Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


sahibkarın yaradıcı, novator (yenilikçi) fəaliy-



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə156/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   160
Mikroiqtisadiyyat (1)

sahibkarın yaradıcı, novator (yenilikçi) fəaliy-
yəti, yüksək təşkilatçılıq istedadıdır. 
İqtisadi nəzəriyyədə mühasibat mənfəəti, iqtisadi xa-
lis mənfəət, normal mənfəət anlayışları vardır. Mühasibat 


271 
mənfəəti, satışdan əldə olunmuş məbləğdən şirkətin görü-
nən xərclərini) çıxmaqla hesablanır. İqtisadi xalis mənfəət 
şirkətin həm görünən (xarici), həm də görünməyən (daxili) 
xərclərinin satışdan əldə edilmiş məbləğdən silinməsi 
(çıxılması) yolu ilə hesablanır. Nəhayət normal mənfəət 
isə sahibkarın öz vəzifəsini yerinə yetirdiyinə görə aldığı 
haqq, yaxud mükafatdır. 
Sahibkarın kapitalının və istehsal-xidmət dairəsi ob-
yektınin işini rəqabət bazarı şəraitində səmərəli təşkil 
etməsinin konkret məbləğdə ifadəsi olan mənfəət, onun 
halal haqqıdır. Bu mənfəətin həcmi, başqa şərtlərlə yanaşı 
istehsalın genişləndirilməsinə imkan yaradır, yeni texnika-
texnologiyaların tətbiqinə yol açır, məhsul və xidmətlərin 
bolluğunu təmin edir, əlavə iş yerləri açılmasını şərtlən-
dirir, son nəticə etibarilə milli iqtisadiyyatın inkişafına öz 
töhfəsini verir. Ümumi daxili məhsulun (ÜDM) artımına 
xidmət edən sahibkarlıq bölməsinin mənfəətdən səmərəli 
faydalanmasına yönəldilmiş məqsədyönlü fəaliyyəti, bazar 
rəqabəti şəraitində 
alternativ 
istehsal sahələrinin forma-
laşmasına əlverişli imkanlar açır. 
Şirkətin və sahənin sabit mənfəəti, habelə tədricən 
artması meyli, alıcıların və bütövlükdə cəmiyyətin həmin 
sahəyə diqqət yetirməsi, habelə onun daha da genişlən-
dirilməsi arzusunun ictimai ifadəsidir. Eyni zamanda, hər 
hansı bir sahənin (şirkətin) məhsul və xidmətlərinə alıcı 
tələbinin aşağı düşməsi, ictimai rəyin onları dəstəkləmə-
məsi kimi qiymətləndirilə bilər. 
Birinci halda 
həmin şir-
kət və sahələrin mənfəəti artacaq, 
ikinci halda 
isə mən-
fəətin azalması şirkətin ziyanla işləməsinə, habelə lazımı 
tədbirlər həyata keçirilmədikdə, tez-gec müflisləşməsinə 
səbəb olacaqdır. 


272 
Qeyd etmək zəruridir ki, müxtəlif ölkələrin milli gə-
lirlərinin yarıdan çoxu əhali araşında 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin