255
si, torpağın şoranlaşmasının və münbitliyinin azalmasının
qarşısının alınması hesabına əldə edilir. İcarədarın şəxsi
təşəbbüsü və işgüzarlıq istedadı
sayəsində əldə olunmuş
əlavə gəlir torpaq mülkiyyətçisinə deyil, icarədara çatır.
Torpaq rentasının
hasilat, mədən, tikinti
kimi müx-
təliflikləri vardır ki, bunları diferensial rentanın
konkret
təzahür formaları adlandırmaq olar.
Torpaq sahələrinin istifadəsi ilə bağlı əmələ gələn
rentanın bir forması da
inhisar rentasıdır.
Təsərrüfatçılıq
təcrübəsindən
məlumdur ki, bəzi kənd təsərrüfatı məhsul-
larının, məsələn zəfəranın, şampan növ üzümün, müxtəlif
ədviyyatın, yüksək keyfiyyətli çayın, kofenin, balın yetiş-
dirilib hazırlanması üçün bir sıra xüsusi təbii şərtlərin ol-
ması zəruridir. Ona görə də, nadir və aztapılan kənd təsər-
rüfatı məhsulları sırasına aid edilən bu əmtəələr,
daxili-
xarici bazarlarda
Dostları ilə paylaş: