Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
 

 

 

 

 


 

PEDAQOGİKA –MƏDƏNİYYƏTİN  

TƏRKİB HİSSƏLƏRİNDƏN BİRİDİR 

 

Geniş  mənada  mədəniyyət  bəşər  təcrübəsini  əhatə  edir.  Yəni,  mədəniyyətə  bəşəriyyətin  yarandığı 



gündən  indiyə  qədər  əldə  etdiyi  bütün  maddi  və  mənəvi  təcrübə  -  sənaye,  kənd  təsərrüfatı,  xalq 

təsərrüfatının bütün sahələri, əxlaq, dil, din, incəsənət, elm, təhsil, hüquq və s. daxildir. 

Mədəniyyət  mürəkkəb  ictimai  hadisə  olub  insanlar  tərəfindən  yaradılmış  sərvətlər  və  sərvətləri 

yaratmaq sahəsində göstərilən fəaliyyətdir. 

Pedaqogika isə bəşər təcrübəsinin nəsillərə ötürülməsi haqqında elmdir. Yəni bəşəriyyətin əldə etdiyi 

maddi və mənəvi təcrübə - mədəniyyət - böyüyən nəslə məhz təlim və tərbiyə vasitəsi ilə ötürülür. Maddi və 

mənəvi təcrübənin son nailiyyətləri, yaranma tarixi, fəaliyyət üsullarının ötürülməsi pedaqoqika vasitəsi ilə 

həyata  keçirilir.  Deməli  pedaqoqika insanların əldə  etdiyi  maddi  və  mənəvi  mədəniyyətin   böyüyən  nəslə  

ötürülməsinin  məqsədi,  məzmunu,  səmərəli  yol  vasitələri  və  s.  məsələləri  tədqiq  edir.  Bu  isə  insan 

cəmiyyətinin mövcudluğunun  mühüm  şərtlərindən biridir. Məlumdur ki, ictimai-iqtisadi quruluşundan asılı 

olmayaraq  bütün  cəmiyyətlərin  mövcudluğu,  yaşaması  şərtlərindən  biri  də  cəmiyyətin  özünə  zəmin, 

davamçılar,  əvəzedicilər  hazırlamasıdır.  Yəni  mövcud  təcrübənin  böyüyən  nəslə  ötürülməsi,  öyrədiləmsi 

mövcud  istehsalı,  sənayeni  idarə  edəcək  qüvvənin  saxlanılması,  istehsal  və  digər  mənəvi  mövcudluğun 

təmin  edilməsi  deməkdir.  Bu  isə  yalnız  geniş  mənada  tərbiyənin  vəzifəsidir.  Əbəs  deyilki  mədəniyyət 

haqqında  antik  təsəvvürlər  yuxarıda  əsaslandırdığımız  müddəalarla  səsləşir.  Roma  antik  anlayışlarında 

«mədəniyyət»  terminində  «insan  fəaliyyətinin  həyatın  bioloji  formalarından”  fərqini  göstərmək  səyi  tam 

şəkildə  görünür.  Həqiqətən  də  həmin  terminin  ilk  mahiyyəti  -  becərmə,  emaletmə  və  qulluq  etmə  kimi 

tərcümə  edilir.  Bizim  nəzərdən  keçirdiyimiz  aspektdən,  yəni  «mədəniyyət»in  tərbiyə  və  təhsil,  savad 

baxımından    əsaslandırılması  bu  kontekstdə  insan  təbiyətini  tamamlayan  və  bəzən  onu  formalaşdıran  bir 

vasitə tək əhəmiyyəti daima qeyd olımur. Yunanıstanda «mədəniyyət» anlayışa «paydeyi» kimi yanaşma da 

elə  bizim  mövqeyimizi  bir  daha  aydınlaşdırır.  Bu  termin  bilavasitə  tərbiyəyə,  təlim,  savad,  təhsil, 

maariflənmə  və  mədəniyyəti  nəzərdə  tutur.  Həmin  termindən  yalnız  savadın,  təhsilin  tərbiyə  ilə  əlaqəsi 

ideyası deyil, tərbiyə ilə təlimin dərin kontaktı ideyası da ifadə edilir. Mütəmadi və daimiləşən vərdişlərin 

aşılanması  və  eləcədə  onun  incəsənətdə  («texie»  termini  -  yəni  vərdişlər)  ən  yüksək  pilləyə  qalxması, 

müəyyən  vərdişlərə  yiyələnməklə  «ustada»  çevrilmə  prosesi  yunan  mədəni  aləminin  üstün  cəhətini  əks 

etdirir. 

Yunanlar  unikal  təhsil  sistemi  yaratmışdırlar.  Bu  sistem  vasitəsi  ilə  müəyyən  sahənin  professionalı 

deyil,  məhz  müəyyən  dəyərlər  yönümü  ilə  insan  şəxsiyyət  kimi  yetişdirilirdi.  İnsana  belə  bir  münasibət 

mədəniyyətin  antik  anlamının  humanist  əhəmiyyətindən  irəli  gəlirdi.  Humanist  mədəniyyətin  əsasında 

mədəni  prosesin  məqsədi  olan  insan  idealı  durur.  Əslində  yunan  paydeyasının  əsas  dəyərləri  pedaqoji 

sahədən kənara çıxaraq mədəniyyət kontekstinə daxil olur. 

Yəni  böyüyən  nəslin  maddi  və  mənəvi  mədəniyyətə  yiyələnməsi  vasitəsi  ilə  həyata  hazırlanması 

bilavasitə  mədəniyyətin  yaşaması  və  inkişafı  vasitəsidir.  Məlumdur  ki,  bəşər  təcrübəsi  biliklər  sistemini, 

münasibətlər sistemini, bacarıq və vərdişlər sistemini, yaradıcılıq təcrübəsini əhatə edir. 

Biliklər sistemi maddi aləmin, obyektiv gerçəkliyin dərk edilməsini əhatə edir. Bu maddi mədəniyyətin 

dərk edilməsidir. Yəni maddi aləmin obyektiv qanun və qanunauyğunluqlarının mahiyyətini açdıqdan sonra 

ondan insanların həyatını, güzəranını yaxşılaşdırmaq üçün istifadə etməkdir. Maddi mədəniyyətin bu sahəsi, 

pedaqoqikanın  təlim  bölməsi  vasitəsi  ilə  böyüyən  nəslə,  ümumiyyətlə  insanlara  çatdırılır.  İnsanlar  məhz 

təlim vasitəsi ilə özlərindən əvvəl məlum olan elmi məlumatlara yiyələnir və onların insanların həyatındakı 

yeri,  rolu,  əhəmiyyəti  ilə  tanış  olurlar.  Çox  mürəkkəb  tarixi  və  təbii  şəraitdə  Azərbaycan  özünə  məxsus 

orjinal  mədəniyyət  yaratmışdır.  Əslində  sovet  dövrünün  müsbət  cəhətləindən  biri  xalqın  savad,  təlim, 

təhsilinin yüksək səviyəli olması və əhəmiyyətli təhsil sisteminin yaradılmasıdır ki, həmin təhsil sisteminin 

yetişdirdiyi  ziyalılar  ümumdünya  standartlarına  tam  cavab  verir.  Münasibətlər  sistemi  insanların  həyata, 

özünə, ailəyə, ictimai həyəta, gözəlliyə və s. olan münasibətləri əhatə edir. Həmçinin hal-hazırki cəiyyətin 

müəyyən  etdiyi  əxlaqi-etik,  hüquqi,  siyasi-ictimai,  estetik,  fiziki  münasibətləridə  bura  daxildir.  Bəşər 

təcrübəsinin,  mədəniyyətin  bu  sahəsi  də  pedaqoqikanın  tərbiyə  bölməsi  vasitəsi  ilə  maddiləşir.  Yəni 

mədəniyyətin bu tərkib hissələri sistemli və məqsədyönlü tərbiyə vasitəsi ilə insanlara aşılanır. Bu aşılanma 

prosesi, cəmiyyət üzvlərinin cəmiyyətin tələblərinə müvafiq, mənəvi tələblərə uyğun formalaşması, əsasən, 

sistemli təlim və tərbiyə müəssisələrində həyata keçirilir. Bu prosesdə tərbiyənin tarixən meydana  çıxmış, 

uzun  müddət  təcrübələrdə  bərkiyərək  səmərəliliyi  müəyyən  və  təsdiq  edilmiş  elmi  pedaqoji  üsul  və 

vasitələri, prinsipləri əldə rəhbər tutulur. Bacarıq və vərdişlər sistemi mövcud fəaliyyət üsullarını əhatə edir. 

Mədəniyyətin bəşər təcrübəsinin bu aktual və həyat üçün zəruri olan sahəsi pedaqoqikanınn təhsil prosesi 




vasitəsi  ilə  həyata  keçirilir.  Hal-hazırda  mədəniyyətşünaslıqda  mədəniyyəti  savadlılıqla  eyiləşdirən 

məktəblər də mövcuddur

1



Bunlar erudisiyanı deyil insanın daxili aləminə «çökmüş» biliklər sisteminin məzmununu nəzərdə tutur 



ki, həmin keyfiyyətlər şəxsiyyəti mədəniləşdirir. Biz daxili ziyalılığı mədəni keyfiyyətlərin formalaşması ilə 

tərəzinin eyni gözünə qoymamalıyıq. Yəni təhsil və özünü təhsil vasitəsi ilə böyüyən nəsil insanlar yaşamaq 

və yaratmaq üçün mövcud zəruri fəaliyyət üsullarına yiyələnirlər. Daha doğrusu, insanlarda kənd təsərrüfatı, 

sənaye,  xalq  təsərrüfatı  və  s.  idarə  etmək,  bu  və  ya  digər  sahədə  fəaliyyət  göstərmək  üçün  zəruri  əmək 

bacarıq və vərdişləri formalaşdırılır. Fəaliyyət- insan mövcudluğunun ən fundamental xarakteristikası kimi, 

tarixin substansiyası və bütün bəşər dünyasının mühərriki təki qiymətləndirilərək maddi və mənəvi sistemin 

inkişaf amili sayılır. Akademik M.S.Kaqan insanı «homo sapiyens» (ağıllı insan) adlandırmır, onu «homo 

faber»  (yaradıcı  insan)  kimi  qiymətləndirməyi  təklif  edir.

2

  Bəşəriyyətin  inkişafı  üçün  mövcud  təcrübəyə 



yiyələnərək, onunla kifayyətlənmək azdır. İnkişaf yeni yaradıcılıq, elmi kəşflər vasitəsi ilə həyata keçirilir. 

Bu isə bəşər təcrübəsinin - mədəniyyətin yaradıcılıq sahəsini əhatə edir. 

Yaradıcılıq daima mədəniyyət anlayışının aparıcı istiqaməti kimi əsaslandırılmışdır. Bu sahədə antik, 

yeni dövr alim və tədqiqatçılarının, o cümlədən Stoloviçin, M.S.Kaqanın, Sokolovun və başqalarmm fıkri və 

elmi  əsaslı  müddəaları  mövcuddur.

3

    Məsələn,  məşhur  ingilis  mədəniyyətşünası  A.Toynbinin  əsərlərində 



azad yaradıcılıq və cəmiyyətlə onun bağlılığı problemləri çox orijinal müddəalar və fıkirlərlə əsaslandırılır. 

Elmi  kəşflər  həyatın  maddi  və  mənəvi  tələbləri  əsasında  baş  verir.  Lakin  bunun  əsası,  yaradıcılığa  meyl 

didaktik  idraka  istinad  edərək  onun  vasitəsi  ilə  yaradılır.  Didaktika  idrakı  inkişaf  etdirir,  təfəkkür 

əməliyyatlarını  gücləndirir,  nitqlə  məntiqi  təfəkkürün  əlaqəli  inkişafını  təmin  edir,  yaradıcılıq 

qabiliyyətlərini inkişaf etdirir.  Bu isə gələcək elmi fəaliyyətin əsasmı qoyur. 

Beləliklə,  mədəniyyət  və  pedaqoqika  bir-biri  ilə  hərtərəfli  bağlıdır.  Pedaqoqikanın  obyektini  bəşər 

təcrübəsinin  böyüyən  nəsilə  ötürülməsi,  bəşəriyyətin  əldə  etdiyi  maddi  və  mənəvi  mədəniyyətin  böyüyən 

nəsilə mənimsətmə təşkil edir. 

Pedaqogika  özü  müstəqil  obyekti,  predmeti,  tədqiqat  üsulu  olan  bir  elm  kimi  bəşər  mədəniyyətinin, 

təcrübəsinin tərkib hissəsinə daxildir. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin