262
yəti ilə ödəyir. Deməli, maddi istehsal prosesinin sonunda
insan əməyinin, onun iş qüvvəsinin nəticələri konkret əş-
yalar timsalında maddiləşir. Qeyri-istehsal və xidmət
dairəsində
isə bu hadisə elmi biliklər, ideyalar, bədii ob-
razlar, incəsənət nümunələrində öz əksini tapır. Eyni za-
manda bu prosesdə nəticələr maddi istehsala nisbətən daha
uzun bir müddətə başa gəlir.
Sonra,
qeyri-istehsal dairəsində
maddi istehsaldan
fərqli olaraq, xidmətin göstərilməsi və onun istehlakı pro-
sesi çox zaman eyni vaxtda baş verir. Bu həkimin, müəlli-
min, artistin əməyinə aid edilə bilər. Həmin xidmət növləri
«qorunub saxlana bilmədiyindən», o maddi əşya, yaxud
konkret şey şəkli ala bilmir. Bəzən bu xidmətləri bir yer-
dən başqa ünvanlara aparmaq da mümkün olmur. Çox za-
man qeyri-istehsal və xidmət dairəsi məkan etibarilə daha
məhdud bir xarakter daşıyır.
Daha sonra,
qeyri-istehsal sahəsində yaradılmış
məhsullardan
və göstərilən xidmətlərdən, yaxud bu sahə-
lərin son nəticələrindən bir çox hallarda, elə o dairədə də
istifadə olunur.
Müəllimin, həkimin, idmançının əməyi
buna misal ola bilər. Lakin eyni zamanda unutmaq olmaz
ki, qeyri-istehsal dairəsində çalışanların əməyi, şübhəsiz
maddi istehsal sahəsi və orada işləyənlərin öz fəaliyyət-
lərini normal surətdə həyata keçirmələri üçün zəruridir.
Təsadüfi deyildir ki, müasir mərhələdə hər hansı bir
ölkənin ümumi iqtisadi-sosial göstəriciləri arasında xalq
təsərrüfatında çalışanların istehsal və qeyri-istehsal sahələr
üzrə bölgüsü mühüm əhəmiyyət kəsb edir. Yüksək inkişaf
etmiş ölkələrdə qeyri-istehsal və xidmət dairəsində çalı-
şanların sayı sürətlə artmağa doğru meyl edir.
Bu meyli
aşağıda verilmiş cədvəldən görmək olar.