Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


nominal  və real faiz dərəcələri



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə154/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   160
Mikroiqtisadiyyat (1)

nominal 
real faiz dərəcələri 
anlayışları vardır. 
Nominal faiz 
dərəcəsi 
borclar üzrə cari məzənnə (kursla), yaxud qiy-
mətlərlə ölçülür. 
Real faiz dərəcəsi 
isə müqayisəli qiy-
mətlərlə, inflyasiya səviyyəsi nəzərə alınmaqla hesablanır. 
Əgər bankın faiz dərəcəsi 10% və ölkədə illik inflyasiya 
səviyyəsi də 10%-dirsə, deməli real faiz dərəcəsi sıfıra (0) 
bərabərdir. Əksinə, faiz dərəcəsi 6% və inflyasiyanın sə-
viyyəsi 3%-dirsə, o zaman real faiz dərəcəsi (6%-3%) = 3 
faiz olacaqdır. 
Faiz dərəcələrinin müəyyənləşdirilməsi və ayrı-ayrı 
fiziki-hüquqi şəxslərə tətbiqində, 
kreditlə bağlı risq ami-
li, borcun müddəti, onun həcmi, hökumətin və yerli 
hakimiyyət orqanların vergi siyasəti, banklar arasında 
rəqabət mübarizəsi, qeyri-mükəmməl 
rəqabət bazarının 
xüsusiyyətləri kimi öz təsirini göstərir. Sivil bazar münasi-
bətləri şəraitində faiz dərəcəsinin müəyyənləşməsi, 
pul 
kapitalının 
(saxta, fiktiv) 
real kapitala 
(məhsuldar) çev-
rilməsi prosesində mühüm rol oynadığından, bu işi cəmiy-
yət üçün səmərəli hesab etmək lazımdır. 


269 
ə)
Gəlirin bir forması (növü) olan 
mənfəət anlayışı 
bazar münasibətləri iqtisadi sisteminin fərqləndirici xüsu-
siyyətlərindən sayılan sahibkarlıq və işgüzar biznes fəaliy-
yəti ilə bağlıdır. Müasir anlamda 
sahibkar 
dedikdə, xüsu-
si iqtisadi qabiliyyətə, təşəbbüskarlıq səylərinə, təşkilat-
çılıq bacarığına malik, mürəkkəb bazar münasibətləri mü-
hitində düzgün və səriştəli qərarlar qəbul etməyə qadir
yenilik naminə ağıllı-düşünülmüş risqə gedən şəxs (qrup) 
başa düşülür. Sahibkar mülkiyyətçisi olduğu hər hansı bir 
istehsal-xidmət obyektini şəxsən özü, yaxud bu işi onun 
meneceri idarə edə bilər. Mülkiyyət obyektinin idarəçili-
yindən asılı olaraq, əldə edilən sahibkar gəlirinin ümumi 
məbləği, istifadə istiqamətləri, bölgü prinsipləri, şübhəsiz 
fərqlənəcəkdir. 
Müəyyən qanun və prinsiplər əsasında sahibkarlıq 
fəaliyyəti ilə məşğul olanların öz 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin