindən fərqli 
olaraq, kənd təsərrüfatı məhsullarının (taxıl, çay, meyvə-
tərəvəz, pambıq, tütün və sair) satış qiyməti, nisbətən az 
məhsuldar, əlverişsiz torpaq sahələrindən götürülən məh-
sullara sərf olunmuş xərclər əsasında formalaşır. Həmin 
qiymət, kənd təsərrüfatı məhsullarının 
orta satış qiyməti 
sayılır. Bu orta qiymət səviyyəsi kəmiyyətindən artıq (+) 
əldə edilən gəlir - 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin