XXI əsrin birinci onilliyində dünya ölkələrinin ümumi
daxili məhsulunda (ÜDM) ayrı-ayrı sahələrin xüsusi
çəkisi (faizlə)
Ölkə qrupları
Kənd
təsərrüfatı
Sənaye
Xidmət
dairəsi
Yüksək inkişaf etmiş
ölkələr
2-3
33-35
72-75
İnkişaf etməkdə olan ölkələr
10-15
34-36
46-55
Zəif inkişaf etmiş ölkələr
32-35
26-28
41-49
Cədvəldə qrup ölkələr üzrə verilmiş ümumiləşdiril-
miş orta göstəricilər belə bir meylin qanunauyğunluğunu
təsdiq edir ki, bütövlükdə dünyanın ümumi daxili məhsu-
lunda (ÜDM) tədricən maddi istehsal sahələrinin (sənaye-
nin, kənd təsərrüfatının və digərlərinin) mütləq rəqəmlərlə
artımı müşahidə olunsa da, lakin xüsusi çəki (faiz) etiba-
rilə payı isə həm mütləq rəqəmlərlə, həm də payı aşağı
düşür. Əksinə, xidmət dairəsinin payı isə həm mütləq
rəqəmlərlə, həm də faiz etibarilə getdikcə artmaqdadır. Bu
mütərəqqi meyl özünü müstəqillik yolu ilə irəliləyən
Azərbaycan Respublikası təsərrüfat həyatının sosial-iqti-
sadi inkişaf parametrlərində, habelə ölkənin ümumi daxili
məhsulunun (ÜDM) sahə (bölmə) quruluşunda baş verən
dəyişikliklərdə aydın göstərir.
Bazar münasibətləri şəraitində xidmət dairəsinin
kommersiyalaşdırması və tədricən bu sahədə genişlənən
pullu xidmətlərə keçilməsi prosesi təbii bir hal kimi qiy-
mətləndirilməlidir. Lakin aydındır ki, bütün dünyada cə-
miyyət və onun üzvləri üçün elə vacib məsələlər vardır ki,
onların həyata keçirilməsini sırf pulla bağlamaq doğru
264
sayıla bilməz. Bu BMT-nin İnsan Hüquqları Bəyannamə-
sinə və ölkə Konstitusiyasının tələblərinə zidd olardı.
Müəyyən istisnalarla xidmət dairəsi sahələrində əha-
liyə sosial zəmanət verən minimum səviyyədə pulsuz xid-
mətlər göstərilməsi prinsipi, cəmiyyətdə sosial ədaləti qo-
ruyub saxlamaq naminə hamı üçün təmin edilməlidir. Bu
səviyyədə xidmətlərin göstərilməsini hər bir sivil, demo-
kratik və ədalətli cəmiyyət hökmən öz üzərinə götürmə-
lidir. Eyni zamanda, sosial zəmanət səviyyəsindən əlavə,
cəmiyyət üzvlərinə göstərilən xidmətlər pullu şərtlərlə,
yəni haqqı ödənilməklə yerinə yetirilə bilər. Bütün dün-
yada əhaliyə sosial xidmət dairəsi dövlətin qayğısı və
nəzarəti altındadır. Əlbəttə, ölkənin iqtisadi yüksəlişi nəti-
cəsində əhalinin hər nəfərinə düşən gəlirlərin miqdarı
artdıqca, insanların rifahı yüksəldikcə, pullu xidmətlərin
dairəsi, şübhəsiz genişlənə bilər. Dövlət büdcəsi vasitəsilə
cəmiyyətin gəlirlərinin düşünülmüş surətdə bölüşdürülüb-
tənzimlənməsi nəticəsində, ölkə əhalisinin zəruri sosial
ehtiyacları onların maliyyə imkanlarına görə deyil, ölkə
vətəndaşı kimi real surətdə hiss etdikləri ehtiyaclarının
minimum səviyyədə ödənilməsi yolu ilə həyata keçirilmə-
lidir.
Bazar münasibətləri şəraitində, pulsuz sosial xidmət-
lərlə yanaşı, qeyri-istehsal sahəsi obyektlərində, mülkiyyə-
tin özəlləşdirilməsi, müəssisələrin icarəyə verilməsi, koo-
perasiya, fərdi əmək fəaliyyəti, şərikli müəssisələrin geniş-
lənməsi reallığında, haqqı ödənilən xidmətlər də olmalıdır.
Aydındır ki, əhalinin rifahının yaxşılaşdırılması, onların
nominal və real gəlirlərinin durmadan artması, şübhəsiz
insanların zövq, habelə fərdi arzularına uyğun pullu xid-
mətlər şəbəkəsinin genişləndirilməsini şərtləndirir. Lakin
265
belə bir cəhət unudulmamalıdır ki, xidmət dairəsində pul-
suz və pulla göstərilən xidmətlər arasında elə nisbət və
hədlər olmalıdır ki, əhalinin geniş təbəqələri həqiqətən
azad, demokratik, ədalətli cəmiyyətdə yaşadıqlarına əmin
olsunlar.
Dostları ilə paylaş: |