yüksək qiymətə satılaraq,
öz mülkiy-
yətçilərinə yaxud icarədarlara
inhisar rentası
gətirir.
Torpaq kimi əzəli-əbədi bir nemətin əslində qiyməti
yoxdur, o əvəzsizdir. Lakin zaman keçdikcə torpaq sahə-
ləri parçalanaraq qazanc mənbələrindən birinə çevrilmiş,
hələ qədim dövrlərdən başlayaraq aşkar-gizli alınıb-satıl-
mışdır.
Müxtəlif torpaq sahələri müəyyən meyar və şərtlər,
obyektiv və subyektiv səbəblərlə bağlı dəyərləndirilib, lakin
tələb və təklif əsasında satıldıqda 2 amil əsas rol oynayır.
Birincisi,
satılan torpaq sahəsinin əkilib-biçilməsi
nəticəsində il ərzində əldə oluna biləcək gəlirin (rentanın)
məbləğidir.
İkincisi
bankların onlara qoyulmuş əmanətlər
(depozitlər) üzrə ödədiyi illik faiz dərəcəsi, yaxud həmin
əmanətin gətirdiyi dividenddir. Bu iki şərti nəzərə almaqla,
satılan torpaq sahəsinin bazar qiymətini belə hesablanır:
256
Torpaq sahəsinin qiyməti =
Torpaq sahəsının il ərzində
verdiyi gəlir (renta)
Bankın əmanətlər üzrə
ödəniş faizi
Fərz etsək ki, satılan torpaq sahəsinin illik gəliri
(rentası) 10.000 manat (dollar, avro) və bankın əmanətlər
üzrə ödənişi 5 faizdirsə, o zaman bu torpaq sahəsinin qiy-
məti aşağıdakı məbləğdə olacaqdır:
T=
Deməli, yuxarıdakı şərtlər daxilində, həmin torpaq
sahəsinin satış qiyməti 200.000 manatdır (dollardır, avro-
dur).
Şübhəsiz, burada göstərilən konkret bir torpaq sahə-
si, bazarda yaranmış real tələb və təklifdən asılı olaraq,
daha yüksək yaxud nisbətən ucuz qiymətə satıla bilər. Ta-
nınmış yazıçı, Nobel mükafatı laureatı C.Steynbek (ABŞ)
"Həyacanlarımızın qışı" romanında, əyalətlərdən birində
adi torpaq sahəsinin, hərbi-strateji məqsədli obyekt tikin-
tisi üçün zəruri olduğundan, son dərəcədə baha qiymətə
satışı prosesinin dramatik səhnələri, yüksək bədii ustalıqla
təsvir olunmuşdur.
Eyni zamanda bəzən zərurət, bəzən də hərtərəfli dü-
şünülməmiş, ölçülüb-biçilməmiş addımlar nəticəsində
vaxtilə dəyər-dəyməzə satılmış torpaq sahələrinin, ata-
baba mülklərinin sonralar insanlarda necə acı təəssüf və
nisgilli həsrət hissləri doğurduğu yaxşı məlumdur.
Maraqlıdır ki, hələ 250 il bundan əvvəl, fiziokratlar
257
iqtisadi məktəbinin banisi F.Kene (Fransa) müəyyən bir
torpaq sahəsinin satış qiymətinin, həmin sahənin 20 illik
gəlirinə bərabər olduğu fikrini söyləmişdi.
Müasir dövrdə qlobal problemə çevrilmiş torpaq
qıtlığı və əkin üçün yararlı sahələrin getdikcə məhdudlaş-
dığı şəraitdə, istehsal-xidmət dairəsini müxtəlif xammal,
əhalini isə kifayət qədər ərzaq məhsulları ilə təmin etmək
üçün ən mükəmməl elmi-texniki nailiyyətlər əsasında, tor-
paq resurslarından səmərəli faydalanmaq xətti, mühüm
əhəmiyyət kəsb edir.
d)
Bəşər cəmiyyətində baş verən və fasiləsiz surətdə
davam edən istehsal prosesləri istər istehsalın sonrakı inki-
şafı, istərsə də insanların müxtəlif təyinatlı maddi (çörək,
mebel, ət, maşın, paltar) və mənəvi (tamaşa, musiqi, rəsm
əsəri, kinofilm) nemətlərin (məhsulların - xidmətlərin)
yaradılması ilə nəticələnir.
Şübhəsiz, həm maddi, həm də mənəvi sahələrin hər
ikisi cəmiyyətin və onun üzvlərinin normal yaşayıb fəaliy-
yət göstərmələri üçün zəruridir. İnsana ərzaq məhsulları
ilə yanaşı, kitab, təhsil, xidmət dairəsi də vacibdir. Çünki
insan ayrı-ayrılıqda nə maddi nemətlərlə, nə də mənəvi
nemətlərlə tox ola bilməz. Sanki bunlar uçmağa hazırlaşan
quşun iki qanadıdır.
Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsi göstərir
ki, maddi və qeyri-istehsal sahələrinin düşünülmüş, tarazlı
nisbətlər əsasında bir-birini məntiqi ardıcıllıqla tamamla-
yan inkişafı olmadan, cəmiyyətin əsl tərəqqisi mümkün
deyildir. Qeyri-istehsal sahələrinin normal inkişafı, iqtisa-
di sistemin ictimai əmək məhsuldarlığının yüksəldilməsi-
nin, onun son sosial-iqtisadi nəticələr baxımından səmərəli
fəaliyyətinin və cəmiyyətdəki qarşılıqlı münasibətlərin
258
humanistləşdirilməsi səviyyəsinin meyarlarını şərtləndirir.
Bu mənada dünya miqyasında qeyri-istehsal dairəsinin
maddi istehsal sahəsinə nisbətən üstün templərlə artması
meyli, getdikcə özünü qanunauyğunluq kimi daha aydın
bir tərzdə göstərməkdədir.
Lakin hər halda etiraf etmək lazım gəlir ki, cəmiy-
yətin və insanların həyatında maddi nemətlər istehsalı
həlledicidir. Doğrudur, hər şey deyil, amma onsuz yaşa-
maq da mümkün deyildir.
Nizami Gəncəvinin «İsgəndər-
namə» əsərində belə bir mənzərə təsvir olunur ki, İsgəndə-
rin anası torpaqlar fəth edən oğlunun torpağa tapşırılma-
sına razı olmur. Lakin vəzirin məsləhəti ilə oğlunun tabutu
ilə bir otaqda ac-susuz qalan ana, tavandan asılmış bir
parça quru çörək üçün doğma balasının sinəsindən basır...
İqtisadi nəzəriyyə maddi istehsal sahəsinə - sənayeni,
kənd təsərrüfatını, tikintini, hasilat dairəsini, energetikanı,
meşə təsərrüfatını, balıqçılığı, ovçuluğu daxil edir. Qeyri-
istehsal, yaxud xidmət sahəsinə isə təhsil, elm, səhiyyə,
elmi müəssisələr, təminat xidməti (bank, sığorta, pensiya),
əhaliyə məişət xidməti, mənzil-kommunal müəssisələri,
sərnişin nəqliyyatı, mədəniyyət, incəsənət, turizm, idman,
qeyri-istehsal xarakterli rabitə, ticarət, dövlət idarəetmə
orqanları və əhalinin asayişini qoruyan orqanlar daxildir.
Milli iqtisadiyyat çərçivəsində maddi istehsal və qeyri-
istehsal sahələri bir-birinin inkişafı, habelə fəaliyyətinə
qarşılıqlı təsir göstərirlər. Eyni zamanda belə bir cəhətə də
diqqət yetirilməsi vacibdir ki, maddi istehsal sahələrindən
fərqli olaraq, qeyri-istehsal sahələri təbii nemətlərin və
istehsalın ciddi dəyişdirici təsirinə məruz qalmır. Bu sahə
bilavasitə əmək alətləri, dəzgahlar, maşınlar, istehsal
vasitələri kimi şeylər yaratmaqla məşğul olmur. Qeyri-
istehsal sahələrinin bilavasitə təsir obyekti insan və onun
259
həyat fəaliyyətinin müxtəlif sosial şərtləri, amilləridir.
Lakin həmin amillər olmazsa, həyatın sonrakı tam
mənasında davamı mümkün sayıla bilməz. Qeyri-istehsal
dairəsində çalışan həkim bizim sağlamlığımızı qoruyur,
müəllim- tərbiyyəçilər yeni nəslin yetişdirilməsində iştirak
edir, müğənni öz sənəti ilə dinləyicilərə mənəvi qida verir,
aktyor yaradıcılığı ilə tamaşaçıları ruhlandırır. Vaxtilə
müqəddəs kitablarda öz əksini tapmış «insan təkcə bir qis-
mət çörəklə kifayətlənə bilməz» müdrikliyi, həmişə maddi
və mənəvi nemətlərin həyatda bir-birini üzvü surətdə ta-
mamladığını təsdiq edir.
Təsadüfi deyildir ki, tanınmış iqtisadçı U.Rostau
(ABŞ) bəşəriyyətin inkişafının ən yüksək, zirvə mərhələ-
sini "keyfiyyətli həyat səviyyəsi" kimi səciyyələndirərək,
orada insanların mənəvi-intellektual inkişafını şərtləndirən
xidmət dairəsinin cəmiyyətin maddi istehsal sahələrinə
nisbətən daha üstün templərlə irəliləməsi zəruriliyinin qa-
nunauyğun, təbii bir proses olmasını elmi-nəzəri cəhətdən
əsaslandırmışdır. Bu mənada müasir dövr, əvvəllər dəbdə
olmuş "əşya-şey üstünlüyü" mərhələsindən, "insana xid-
mət" mərhələsinə dönüş kimi səciyyələndirilərək, cəmiy-
yətin maddi imkanlarının onun ən qiymətli sərvəti sayılan
"insan amilinə - kapitalına", onun mənəvi-intellektual sə-
viyyəsinin yüksəldilməsinə yönəldilməsi zəruriliyi irəli
sürülür.
Hazırda dünya ölkələrinin iqtisadi-sosial göstəriciləri
Birləşmiş Millətlər Təşkilatının tövsiyə etdiyi Milli He-
sablamalar Sistemi (MHS) əsasında aparılır. Hesablama
sistemində ölkənin istehsal etdiyi məhsullar (maddi isteh-
sal) və göstərdiyi müxtəlif təyinatlı xidmətlər (qeyri-isteh-
sal) eyni əsaslarla (pul ifadəsində) nəzərə alınaraq, ölkənin
ÜDM-na (ümumi daxili məhsuluna), MG-nə (milli gəlirinə)
260
daxil edilir. Şübhəsiz, bu üsulla hesablamalarda müəyyən
təkrar və qüsurlara yol verilə bilir. Lakin dünya təcrübə-
sində və bazar münasibətləri şəraitində BMT-nin tövsiyəsi
ilə ölkələrin əksəriyyəti hesablamaları məhz bu metodika
ilə aparırlar.
BMT-nin məsləhəti ilə tətbiq olunan Milli Hesab-
lamalar Sisteminə görə, hazırda hər hansı bir ölkənin iqti-
sadiyyatı (xalq təsərrüfatı) 2 sahəyə (maddi istehsal sahə-
sinə və qeyri-istehsal sahəsinə); 3 bölməyə (maddi nemət-
lər istehsalına, maddi xidmətlər istehsalına və qeyri-maddi
xidmətlər, mənəvi nemətlər istehsalı) ayrılır. Bu cür böl-
günü aşağıda verilmiş cədvəl aydın əks etdirir:
Dostları ilə paylaş: |