Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə147/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   160
Mikroiqtisadiyyat (1)

yüksək qiymətə satılaraq, 
öz mülkiy-
yətçilərinə yaxud icarədarlara 
inhisar rentası 
gətirir. 
Torpaq kimi əzəli-əbədi bir nemətin əslində qiyməti 
yoxdur, o əvəzsizdir. Lakin zaman keçdikcə torpaq sahə-
ləri parçalanaraq qazanc mənbələrindən birinə çevrilmiş, 
hələ qədim dövrlərdən başlayaraq aşkar-gizli alınıb-satıl-
mışdır. 
Müxtəlif torpaq sahələri müəyyən meyar və şərtlər, 
obyektiv və subyektiv səbəblərlə bağlı dəyərləndirilib, lakin 
tələb və təklif əsasında satıldıqda 2 amil əsas rol oynayır. 
Birincisi, 
satılan torpaq sahəsinin əkilib-biçilməsi 
nəticəsində il ərzində əldə oluna biləcək gəlirin (rentanın) 
məbləğidir. 
İkincisi 
bankların onlara qoyulmuş əmanətlər 
(depozitlər) üzrə ödədiyi illik faiz dərəcəsi, yaxud həmin 
əmanətin gətirdiyi dividenddir. Bu iki şərti nəzərə almaqla, 
satılan torpaq sahəsinin bazar qiymətini belə hesablanır:


256 
Torpaq sahəsinin qiyməti =
Torpaq sahəsının il ərzində 
verdiyi gəlir (renta) 
Bankın əmanətlər üzrə 
ödəniş faizi
 
Fərz etsək ki, satılan torpaq sahəsinin illik gəliri 
(rentası) 10.000 manat (dollar, avro) və bankın əmanətlər 
üzrə ödənişi 5 faizdirsə, o zaman bu torpaq sahəsinin qiy-
məti aşağıdakı məbləğdə olacaqdır: 
T=
Deməli, yuxarıdakı şərtlər daxilində, həmin torpaq 
sahəsinin satış qiyməti 200.000 manatdır (dollardır, avro-
dur). 
Şübhəsiz, burada göstərilən konkret bir torpaq sahə-
si, bazarda yaranmış real tələb və təklifdən asılı olaraq, 
daha yüksək yaxud nisbətən ucuz qiymətə satıla bilər. Ta-
nınmış yazıçı, Nobel mükafatı laureatı C.Steynbek (ABŞ) 
"Həyacanlarımızın qışı" romanında, əyalətlərdən birində 
adi torpaq sahəsinin, hərbi-strateji məqsədli obyekt tikin-
tisi üçün zəruri olduğundan, son dərəcədə baha qiymətə 
satışı prosesinin dramatik səhnələri, yüksək bədii ustalıqla 
təsvir olunmuşdur. 
Eyni zamanda bəzən zərurət, bəzən də hərtərəfli dü-
şünülməmiş, ölçülüb-biçilməmiş addımlar nəticəsində 
vaxtilə dəyər-dəyməzə satılmış torpaq sahələrinin, ata-
baba mülklərinin sonralar insanlarda necə acı təəssüf və 
nisgilli həsrət hissləri doğurduğu yaxşı məlumdur. 
Maraqlıdır ki, hələ 250 il bundan əvvəl, fiziokratlar 


257 
iqtisadi məktəbinin banisi F.Kene (Fransa) müəyyən bir 
torpaq sahəsinin satış qiymətinin, həmin sahənin 20 illik 
gəlirinə bərabər olduğu fikrini söyləmişdi. 
Müasir dövrdə qlobal problemə çevrilmiş torpaq 
qıtlığı və əkin üçün yararlı sahələrin getdikcə məhdudlaş-
dığı şəraitdə, istehsal-xidmət dairəsini müxtəlif xammal
əhalini isə kifayət qədər ərzaq məhsulları ilə təmin etmək 
üçün ən mükəmməl elmi-texniki nailiyyətlər əsasında, tor-
paq resurslarından səmərəli faydalanmaq xətti, mühüm 
əhəmiyyət kəsb edir. 
d)
Bəşər cəmiyyətində baş verən və fasiləsiz surətdə 
davam edən istehsal prosesləri istər istehsalın sonrakı inki-
şafı, istərsə də insanların müxtəlif təyinatlı maddi (çörək, 
mebel, ət, maşın, paltar) və mənəvi (tamaşa, musiqi, rəsm 
əsəri, kinofilm) nemətlərin (məhsulların - xidmətlərin) 
yaradılması ilə nəticələnir. 
Şübhəsiz, həm maddi, həm də mənəvi sahələrin hər 
ikisi cəmiyyətin və onun üzvlərinin normal yaşayıb fəaliy-
yət göstərmələri üçün zəruridir. İnsana ərzaq məhsulları 
ilə yanaşı, kitab, təhsil, xidmət dairəsi də vacibdir. Çünki 
insan ayrı-ayrılıqda nə maddi nemətlərlə, nə də mənəvi 
nemətlərlə tox ola bilməz. Sanki bunlar uçmağa hazırlaşan 
quşun iki qanadıdır. 
Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsi göstərir 
ki, maddi və qeyri-istehsal sahələrinin düşünülmüş, tarazlı 
nisbətlər əsasında bir-birini məntiqi ardıcıllıqla tamamla-
yan inkişafı olmadan, cəmiyyətin əsl tərəqqisi mümkün 
deyildir. Qeyri-istehsal sahələrinin normal inkişafı, iqtisa-
di sistemin ictimai əmək məhsuldarlığının yüksəldilməsi-
nin, onun son sosial-iqtisadi nəticələr baxımından səmərəli 
fəaliyyətinin və cəmiyyətdəki qarşılıqlı münasibətlərin 


258 
humanistləşdirilməsi səviyyəsinin meyarlarını şərtləndirir. 
Bu mənada dünya miqyasında qeyri-istehsal dairəsinin 
maddi istehsal sahəsinə nisbətən üstün templərlə artması 
meyli, getdikcə özünü qanunauyğunluq kimi daha aydın 
bir tərzdə göstərməkdədir. 
Lakin hər halda etiraf etmək lazım gəlir ki, cəmiy-
yətin və insanların həyatında maddi nemətlər istehsalı 
həlledicidir. Doğrudur, hər şey deyil, amma onsuz yaşa-
maq da mümkün deyildir.
 
Nizami Gəncəvinin «İsgəndər-
namə» əsərində belə bir mənzərə təsvir olunur ki, İsgəndə-
rin anası torpaqlar fəth edən oğlunun torpağa tapşırılma-
sına razı olmur. Lakin vəzirin məsləhəti ilə oğlunun tabutu 
ilə bir otaqda ac-susuz qalan ana, tavandan asılmış bir 
parça quru çörək üçün doğma balasının sinəsindən basır... 
İqtisadi nəzəriyyə maddi istehsal sahəsinə - sənayeni
kənd təsərrüfatını, tikintini, hasilat dairəsini, energetikanı, 
meşə təsərrüfatını, balıqçılığı, ovçuluğu daxil edir. Qeyri-
istehsal, yaxud xidmət sahəsinə isə təhsil, elm, səhiyyə, 
elmi müəssisələr, təminat xidməti (bank, sığorta, pensiya), 
əhaliyə məişət xidməti, mənzil-kommunal müəssisələri, 
sərnişin nəqliyyatı, mədəniyyət, incəsənət, turizm, idman, 
qeyri-istehsal xarakterli rabitə, ticarət, dövlət idarəetmə 
orqanları və əhalinin asayişini qoruyan orqanlar daxildir. 
Milli iqtisadiyyat çərçivəsində maddi istehsal və qeyri-
istehsal sahələri bir-birinin inkişafı, habelə fəaliyyətinə 
qarşılıqlı təsir göstərirlər. Eyni zamanda belə bir cəhətə də 
diqqət yetirilməsi vacibdir ki, maddi istehsal sahələrindən 
fərqli olaraq, qeyri-istehsal sahələri təbii nemətlərin və 
istehsalın ciddi dəyişdirici təsirinə məruz qalmır. Bu sahə 
bilavasitə əmək alətləri, dəzgahlar, maşınlar, istehsal 
vasitələri kimi şeylər yaratmaqla məşğul olmur. Qeyri-
istehsal sahələrinin bilavasitə təsir obyekti insan və onun 


259 
həyat fəaliyyətinin müxtəlif sosial şərtləri, amilləridir. 
Lakin həmin amillər olmazsa, həyatın sonrakı tam 
mənasında davamı mümkün sayıla bilməz. Qeyri-istehsal 
dairəsində çalışan həkim bizim sağlamlığımızı qoruyur, 
müəllim- tərbiyyəçilər yeni nəslin yetişdirilməsində iştirak 
edir, müğənni öz sənəti ilə dinləyicilərə mənəvi qida verir, 
aktyor yaradıcılığı ilə tamaşaçıları ruhlandırır. Vaxtilə 
müqəddəs kitablarda öz əksini tapmış «insan təkcə bir qis-
mət çörəklə kifayətlənə bilməz» müdrikliyi, həmişə maddi 
və mənəvi nemətlərin həyatda bir-birini üzvü surətdə ta-
mamladığını təsdiq edir. 
Təsadüfi deyildir ki, tanınmış iqtisadçı U.Rostau 
(ABŞ) bəşəriyyətin inkişafının ən yüksək, zirvə mərhələ-
sini "keyfiyyətli həyat səviyyəsi" kimi səciyyələndirərək, 
orada insanların mənəvi-intellektual inkişafını şərtləndirən 
xidmət dairəsinin cəmiyyətin maddi istehsal sahələrinə 
nisbətən daha üstün templərlə irəliləməsi zəruriliyinin qa-
nunauyğun, təbii bir proses olmasını elmi-nəzəri cəhətdən 
əsaslandırmışdır. Bu mənada müasir dövr, əvvəllər dəbdə 
olmuş "əşya-şey üstünlüyü" mərhələsindən, "insana xid-
mət" mərhələsinə dönüş kimi səciyyələndirilərək, cəmiy-
yətin maddi imkanlarının onun ən qiymətli sərvəti sayılan 
"insan amilinə - kapitalına", onun mənəvi-intellektual sə-
viyyəsinin yüksəldilməsinə yönəldilməsi zəruriliyi irəli 
sürülür. 
Hazırda dünya ölkələrinin iqtisadi-sosial göstəriciləri 
Birləşmiş Millətlər Təşkilatının tövsiyə etdiyi Milli He-
sablamalar Sistemi (MHS) əsasında aparılır. Hesablama 
sistemində ölkənin istehsal etdiyi məhsullar (maddi isteh-
sal) və göstərdiyi müxtəlif təyinatlı xidmətlər (qeyri-isteh-
sal) eyni əsaslarla (pul ifadəsində) nəzərə alınaraq, ölkənin 
ÜDM-na (ümumi daxili məhsuluna), MG-nə (milli gəlirinə) 


260 
daxil edilir. Şübhəsiz, bu üsulla hesablamalarda müəyyən 
təkrar və qüsurlara yol verilə bilir. Lakin dünya təcrübə-
sində və bazar münasibətləri şəraitində BMT-nin tövsiyəsi 
ilə ölkələrin əksəriyyəti hesablamaları məhz bu metodika 
ilə aparırlar. 
BMT-nin məsləhəti ilə tətbiq olunan Milli Hesab-
lamalar Sisteminə görə, hazırda hər hansı bir ölkənin iqti-
sadiyyatı (xalq təsərrüfatı) 2 sahəyə (maddi istehsal sahə-
sinə və qeyri-istehsal sahəsinə); 3 bölməyə (maddi nemət-
lər istehsalına, maddi xidmətlər istehsalına və qeyri-maddi 
xidmətlər, mənəvi nemətlər istehsalı) ayrılır. Bu cür böl-
günü aşağıda verilmiş cədvəl aydın əks etdirir: 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin