Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə155/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   160
Mikroiqtisadiyyat (1)

mülkiyyətləri, kapital-
ları, imkanları, şəxsi qabiliyyətləri sayəsində gəlir, 
mənfəət əldə etməsi 
təbii sayılmalıdır. Bir qrup iqtisadçı, 
xüsusilə marksist iqtisadi məktəbin baniləri və bu yolun 
doqmatik davamçıları, kapitalist adlandırdıqları sahibkar-
lara, işgüzar biznes fəaliyyəti ilə məşğul olanlara sinfi, 
habelə siyasi rəqib mövqeyindən yanaşaraq, cəmiyyətin 
həmin təbəqəsini "tüfeyl, istismarçı, başqasının haqqını 
tapdalayan, qanını soran" qrup kimi ittiham etmişlər. On-
lar bəşəriyyətin gələcəyini 
xüsusi mülkiyyətsiz, kapita-
listlərsiz, istismarsız və vahid bir mərkəzdən idarə olu-
nan 
"kamil cəmiyyət" kimi təsəvvür etmişlər. 
Lakin, qədim yunan müdriklərinin dediyi kimi "dü-
şüncə tərzi cəzalandırıla bilməsə" də, iqtisadiyyatdan baş-
lamış mənəviyyata qədər hər şeyin "axdığı, dəyişdiyi" 
dünyada, müxtəlif elmi-nəzəri konsepsiyalara, doqmatik 


270 
sxemlərə sığışmayan bəşəriyyətin real təsərrüfatçılıq təc-
rübəsinin yüksələn tərəqqisi, bu fikirləri kənara atdı. Əl-
bəttə, şəxsi maraq və mənfəət prinsipləri üzərində qurulub, 
"sosial ədələt" meyarları ilə deyil, "iqtisadi səmərəlilik" 
çağırışları və qayğıları əsasında idarə olunan ictimai-iqti-
sadi sistemin "kamilliyinə" zəmanət vermək, habelə bəşə-
riyyətin qədimlərdən arzuladığı "işıqlı ümidlərinə" uyğun 
olduğunu söyləmək çətindir. Hələlik isə nə qədər ki, daha 
mükəmməl və insanları hərtərəfli qane edə biləcək ic-
timai-iqtisadi bir quruluş, sistem forması tapılmamışdır, 
deməli yaşadığımız cəmiyyət, onun təsərrüfatçılıq qayda-
qanunları, idarəçilik prinsipləri, mədəni-mənəvi əxlaq 
normaları kiminsə bəyənib-bəyənməməsindən asılı olma-
yaraq, fəaliyyətdədir. 
Bazar münasibətlərinin kəskin rəqabət bazarında 
fəaliyyət göstərən hər bir sahibkarın, işgüzar biznes ada-
mının, şirkətin, birliyin, transmilli korporasiyanın (TMK) 
son məqsədi gəlir və mənfəətdir. İstehsal prosesində işti-
rak edən iqtisadi və maliyyə resurslarının səmərəli istifadə 
olunmasının son yekunu özünü 
mənfəətdə
göstərir. Bəzən 
mənfəəti, bazar münasibətləri sisteminin "hərəkətvericisi" 
və "dirijoru" kimi də səciyyələndirirlər. 
Hər hansı bir şirkətin gəlirindən onun xərclərini çıx-
dıqdan sonra əldə olunan mənfəət, istehsalın səmərəliyinin 
əsas göstəricisidir. Onun mənbəyi isə insan əməyi ilə ya-
naşı, müasir elmi-texniki tərəqqi, beynəlxalq əmək bölgü-
sü və daxili-xarici bazarlardakı rəqabət mübarizəsi şə-
raitində - 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin