Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və  tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   48
 

Müstəqil iş üçün sual və  tapşırıqlar: 

1. Mədəniyyət müəssisələrindəki idman məşğələlərinin məqsədi. 

2. Fiziki təlim və fiziki  tərbiyə anlayışlarının müqayisəsi. 

3. Müxtəlif tip müəssisələrdə idman məşğələləri. 



 

 

 

 

 

 


ƏMƏK  TƏRBİYƏSİ 

 

Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir 

olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək bacarığına, əməyə, əmək 

adamlarına  müsbət  münasibətlərə  malik  olmasıdır.  Hər  kəs,  xüsusən  həyata  atılan  yeniyetmə  və  gənclər, 

istehsalın  bir  sahəsində  çalışmaq  üçün  zəruri  əmək  bacarığı  və  vərdişlərinə  malik  olmalıdır.  Bu  əmək 

bacarıq  və  vərdişlərinin  həm  ailədə,  həm  də  sistemli  təhsil  müəssisələrində  təlimin  ilk  günlərindən  əsası 

qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir. İnsanların əməyə hazır 

şəkildə formalaşdırılması birinci həyati zərurətdir. İnkişaf etmiş demokratik cəmiyyət tələb edir ki, böyüyən 

nəsl  əmək  əsasında  tərbiyə  alsın,  hələ  kiçik  yaşlarından  quruculuq  və  yaradıcılıq  fəaliyyətində  iştirak 

etsinlər.  Quruculuq  işində  əmək  fəaliyyətində  iştirak  etməklə  onlarda  zəruri  əmək  bacarıq  və  vərdişləri 

tərbiyə  edilsin.  Əmək  tərbiyəsi  həm  də  insan  şəxsiyyətinin,  insanlarda  zəruri  əxlaqi  keyfiyyətlərin 

formalaşmasında  böyük  əhəmiyyətə  malikdir.  Əmək  prosesi  özü  onda  iştirak  edənlərin  şəxsiyyətinə  təsir 

göstərir,  onlarda  iradə,  dözümlülük,  dostluq,  yoldaşlıq,  əməkdaşlıq,  kollektivçilik,  qarşılıqlı  yardım  kimi 

əxlaqi keyfiyyətlər formalaşdırır, tənbəllik, məsuliyyətsizlik, tüfeylilik və s. kimi əxlaqi nöqsanları aradan 

qaldırır. 

Əmək tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır.  

Əmək  tərbiyəsi  müəllim  və  tərbiyəçinin  rəhbərliyi  altında  böyüyən  nəsldə,  ümumiyyətlə  insanlarda 

həyat  üçün  zəruri  olan  əmək,  bacarıq  və  vərdişlərin,  əməyə,  əmək  adamlarına  məhəbbət  hissi 

formalaşdırılması prosesidir. Ona görə də əmək tərbiyəsi, əmək təlimi və əmək tərbiyəsi olmaqla iki hissəyə 

ayrılır. 

Əmək təlimi xüsusi əmək dərslərində aparılır. Bu dərslərdə əmək fəaliyyətinin maddi istehsal prosesi 

haqqında zəruri elmi məlumatlar verlir, müvafiq bacarıq və vərdişlər formalaşdırlır.  

Birinci  sinifdən  başlayaraq  uşaqlar  əmək  dərslərində  əməyə  hazırlanırlar.  Orta  ümumtəhsil 

məktəblərində  əmək  təlimi  xüsusi  proqram  əsasında  aparılır.  Bu  proqram  təhsil  nazirliyində  təsdiq  edilir, 

respublikanın  bütün  məktəbləri  üçün  eyni  və  zəruri  olub  bütün  siniflər  üzrə  əmək  təliminin  məzmununu 

əhatə edir. Kiçik siniflərdə əmək təlimi əsasən öyrədici xarakter daşıyırsa, yuxarı siniflərdə artıq yeniyetmə 

və gənclər məhsuldar əməkdə ihtirak edirlər. Beləki, IX-XI siniflərdə yeniyetmələr istehsalat təcrübələrində 

istehsalın müəyyən sahəsində məhsuldar əməkdə bilavasitə iştirak edir, məhsul istehsal edir, öz əməklərinin 

bəhrəsini görürlər. Orta məktəblərdə əməyə düzgün və şüurlu münasibət tərbiyə edilməsi imkanları genişdir. 

Buna uşaq və yeniyetmələrin təlim əməyi, əmək dərsləri ictimai-faydalı işlərdə iştirakı və s. aid etmək olar. 

Səmərəli təşkil olunması təlim prosesində tərbiyə olunanlar əməyə alışır, biliklərinin qiymətləndirilməsi ilə 

əməklərinin nəticəsini görür, əməyi sevir, kiçik yaşlarından ona hazırlanır. İstənilən şəraitdə əmək təlim işi 

ilə  əlaqələndirilməlir;  bu  həm  əməyi,  həm  də  təlimin  şüurluluğunu  təmin  edir.  Kənd  təsərrüfatına  aid 

təcrübələr  zamanı  aqrotexniki  üsullardan,  üzvi  və  mədəni  kübrələrdən  vaxtında  və  yerində  istifadə  edilir, 

kənd təsərrüfatı maşınları işlədilir. 

Bu  zaman  müəllim  uşaq  əməyinin  elmiliyini,  elmlə  təcrübəni  əlaqələndirməyi  tərbiyə  olunanların 

diqqət  mərkəzinə  gətirməlidir.  Əmək  tərbiyəsi  müəyyən  pedaqoji  tələblər  əsasında  aparılır.  Bunları 

aşağıdakı şəkildə təsnif etmək olar:  

-  Əmək  fəaliyyətindən  tərbiyə  vasitəsi  kimi  istifadə  edilməlidir.  İstehsal  fəaliyyətində  (kiçik  vəya 

böyük)  iştirak  elə  şəkildə  qurulmalıdır  ki,  bu  prosesdə  iştirak  edən  hər  kəs  əməyinin  nəticəsini  görərkən 

özünü cəmiyyət üçün faydalı şəxs hesab edə bilsin. Əməyinin nəticəsinin əhəmiyyətini dərk etsin, bununla 

fərəhlənsin.  Qarşıya  çıxan  əmək  çətinliklərindən  qorxmasın,  bu  çətinliyi  aradan  qaldırmaq  istiqamətlərini 

arasın. 

-  Əmək  uşağın  yaşına,  gücünə  uyğun  qurulmalıdır.  Bu  tələb  əmək  proqramlarında  öz  əksini  tapır. 

Əmək  təlimi  uşaqların  fiziki,  intellektual,  psixoloji  inkişaf  səviyyəsinə  uyğun  qurulur.  Əməyin  bütün 

sahələrində,  yəni  təlimdənkanar  ictimai-faydalı  və  digər  tədbirlərdə  bu  tələb  nəzərə  alınmalıdır.  Bu  tələb 

həmçinin mədəniyyət müəssisələrində təşkil edilən əmək fəaliyyətlərində, texniki və yaradıcı, tikişçilik və s. 

dərnəklərin təşkilində də nəzərə alınır. Bu müəssisələrdə təşkil edilən yaradıcı əmək fəaliyyəti zehni əməklə 

fiziki  əməyi  birləşdirməli,  iştirakçıların  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirməli,  onlarda  yeni  əxlaqi 

keyfiyyətlər  formalaşdırmalı, özünətəhsili stimullaşdırmalıdır. 

-  Əmək  tərbiyəsi  uşaq  və  gənclərin  fiziki  inkişafına  təkan  verməlidir.  Əmək  prosesində  işlədilən 

alətlər, görülən işlər onların əzələlərini inkişaf etdirib, möhkəmləndirməlidir. İş şəraiti elə qurulmalıdır ki, 

bədəninin quruluşu, qaməti, mütənasibliyi, görmə qabiliyyəti və s. düzgün inkişaf etsin. 

-  Əmək  təlimi  və  tərbiyəsində  sistematiklik  və  ardıcıllığa  xüsusi  fikir  verilməlidir.  Uşaq  və 

yeniyetmələrdə  əmək  adətləri  formalaşdırmaq  üçün  onların  hər  gün  əmək  fəaliyyətində  iştirak  etməsini 



təmin  etmək  lazımdır.  Yaradılmış  əmək  adətləri  isə  böyüyən  və  inkişaf  edən  insanı  əməyə  psixoloji 

cəhətdən hazırlayır, onlarda ictimai fəallıq formalaşdırır. 

-  Əmək  tərbiyəsi  prosesində  fərdi  əməklə  kollektiv  əmək  əlaqələndirilməlidir.  Fərdi  əmək  tərbiyə 

olunanlarda müvafiq əmək vərdişləri, fərdi məsuliyyət formalaşdırır, iradəni inkişaf etdirib möhkəmləndirir. 

Kollektiv əməkdə isə bu cəhət kollektiv səylə birləşir, ictimai əhəmiyyət kəsb edir, daha səmərəli şəkil alır. 

Kollektiv  əməkdə  əsas  cəhət  onlan  ibarətdir  ki,  ümumi  əmək  kollektiv  üzvləri  arasında  bölüşdürülür, 

kollektiv üzvləri fəaliyyət baxımından bir-birindən asılı olur, kollektiv əməyin müvəffəqiyyətli nəticəsi hər 

fərdin əməyindən asılı olması hər fərdin məsuliyyətini birə-iki artırır, onlar daha diqqətli olmağa çalışırlar. 

Əgər fərdi əmək zamanı fərd yalnız öz işinin nəticəsi üçün məsuliyyət daşıyırsa, kollektiv əmək zamanı isə 

bütün kollektivin əməyi üçün məsuliyyət daşıyır.  

-  Əməyin    müxtəlif  növləri  mövcuddur.  Ailədə  özünəxidmət  əməyinin  əsası  qoyulur,  məktəbəqədər 

tərbiyə müəssisələri və təhsil müəssisələrində davam etdirilir. 

Həmçinin özünəxidmət əməyi bütün istehsal müəssisələri, fəaliyyətin bütün sahələrində mövcuddur və 

hər  kəsdən tələb  olunan  zəruri  fəaliyyət  növlərindən biridir.  Əməyin  bu  növünə  gigiyenik  qaydalar,  şəxsi 

əşyaları,  dərs  və  iş  ləvazimatlarını  təmiz  və  səliqəli  saxlamaq  və  s.  aiddir.  Özünəxidmət  əməyi  ictimai-

faydalı əməyin ilk mərhələsidir. Özünəxidmət əməyi şagirdin, tələbənin, işçinin bilavasitə özü, iş yeri, ailəsi, 

onu əhatə edən mikromühitlə bağlıdır. İctimai-faydalı əmək isə cəmiyyətin xeyrinə pulsuz əməkdir. Əməyin 

bu növü rayon, şəhər üzrə keçirilən kampaniya xarakterli fəaliyyət növüdür. 

Nəticəsində maddi nemət əldə edilən fəaliyyət məhsuldar əmək adlanır. Bu fəaliyyətin ən geniş forması 

olub.  Əvvəli  ümumtəhsil  məktəblərindən  başlanır.  Əmək  dərslərində  uşaq  və  gənclər  müxtəlif  məişət 

əşyaları (stol, stul və s. əmək alətləri) düzəldir, məktəbyani sahələrdə müxtəlif kənd təsərrüfatı məhsulları 

yetişdirir və s. məhsuldar əmək sahələrində çalışırlar. 

Mədəniyyət müəssisələrində isə müxtəlif dərnəklərdə bu və ya digər əmək sahəsini  öyrənməklə maddi 

məhsul  istehsal  edirlər.  Məsələn  texniki  dərnəklərdə texniki  sahədə  yaradıcılıq işlərini tətbiq  edərək,  yeni 

texniki  vəsait  hazırlanır  və  sınaqdan  keçirilir.  Bu  isə  yeni  texniki  tərəqqilərinin  əmək  məhsuldarlığının 

artırmasının əsası və ya vasitəsi olur.  

İslah  əmək  koloniyalarında  müxtəlif  növ  əmək  fəaliyyətlərindən  xüsusi  tərbiyə  vasitəsi  kimi  istifadə 

edilir.  Burada  yeniyetmə  və  gənclərə  həm  müxtəlif  peşələr  öyrədilir,  məhsul  istehsal  edilir,  həm  də  bu 

prosesdə yeniyetmə və gəncdə digər əxlaqi keyfiyyət formalaşdırılır. 

Əmək  tərbiyəsinin  məzmunu  müxtəlif  təlim-tərbiyə  müəssisələri  üçün  müvafiq  nazirliklər  və  baş 

idarələr  tərəfindən  müəyyən  edilir.  Məsələn,  orta  ümumtəhsil  məktəblərində  əmək  tərbiyəsi  məktəblərin 

tərbiyə edilməsinin nümunəvi məzmununda  göstərilir. Bu proqramda I sinifdən başlayaraq XI sinifə qədər 

hər  sinif  üzrə  (yəni  ayrı-ayrı  siniflər  üzrə)  əmək  bacarıq  və  vərdişləri,  mənimsədiləcək  biliklərin  konkret 

məzmunu verilmişdir. 

Əmək  tərbiyəsinin  gənclərin  peşə  yönümü  sahəsində  də  əhəmiyyətli  rolu  vardır.  Peşə  –  xalq 

təsərrüfatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vərdişlərə yiyələnmədir, həmin sahədə 

fəaliyyətə  qoşula  bilmək  üçün  yiyələnmiş  zəruri  əmək  keyfiyyətləridir.  Peşə  yönümü  isə  yeniyetmə  və 

gənclərin  peşə  seçməsi  üçün  ali  məktəb  və  ictimayyətin  həyata  keçirdiyi  xüsusi  tədbirlər  sistemidir. 

Yeniyetmə  və  gənclərin  peşə  marağının  öyrənilməsi,  qabiliyyətlərin  müəyyənləşdirilməsi,  peşələrə  aid 

məlumat,  peşəyə  aid  bilik,  bacarıq  və  vərdişlər,  seçilmiş  peşə  üzrə  işə  düzəlmə,  peşəyə  uyğunlaşma, 

yenidənoriyentasiya və s. peşə yönümünün məzmununu təşkil edir. 

Peşə maarifi, peşə məsləhəti, peşə təmayülü peşə yönümünün komponentləri hesab edilir. Peşə yönümü 

yeniyetmə və gənclərin peşə nöqteyi-nəzəridən öyrənilməsindən başlayaraq yenidən oriyentasiyasına qədər 

olan  bütün  işlər  sistemini  əhatə  edir.  Peşənin  səhv  seçilməsi,  peşə  üzrə  yenidən  iş  aparılaraq  qabiliyyətə 

uyğun peşə seçilməsi prosesi yenidənoriyentasiya adlanır. 

Peşə ilə ixtisas məfhumu bir-birinə oxşar olsa da hər məffhumun öz mahiyyəti vardır. Peşə daha geniş 

anlayış olub, bir neçə ixtisası əhatə edir və s. 

Məsələn,  müəllimlik  peşəsi  fənlərin  tədrisi  üzrə  bir  neçə  ixtisasları  əhatə  edir.  Mühəndislik  peşəsi 

fəaliyyət sahələrinə görə çoxlu ixtisasları əhatə edir. 

Peşə  seçilməsində  əsas  məsələ  xalq  təsərrüfatının  müasir  dövrdə  tələblərini  nəzərə  almaqdır.  Peşəyə 

istiqamətləndirmədə  həm  müasir  sənayenin  inkişafı, onun tələbləri,  həm  də  ölkənin  inkişaf prespektivləri, 

dövlətin  və  xalqın  mənafeyi  nəzərə  alınmalıdır.  Bu  prosesdə  həmin  məsələlər  yüksək  vətəndaşlıq  hissi 

əsasında həyata keçirilir. 

Peşəyə istiqamətləndirmə işində həmçinin istehsal və qeyri-isehsal sahələrinin mahiyyətinin açılması, 

fəaliyyət  növləri  haqqında  məlumat  verilməsi  də  əhəmiyyətli  yer  tutur.  Peşəyə  istiqamətləndirmə  orta 

ümumtəhsil məktəblərdə yuxarı siniflərdə aparılır. 




Mədəniyyət  müəssisələrində  isə peşə  yönümünün  səmərəli  aparılması  işinə  daha  geniş  imkan  vardır. 

Bu  müəssisələrdə  nəzəri  işlə  əməli  iş  əlaqəli,  əyani  şəkildə  aparılır.  Beləki,  yeniyetmə  və  gənclər  asudə 

vaxtlarında  öz  marağına  görə  dərnəklərdə  birləşir.  Bu  dərnəklər  və  digər  işlər  vasitəsilə  gənclər  həmin 

fəaliyyət  prosesində  bilavasitə  məşğul  olur,  fəaliyyətin  əsas  məğzi  ilə  tanış  olur.  Seçdiyi  və  ya  seçəcəyi 

peşənin sirlərini öyrənir və bu işlə öz imkanlarını, bu fəaliyyət növündə çalışa biləcəyini şüurlu surətdə dərk 

edir.  Bu  zaman  artıq  peşələr  haqqındakı  romantika  reallaşır,  yeniyetmə  və  gənclər  həmin  peşəyə  şüurlu 

yanaşırlar. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin