Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə143/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   160
Mikroiqtisadiyyat (1)

kənd təsərrüfatı, aqro-
biznes, aqrar bölmədir. 
Bu sahə ölkənin və beynəlxalq 
bazarın müxtəlif təyinatlı xammala olan ehtiyaclarını ödə-
məklə yanaşı, eyni zamanda istər daxili, istərsə də xarici 
bazarlarda əhalinin ərzaq-sənaye, gündəlik tələbat məhsul-
ları ilə təmin olunmasında mühüm rol oynayır. 
Torpaq və ondan istifadə ilə bağlı problemlər, bütöv-
lükdə ölkənin təsərrüfat həyatının, habelə iqtisadi təhlükə-
sizliyin tərkib hissəsi olub, aqrar bölmədə baş verən isteh-
sal münasibətlərini əhatə edir. Ümumiyyətlə maddi nemət-
lərin istehsalı prosesində 
torpaq mülkiyyətçisi, torpağa 
sahiblik etmək, onun haqqında sərəncam vermək, tor-
paqdan istifadə hüquqlarının 
reallaşdırılması gedişində 
yaranan qarşılıqlı, çoxcəhətli münasibətlər sistemi, tam bir 
kompleks halında aqrar münasibətlərə daxildir. 


251 
Torpaq üzərində ağalıq və mülkiyyət hüququ məsə-
ləsi həmişə insanların, sosial qrupların, hətta dövlətlərin 
mənafeyi ilə
 
bağlı olmuşdur. Ona görə də torpaq və ona 
sahib olmaq uğrunda aşkar-gizli mübarizə təkcə ayrı-ayrı 
şəxslər arasında deyil, hətta dövlətlər arasında da uzun 
mübahisələrə, diplomatik danışıqlara, gərgin münaqişələ-
rə, qanlı müharibələrə səbəb olmuşdur. 
Torpaq üzərində mülkiyyətin - 
dövlət, xüsusi, bələ-
diyyə 
kimi əsas formaları 
ilə 
yanaşı, eyni zamanda 
şərikli, 
kollektiv, payçı, ictimai 
kimi törəmə formaları da vardır. 
İbtidai icma cəmiyyətində torpaq üzərində ümumi mülkiy-
yət olduğundan, heç kəs müəyyən sahəni özününkü hesab 
edib, tam istifadəsinə keçirə bilməzdi. Lakin ictimai əmək 
bölgüsü nəticəsində, cəmiyyətdə qeyri-bərabərlik meylləri 
yarandıqca, insanların torpağa olan münasibətləri də də-
yişmişdir. 
Quldarlıq və feodalizm cəmiyyətlərində torpaq üzə-
rində quldarın, feodalın tam ağalığı yaxud mülkiyyətçisi 
hüququ hökm sürmüşdü. Qul öz əməyinin məhsulunun ha-
mısını, kəndli isə öz məhsulunun müəyyən hissəsini "ağa 
torpağının" haqqı kimi feodala, mülkədara, xana, bəyə 
verməyə məcbur idi. 
Sərbəst rəqabət bazarı şəraitində, cəmiyyət həyatının 
bütün sahələrində alqı-satqı münasibətləri adi hala çevril-
dikdən sonra, torpaqla bağlı əvvəlki 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin