248
qı forması daha yüksək xüsusi çəkiyə (80 faiz) malik oldu-
ğu halda, tikintidə, yaradıcılıq sahələrində, elmdə, mədə-
niyyət və incəsənətdə əmək haqqının işə görə forması
özünü daha çox doğruldur. Tanınmış fizikin, məşhur bəs-
təkarın, görkəmli ixtiraçının, böyük alim və sənətkarların
uzun illərin əzablı axtarışlarının son nəticələrini sırf vaxt
amili
ilə ölçüb qiymətləndirmək, şübhəsiz düzgün, eyni
zamanda iqtisadi-sosial baxımdan səmərəli sayıla bilməz.
Vaxtilə Paris kafelərindən birində məşhur ispan
rəssamı Pablo Pikasso ilə rastlaşan amerikalı turist, ondan
öz xanımının portretinin
eskizini çəkməyi xahiş edərək,
haqqını ödəməyə hazır olduğunu bildirir. Rəssam bir neçə
dəqiqə ərzində sifarişi yerinə yetirərək deyir:
-
Buyurun, xanımınızın portretinin eskizi, sizə
10.000 franka (2.000 dollara) başa gələcəkdir...
Belə yüksək qiyməti gözləməyən turist, əsəbləşərək
etiraz edir:
-
Axı, siz bu işi görmək üçün
cəmisi bir neçə dəqiqə
vaxt sərf etdiniz, baha deyilmi?
Pablo Pikasso təmkinini pozmadan cavab verir:
- Yox cənab, bu işi bir neçə dəqiqəyə yerinə yetir-
mək üçün bütün əvvəlki həyatım və təcrübəm lazım ol-
muşdur.
Vaxta görə (vaxtamuzd) və işə görə (işəmuzd) əmək
haqqı formalarının, real həyat, habelə təsərrüfatçılıq fəaliy-
yətində bir sıra sistemləri tətbiq olunur. Ötən əsrin əvvəl-
lərində əməyin intensivliyinin
sürətləndirilməsi və onun
məhsuldarlığının yüksəldilməsinə əsaslanan
Dostları ilə paylaş: