e) Ümumi bir anlayış olan gəlir, təsərrüfatçılıq təcrü-
bəsində müxtəlif variant və formalarda, o cümlədən də
faiz dərəcəsi kimi meydana çıxır. İstehsalın torpaq və
əmək kimi amillərinin mülkiyyətçiləri (sahibləri) bunları
müəyyən qiymətə sataraq, yaxud icarəyə verərək, gəlir
(renta, əmək haqqı) əldə edirlərsə, pul formasında olan
kapital sahibləri də faiz şəklində gəlir əldə edirlər. Deməli,
istər
maddi (torpaq, bina, obyekt, avadanlıq, müəssisə),
istərsə də
pul şəklində olan kapital öz mülkiyyətçisinə
müəyyən gəlir verməlidir. Torpaq və əməkdən fərqli ola-
raq, istehsalın törəmə amili sayılan
kapital bu prosesdə
həm
iqtisadi resurs, həm də
məhsul rolunu oynayır.
Həmişə hərəkətdə olan kapital öz ilkin pul forma-
sından məhsuldar formaya keçərək, müxtəlif təyinatlı əm-
təələrin-xidmətlərin hazırlanmasında iştirak edir və həmin
məhsullar reallaşdırılaraq, yenidən müəyyən məbləğdə pul
kapitalına çevrilir. Bu halda bazarda həm satıcı, həm də
alıcı kimi iştirak edən müxtəlif
bazar subyektlərinin (ev
təsərrüfatlarının, dövlətin, şirkətlərin, korporasiyaların)
əlində müəyyən məbləğdə "artıq" pul kapitalı toplamaqla
yanaşı, eyni zamanda başqalarının xammal almaq, istehsa-
lı genişləndirmək, habelə digər səbəblərlə bağlı,
pul kapi- talına, borc götürməyə, kreditə ehtiyacı yaranır. Alınan
borc və götürülən kredit üçün isə müəyyən məbləğdə
haqq, yaxud faiz ödənilir. Uzun bir tarixə malik olan
borc kapitalı və faiz
266
dərəcəsi məsələləri ilə müasir bazar münasibətləri iqtisadi
sistemi şəraitində
əsasən banklar, habelə müxtəlif