Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
Müstəqil iş üçün sual və tapşırıqlar: 

1. Əxlaqın sosial və ictimai mahiyyət anlayışları. 

2. Mədəniyyət və incəsənət işçilərinin əxlaq  tərbiyəsində rolu. 

3. Şüurlu əxlaqi fəaliyyət. 

4. Əxlaq tərbiyəsinin vasitələri. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



ESTETİK  TƏRBİYƏ 

 

Şəxsiyyətin  hərtərəfli  və  harmonik  inkişafında,  onun  yüksək    bəşəri  tələblərə  cavab  verəcək  bir 

səviyyədə formalaşmasında tərbiyənin təkib hissəsindən biri olan estetik  tərbiyə də  böyük əhəmiyyət kəsb 

edir. İndi görək estetik  tərbiyə nədir, onun mahiyyəti nədən ibarətdir. 

«Estetika»  qədim  yunan  «estanomay»  sözündən  olub  hərfi  mənası  «hisslərlə  qavramaq»  deməkdir. 

Müasir dövrdə estetika maddi aləmin, obyektiv gerçəkliyin insan tərəfindən bədii surətdə qavranılmasının 

ümumi    qanunauyğunluqları  haqqında    elmdir.  Estetika  gözəllik  haqqında  elmidir.  Estetik    tərbiyə  isə  

pedaqoji məfhumdur. Estetika fəlsəfi məfhumdur, fəlsəfənin tərkib hissəsindən biridir. 

Estetik  tərbiyə  isə  tərbiyənin  ayrılmaz  tərkib  hissəsindən  biri  olub,  gənc  nəsli  gözəllik  aləminə 

yaxınlaşdırır, insanlarda həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, 

sevmək və qiymətləndirmək bacarıqları tərbiyə  edir. Estetik tərbiyə  insanlarda gözəlliyə  olan həssaslığı 

artırır, onları həyata gözəllik  ünsürləri daxil etməyə təhrik edir, insanların mənəvi aləminə  qüvvətli təsir 

göstərməklə onu daha da nəcibləşdirir. Ona görə də dahilərin bir çox əsərlərində  və klassik pedaqoqların  

pedaqoji  irslərində  böyüyən  nəslin,  ümumiyyətlə    insanların  estetik    tərbiyəsinə  böyük  əhəmiyyət 

verilmişdir.  

Müasir dövrdə estetik  tərbiyəyə yüksək qiymət verilir, onun şəxsiyyətin  hərtərəfli formalaşmasında 

əhəmiyyətli rol  oynadığı  qeyd edilir, gənclərin gözəlliyi, bədii hisslərə  dolğun və dərindən  yiyələnməsinə, 

onların bədii yaradıcılığa cəlb olunmasına böyük əhəmiyyət verilir. 

Estetik  tərbiyənin məqsədi və vəzifələri. 

Deməli  estetik  tərbiyə  -  insanda  bədii  hisslər,  zövq,  bədii  mühakimənin  təşəkkül  tapıb 

möhkəmləndirilməsi və bu əsasda yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi prosesidir. 

Bu  prosesdə    tərbiyə  olunanlar  gözəlliyin  mahiyyətini    dərk  edir,    ona  qiymət  verməyi  öyrənir, 

gözəlliyin  yaradılmasında, mühafizəsində iştirak  etməyə  hazırlanır, özlərinin  estetik keyfiyətlərini inkişaf 

etdirir, müvafiq bilik və vərdişlərə yiyələnirlər. 

İnsanda  gözəlliyə  münasibətində  onun  maddi  təlabatı  da  mühüm  rol  oynayır.  Təbiət  və  cəmiyyət 

hadisələri    şəxsiyyətin    təlabatını  ödəyən    zaman  onlarda  gözəl  düyğu  və  hisələr  baş  qaldırır.  Məsələn, 

müxtəlif  vaxtlarda  təbiət  hadisələrinə  münasibət  də    mənfi  və  müsbət  olmuşdur.  Cəmiyyət  hadisələri  də 

həmçinin fərddə  müsbət və mənfi  keyfiyyətlər doğura bilər. Bu  həmin  hadisələrin  fərdin öz maddi və 

mənəvi tələbləri ilə bağlılığından asılı olur. 

Təbiət  və  cəmiyyət  qanunlarını  öyrənmək,  bu  qanunlardan  çıxış  edərək  təbiət  və  cəmiyyəti  insan 

təlabatına  uyğunlaşdırmaq  məsələsi,  gögzəllik  qanunları  əsasında    yaratmaq  prinsiplərinə  uyğun  şərh 

edilməlidir.  Danışıqda  və  bəzi  pedaqoji  ədəbiyyatlarda  «estetik    tərbiyə»  anlayışı  bəzən  «bədii  tərbiyə» 

anlayışı  ilə  eyniləşdirilir.  Əslində  isə  bunlar  başqa  anlayışlardır.  Beləki,  «bədii  tərbiyə»  dedikdə    başlıca 

olaraq incəsənət əsərləri (ədəbiyyat, musiqi, rəsm) vasitəsilə verilən tərbiyə nəzərdə tutulur. Bədii tərbiyə-

incəsənət  əsərlərini  başa  düşmək  və  həmin  əsərlərin  təsiri  ilə    ruhən  yaşamaq  qabiliyyəti  tərbiyə  etməyi 

nəzərdə tutur.

6

 

Estetik    tərbiyə  isə  həm  incəsənət  əsərləri,  həm  də    təbiətdə,  həyatda,  fikir  və  davranışda  olan 



gözəllikləri  qavramaq,  başa  düşmək,  sevmək  və  qiymətləndirmək  qabiliyyətinin,  habelə  bədii  yaradıcılıq 

qabiliyyətlərinin tərbiyə  etdirilməsini nəzərdə tutur. Deməli estetik  tərbiyə daha  geniş sahəni əhatə  edir  

və bədii tərbiyə də onun tərkibinə daxildir. 

Estetik  tərbiyə qarşısında aşağıdakı vəzifələr durur: 

1.Estetik    tərbiyə  estetik    hissələr    yaratmalı  və    inkişaf  etdirməlidir.  Bura  estetik  həvəs,  estetik 

qavrama,  duyma  daxildir.  İnsanların  yaşadığı  mühitdə    olan  bütün  gözəl  şeylər-təbiət  mənzərələri,  təsviri 

sənət əsərləri, incə musiqi, memarlıq abidələri, qiymətli əmək  məhsulları və s.  onu  diqqətini cəlb etməli, 

həssaslığını  artırmalı,  bədii hisslərini təşəkkül  və inkişaf etdirməlidir. Müəllim şagirdlərə gözəlliyi bütün 

təzahür formalarında  qavramaqda gömək  etməlidir. 

2.  Estetik  tərbiyə  insanlarda  estetik  baxışlar  və  mühakimələr  yaratmalıdır.  İnsanların  gözəllikdən 

sadəcə  həzz  almaları  ilə  kifayətlənmək  olmaz.  Onlarda  həmçinin    gözəlliyi  qiymətləndirmə  bacarığıda 

yaradılmalıdır.  Hər  bir tərbiyə  olunan  gözəlliyi    ayıra,  dərk  edə    bilməli,  təkcə  baxmaq  və  eşitmək  deyil, 

həm  də    görməyi    və    dinləməyi  də  bacarmalıdır.  Ancaq  belə    halda    uşaqlarda  yeniyetmə  və  gənclərdə  

estetik  baxış və mühakimə tərbiyə edilə, yaradıla bilər. 

3.  Estetik  tərbiyə  insanlarda  estetik  yaradıcılıq  qabiliyyətini  təşəkkül  və  inkişaf  etdirməli,  onlarda 

incəsənətin müvafiq sahələri üzrə bilik, bacarıq və vərdişlər yaratmalıdır. Estetik  tərbiyə insanın incəsənət 

                                                           

6

 А.Рзаев, Б.Ахмедов «Педагогикадан мцщазиря конспектляри» Б. Маариф, 1983. 




sahəsində  yaradıcılıq göstərə bilməsinə, kollektiv və ya  təklikdə şer və  hekayə oxumaq, musiqi əsrlərini 

ifa etmək, rəqs etmək bacarığına yiyələnməsinə  gömək etməlidir. 

Yuxarıda sadalanan  vəzifələr ayrı-ayrılıqda deyil, bir-birilə qarşılıqlı əlaqədə  həyata  keçirilir. Həmin  

vəzifələr  nə  qədər  müvəffəqiyyətlə  həyata    keçirilsə,    tərbiyə  olunanlar  bir  o  qədər  saf  və  gözəl  olar. 

Məişətdə,  rəftar    və  davranışda  zövqsüzlüyə,  bayağı  təsəvvürlərə  qarşı  mübarizə  apararaq,  ətraf  aləmə 

gözəllik ünsürləri daxil  etməyə çalışar. 

Estetik  tərbiyənin  yuxarıda  qeyd  edilən  vəzifələri  bütün  təhsil  sistemində    təlim-tərbiyə 

müəssisələrində,  o  cümlədən  məktəbdənkənar  tərbiyə  müəssisələrinə,  mədəniyyət    müəssisələrində  və 

ümumiyyətlə  pedaqoji  gerçəkliyin    bütün  sahələrində    aparılan  estetik  tərbiyəyə  aid  edilir.  Mədəniyyət 

müəssisələrində estetik  tərbiyə imkanları daha genişdir. Teatr, kino, televiziya, sirk və s. bu kimi incəsənət 

müəssisələri  estetik  tərbiyə  sahəsində  daha  geniş  imkanlara  malikdir.  İncəsənətin  bu  növləri  müxtəlif 

sahələri gözəllik  ünsürlərini  özələrində  birləşdirmişlər. 

Məsələn,  teatrda  tamaşalar  zamanı  bədii  qiraət,  pantomima,  dekorasiya,  musiqi  ahənkdar  şəkildə  

birləşmişdir. Bu isə tamaşının qavranılmasında özünə  məxsus emosional, estetik hislər yaradır. Bu zaman 

aktyorlarla tamaşıçılar arasında yaranmış emosional əlaqələr estetik tərbiyənin səmərəliliyini daha da artırır, 

insanlarda estetik  münasibətlər formalaşdırır. Tamaşaçı müəyyən mənada  ruhən tamaşaya daxil olur, gedən 

hadisələrdə «iştirak edir» və ya onu öz həyatı ilə müqayisə edirlər.  

Kino,  televtziya  müxtəlif  yaşlı    tərbiyə  olunanlarda,  insanlarda    estetik    münasibətlər  

formalaşdırılmasında  daha  əhəmiyyətli  yer  tutur.  Bədii,  tarixi,  tədris  filmlərinə  baxış,  onların  sonra  

tərbiyəçi    tərəfindən    təhlili  estetik  imkanlarının  açılması,  insanların    gündəlik həyatı ilə    əlaqələndirməsi 

buna misaldır. 

Estetik  tərbiyənin  prinsipləri. 

İnsanların estetik  tərbiyəsini günün tələbləri  səviyyəsinə  qaldırmaq üçün bir sıra  prinsiplərə  əməl 

etmək lazımdır. Bunları aşağıdakı şəkildə təsnif  etmək olar. 

1.Estetik  tərbiyədə ideyalılıq təmin olunmalıdır. Estetik  tərbiyə məqsədi ilə  istifadə  edilən  material 

diqqətlə    seçilməli,  onların  ideyaca  yüksək,  bədii  cəhətcə  dəyərli  və    zəngin  olmasına  xüsusi  fikir 

verilməlidir. İnsanlar elə musiqi və təsviri incəsənət  əsərləri  ilə tanış edilməli, elə  film və pyeslər nümayiş 

etdirilməlidir ki, bu əsərlər  onlarda yüksək bədii zövq oyatmaqla bərabər nəcib əxlaqi keyfiyyət də tərbiyə  

etsin,  insanların  xoşbəxtliyi  uğrunda    mübarizə  əzmini    qüvvətləndirsin.  Bu    hər  bir    tərbiyəçinin    diqqət 

mərkəzində durmalıdır. 

 

Estetik    tərbiyə  prosesində    kiçik  uşaqlara  məzmunu  onlar  üçün  anlaşılmaz  olan  bədii  əsərlər 



oxumaq, kino və teatrlara  baxmaq, musiqi dinləmək olmaz. Çünki belə materiallar onlar üçün  anlaşılmaz 

olur, bu isə bəzən  müsbətdən çox mənfi təsir göstərir. Uşaqlar onlara mənaca aid olan əsərlərdən zövq ala 

bilər. Digər tərəfdən də, onlar  böyüklər üçün olan əsərləri qavramağa hazırlanmalıdırlar. Ona görə də uşağı 

gözəllik  aləminə  daxil  edən  ayrı-ayrı  tədbirlərdə    tədriciliyə  ciddi    əməl  olunmalıdır.  Təqdim  edilən 

incəsənət əsərləri, esietik tərbiyə vasitələri sadədən mürəkkəbə doğru  aparılmalıdır. 

 

2. Estetik  tərbiyə işində sistematikliyə  və ardıcıllığa  əməl  edilməlidir. 



 

Məlumdur ki, sistematiklik və ardıcıllıq həm təlim , həm tərbiyə prinsipidir. Ona görə də bu prinsip 

həm estetik təlim həm də estetik  tərbiyədə aktualdır. Etetik təlim zamanı öyrənənlərə estetik biliklər verilir, 

həm  də  bu    biliklər  bacarıq  və  vərdişlərə  çevrilir.  Bu  isə asandan  başlayaraq  yavaş-yavaş,  bir-birilə  bağlı 

şəkildə  biri  digərinə  istinad  edilərək  aşılanır.  Bu  estetik  təlim,  davamlı  və  sistemli  çalışmalar  vasitəsilə 

həyata  keçirilir.  Sistemli  təlim  müəssisələrində  bu  təlim    məşqələləri  dərslərdə  aparılır.  Məktəbdən  kənar 

tərbiyə  müəssisələri,  mədəniyyət  və  digər    müəssisələridə  isə  təlim  tipli  məşğələlər  vasitəsilə  (dərnəklər) 

həyata  keçirilir.  Məsələn,  şəkil  qalereyasında    rəssamlıq  dərnəkləri,  mədəniyyət  müəssisələrində  rəqs, 

musiqi məşqələri və s. misal göstərmək olar. 

Estetik  münasibətlər  həm  təlim  məşqələlərində,  həm  də    məktəbdən  müəssisələrdə  anlayışlar 

yaratmaqdan    başlayaraq  tərdiçən  estetik    baxışlar  və    görüşlər  yaratmağa  doğru  aparılır.  Təlim 

müəssisələrində  əsası  qoyulan  estetik    baxışlar  sonralar  mədəniyyət  müəssisələri  və    pedaqoji  gerçəkliyin 

digər sahələrində estetik  görüşlərə  çevrilir. Estetik  tərbiyə  fasiləsiz şəkildə  aparılır. 

3. Estetik  tərbiyə  hərtərəfli aparılmalıdır. 

Estetik  tərbiyə   insanlara  hərtərəfli təsir etməlidir.  Hər  bir  şəxs  incəsənət, təbiət,  həyat  gözəlliklərini 

dərk  etdikcə,  onu  özünün  fəaliyyətində,  rəftarında,geyimində  əks    etdirə  bilməlidir.  Estetik  tərbiyə  elə 

aparılmalıdır  ki,    tərbiyə  olunanlar  öz  davranışına,  insanlarla  ünsiyyətinə  gözəllik  elementləri  daxil  edə 

bilsinlər.  Tərbiyə  işi  elə  qurulmalıdır  ki,  yaradılan  estetik    anlayışlar  şüurlu  dərk  olunaraq  şəxsi 

münasibətlərə  çevrilsin.  Mənimsənilən  estetik  biliklər  həyati  bacarıq  və    vərdişlərə    çevrilməlidir.  Əgər  

tərbiyə  olunanda  incəsənətin  bu  və  ya  digər  sahəsinə    aid  güclü  meyl  və  ya  xüsusi  istedad    elementləri  




varsa,  onda  tərbiyə  olunanda    həmin  istiqamətdə  daha    səmərəli  iş  aparmalı,  onun  qabiliyyətinin  inkişafı 

üçün geniş  şərait  yaradılmalıdır. 

4. Tərbiyə olunanların yaş  xüsusiyyətləri nəzərə alınmalıdır. 

Tərbiyənin  bütün  sahələrində  olduğu  kimi  estetik  tərbiyədə  də  tərbiyə  olunanların  ümumi  fiziki, 

psixoloji,  intellektual  inkişafına  istinad  edilməlidir.  Bu  prinsip  istər  təlim,  istərsə  də  tərbiyənin  bütün 

sahələrində istinad edilən əsas prinsipdir. 

Bütün bu prinsiplərə riayət  zamanı tərbiyə olunanın ahəngdar inkişafı diqqət mərkəzində  olmalıdır. 

Həyata keçirilən bütün tərbiyəvi tədbirlər məhz bu  məqsədə  xidmət  etməlidir. 

İnsanların,  böyüyən  nəslin  estetik    tərbiyəsinin    müvəffəqiyyəti,  müəyən  mənada,  məktəblə  ailənin 

əlbir  işindən də asılıdır.Bu isə  valideyn və müəllimlərin özlərinin estetik mədəniyyətinin yüksəldilməsini 

tələb edir. 

Estetik  tərbiyənin bu prinsipləri sistemli  təlim  tərbiyə müəssisələrində  rəhbər tutulmaqla yanaşı, həm 

də  məktəbdən kənar  tərbiyə müəssisələrində, mədəniyyət müəssisələrində aparılan estetik tərbiyə  işlərində  

də rəhbər tutulur. Ümumiyyətlə, bu prinsiplər estetik  tərbiyə ilə məşğul olan bütün  sahələrdə, o cümlədən  

pedaqoji  gerçəkliyin bütün sahələrində də  riayət edilən əsas  və  başlıca  prisipdir. 

Estetik  tərbiyənin  bir çox vasitələri mövcuddur. Bunların içərisində: a) insanların təbiətlə əlaqəsi; b) 

ictimai-sosial həyat; v) əmək fəaliyyəti mühüm yer tutur.       

İnsanların  gözəlliklə,  təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vurğunluq 

əmələ gəlir. Bu  işdə təbiətə ekskursiyalar, yaşıllaşdırma işində iştirak etmək və s.  əhəmiyyətli yer tutur. 

Təbiət, onun  gözəlliyi  özü uşaq  və yeniyetmələri  gözəlliyi  sevdirir.     

Estetik  tərbiyənin  iknci vaitəsi insanların sosial həyatıdır. Abadlaşdırılmış şəhər və kəndlər, onların 

gündən-günə  gözəlləşdirilməsi,  yaraşıqdı  binalar  tikilməsi  və    istirahət  kuşələrinin    salınması  insanlar 

arasında  gözəl, mehriban ünsiyyət yaradır, onları həyatı daha da gözəlləşdirməyə  ruhlandırır, yaradıcılıq 

qabiliyyətlərini inkişaf  etdirməyə  sövq edir. 

Estetik    tərbiyənin  vasitələri  içərisində  əmək  mühüm  yer  tutur.  İnsan  öz  əməyinin    nəticəsindən, 

cəmiyyətə  verdiyi xeyrdən zövq alır. 

Estetik  tərbiyə metodlarına: 

a) estetik bilgilərin  verilməsində istifadə edilən təlim metodları;  

b) estetik zövq və estetik  baxışların tərbiyə edilməsində istifadə edilən  tərbiyə metodları; 

v) estetik  yaradıcılığın özünə məxsus olan spesifik metodlar daxildir. 

Birinci  qrupa  şifahi  şərh,  müsahibə,  illustrasiya  və  demonstrasiya,  izah  və  s.;  ikinci  qrupa  söhbət, 

müzakirə, disput, ədəbi-bədii gecələr və s.; üçüncü qrupa isə estetik fəaliyyətin təşkili  metodikası daxildir. 

Məsələn,  rəssam  olmaq  istəyirsə  şəkil  çəkmə  qaydaları,  naturanı  görə  bilmək,  fırçadan,  qələmdən  və  s. 

istifadə  öyrədilir.  Rəqqasəyə  rəqs  elempentləri,  musiqiyə  uyğun  hərəkət  etmək  qaydası  öyrədilir. 

Ümumiyytlə estetik  təlim və tərbiyə, əsasən iki formada təlim və dərsdənkənar proseslərdə həyata keçirilir, 

mədəniyyət və incəsənət müəssisələrində də estetik tərbiyə tədbirlərinə geniş yer verilir.  

Tərbiyənin  digər  tərkib  hissələri  kimi  estitik  tərbiyədə  də  baza  kimi  təlim  prosesi  götürülür. 

Məktəblərdə tədris edilən dərslərin, demək olar ki, hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə 

bilavsitə estetik tərbiyə və təliminə (musiqi, rəsm,  nəğmə və s.) xidmət edir. 

Məsələn,  ədəbiyyat  dərslərində  yeniyetmə  və  gənclər  bədii  əsərləri  öyrənirlər.  Bu  zaman  onlar  əsər 

qəhramanlarını təhlil edirlər,  ona  münasibət  bildirirlər:  Bu isə onları  həm  də  öz hərəkət  və  davranışlarına 

gözəllik ələmətləri daxil etməyə məcbur edir, onlarda gözəlliyə aid münasibətlər formalaşdırır.  

Ədəbiyyat  dərslərində  yeniyetmə  və  gənclər  zəngin  ədəbi  materiallar  xalq,  yaradıcılığı,  poeziya  ilə 

tanış olur, yaradıcı  təxəyyülləri  inkişaf etdirir.  

Tarix  dərslərində  uşaqlar  qəhrəman  keçmişimizlə  tanış  olur,  müxtəlif  tarixi  dövrlərdə  xalqımızın 

düşdüyü  çətinliklər,  keçdiyi  keşmə-keşli  mübarizə  yolları  ilə  tanış  olur,  azadlıq  uğrunda  vuruşan 

qəhramanlara rəğbət bəsləyirlər. Onlar istismardan uzaq olan yeni cəmiyyətin, qurulucularına minnətdarlıq 

hissi bəsləyirlər, bu isə estetik tərbiyəyə müsbət təsir göstərir.  

Bədən  tərbiyəsi  dərslərində  hərəkətlərin  bədii  şəkildə  icrası,  dərsin  musiqi  ilə  müşayiət  edilməsi, 

qamətin düzgün inkişafı kimi məsələlər estetik tərbiyə-nöqteyi nəzərindən çox faydalıdır. Təlim prosesində 

tərbiyə  olunmuş  bu  estetik  baxışlar,  hissələr  insanların  müstəqil  həyatı  və  fəaliyyəti  prosesində  daha  da 

möhkəmlənir  və  inkişaf  edir.  Həmçinin  bu  hisslər,  baxışlar  və  onlarda  tərbiyə  olunmuş,  formalaşdırılmış 

estetik  bacarıq  və  adətlər  əsasında  öz  həyatlarını,  iş  yerlərini  gözəllik  qanunları  əsasında  qurmağa  səy 

göstərirlər. Daha doğrusu səmərəli estetik tərbiyə estetik özünütərbiyəyə çevrilir.  

Rəsm dərsləri estetik tərbiyədə daha geniş imkanlara malikdir. Bu dərslər vasitəsilə tərbiyə olunanlarda 

rəssamlıq  və  onun  müxtəlif  sahələrinə  aid  biliklər,  anlayışlar  yaradılır,  zəruri  bacarıqlar  formalaşdırılır. 

Nəğmə dərsəlri də rəsm dərsləri kimi estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Nəğmə dərslərində səs, 



musiqi,  onun  ahəngi  haqqında  məlumatlar  verilir,  musiqini  dinləmə,  dərk  etmə  qabiliyyət  və  bacarıqları 

formalaşdırılır.  İstər  nəğmə  istərsə  də  rəsm  dərslərində  məktəblilərin  bu  sahədə  xüsusi  qabiliyyətləri  üzə 

çıxırılır və inkişaf etdirilir. 

Estetik  tərbiyəni  yalnız  təlim  prsesi  ilə  məhdudlaşdırmaq  olmaz.  Dərsdə  binovrəsi  qoyulmuş  estetik 

tərbiyə    dərsdənkənar  tədbirlər  prosesində  və  məktəbdənkənar  tərbiyə  müəssisələrində  davam  etdirilir. 

Sinifdənkənar tədbirlər prosesində şagirdlərin təlim zamanı qazandıqları bilik, bacarıq və vərdişləri daha da 

inkişaf etdirilib təkmilləşdirilir. 

Təlim  prosesinə  nisbətən  sinifdənkənar  tədbirlər  məktəblilərin  fərdi  tələbatına,  arzu  və  istəklərinə, 

maraq və meyllərinə uyğun şəkildə təşkil edilir.  

Rəngarəng sinifdənkənar estetik tərbiyə işlərinə müxtəlif dərnəklər, kütləvi tədbirlər ekskursiyalar və s. 

daxildir.  

Mədəniyyət  müəssisələrində  təşkil  edilən  estetik  tərbiyə  məşğələlərində  də    inçəsənətin  müxtəlif 

sahələrinə  aid  bilik,  bacarıq  və    vərdişlər  formalaşdırılır.  Bu    məşqələlər  təlim  məşqələləri  olduğu  üçün 

təlimə    verilən  bütün  pedaqoci  tələblər    onlara  da  verilir.  Elmi  pedaqoci  yeniliklər  təlimin  bu  sahəsinə  də  

tətbiq edilir. Mədəniyyət  müəssisələrində təşkil edilən bu tip  məşğələlər  də təlim və  tərbiyə  məşğələləri 

hesab edilir və  şəxsiyyət  formalaşdırılması  məqsədlərinə xidmət edir. 

Estetik  tərbiyə  işində  bədii  yaradıcılıq  və  ya  incisənət  dərnəkləri  əhəmiyyətli  yer  tutur.  Bura    rəqs, 

dram,  ədəbiyyat,  xor,  rəsm,  bədii  tərtibat,  tikiş  və  s.  dərnəklər  daxildir.  Uşaqlar  və  gənclər  arasında  geniş 

yayılmış  incəsənət  növlərindən  biri  də  rəqsdir.  Uşaq  və  yeniyetmələr  bayram  təntənələrində,  müsamirə  və 

şənliklərdə həvəslə rəqs edirlər. Uşaqlar, yeniyetmələr və gənclər rəqs zamanı əylənir, sevinir və fərəh hissi 

keçirirlər.  Rəqs  zamanı  hər  kəs  öz  bacarıq  və  istedadlarını  səfərbərliyə  alır,  gördüklərini  yadda saxlamağa 

çalışır,  hərəkətləri  üzərində  düşünür.  Bu  isə  onlarda  həm  də  hafizə  və  təfəkkürü  inkişaf  etdirir. 

Məktəbdənkənar  və  mədəniyyət  müəssələrində  təşkil  edilən  rəqslər  yaşauyğun  təşkil  edilir.  Ona  görə  də 

dərnəklər eyni yaşlı, heç olmazsa yaşlarında az fərq olan insanları biləşdirir. Rəqs zamanı geyimlər də gözəl, 

milli və ya müasir olmalıdır.  

Yeniyetmə  və  gənclərin  estetik  tərbiyəsində  dram  dərnəkləri  də  böyük  əhəmiyyət  kəsb  edir.  Dram 

dərnəyində  aktyor  kimi  iştirak  edən  zaman  iştirakçı  özünü  əsərdə  göstərilən  aləmdə  hiss  edir,  rola  girir, 

personajın  hiss  və  görüşlərini  yaşamağa  çalışır.  Bu  proses  insanlarda  təxəyyül,  fantaziya,  yaradıcı  

qabiliyyətləri də inkişaf etdirir.  

Hazırlanan  tamaşa  yeniyetmə  və  gənclərin,    ümumiyyətlə  tərbiyə  olunanların  yaş  xüsusiyyətləri  və 

səviyyələrinə uyğün olmalıdır. Sinifdənkənar və məktəbdənkənar tərbiyə işlərində incəsənət əsərlərinə daha 

arqtıq fikir verilməlidir.  

Dərnək  işlərinin  müvəffəqiyyətinin  təmin  edilməsi  iştirakçılar  arasında  vəzifə  bölgüsünün  düzgün 

aparılması  və  s.  kimi  şərtlərdən  də  asılıdır.  Kütləvi  tədbirlər  də  estetik  tərbiyənin  mühüm  formalarından 

biridir.  Bura  incəsənətin    ayrı-ayrı  sahələrinə  həsr  olunmuş  məruzə,  müharizə  və  söhbətlər,  ədəbi-bədii 

gecələr, radio və televiziya verlişlərinin müzakirəsi, təbiətə və incəsənət muzeylərinə ekskursiyalar, teatr və 

kino tamaşalarına kollektiv gedişlər, mədəni əyləncələr, bədii albom, kütləvi oyunlar və s. daxildir.  Təbiət, 

cəmiyyət  və  incəsənətdəki  gözəllikləri  müşahidə  və  dərketdirmək  bu  əsasda  insanlarda  estetik  zövqü, 

mühakimə və baxışı formalaqşdırmaq nöqteyi-nəzərindən bütün bu tədbirlərin çox böyük əhəmiyyəti vardır. 

Misal üçün məlum olduğu kimi teatr və kino öz konkretliyi və bədii tərtibatı ilə, həmçinin musiqi və canlı 

söz  vasitəsilə  təsir  edrək  insana  gözəllikləri  dərk  etməyi  öyrədir,  insanın  bədii  zövqünü  və  estetik 

mühakiməsini inkişaf etdirir.  

İşin  müvəffəqiyyəti  əvvəlcədən  hazırlıq  aparılmasını  tələb  edir.  Bu  zaman  tərbiyə  olunanlara 

baxacaqları film və ya teatrın süjeti ideyası haqqında qısa məlumat verilir. Sonra isə baxılmış əsər müzakirə 

edilir, hər kəsin şəxsi fikri üzə çıxarılır.  

Tərbiyə  olunanların  incəsənət  muzeylərinə  ekskursiyaları  da  əhəmiyyətli  yer  tutur.  Bu  ekskursiyalar 

zamanı şagirdlər və tələbələr incsənət nümayəndələri və onların növləri ilə rəssamın, heykəltarışan, memarın 

yaratdığı xarüqələr ilə tanış olurlar.  

Təbiətə ekskursiyalar da tərbiyə olunanların estetik tərbiyəsində, doğma vətənimizin gözəlliklərini dərk 

edib,  sevməkdə  əhəmiyyətli  yeri  tutur.  Təbiətin  estetik  gücü  haqqında  K.  D.Uşinski  «Bəs  şəlalələr,  bəs 

təbiət, şəhərin gözəl ətrafı, bəs ətirli çəmənliklər və dalğalı səhralar, bəs güllü-çiçəkli bahar və qızıla bənzər 

payız bizim tərbiyəçilimiz olmayıblarmı? Mən həyat təəssuratımın dərin etiqadı nəticəsində bilirəm ki, gənc 

ruhun  tərəqqisində  gözəl  mənzərənin  tərbiyəvi  təsiri  o  qədər  böyükdür  ki,  müəllimin  təsiri  ona  rəqib  ola 

bilməz».


7

 

                                                           



7

 К.Д.Ушински. Сочинения, 1952, с.52. 

 



Ailədə və ictimai təşkilatlarda da estetik tərbiyəyə diqqət yetirmək də əhəmiyyətli yer tutur.  

Estetik tərbiyə insan məişətinin hər bir sahəsinə daxil olmalıdır. Böyüyən nəslin zövqünü tərbiyə edib 

təkmilləşdirməkdə onu əhatə edən şəraiti böyük rol oynayır. Tərbiyə olunanı əhatə edən şərait özü də gözəl 

olmalıdır.  

Y.A.  Kominski  qeyd  edirdi  ki,  məktəbin  özü  gözləri  cəlb  edəcək  xoş  bir  yerdə    olmalıdır.  Məktəbin 

foyesi  və  dəhlizləri  məşhur  şəxsiyyətlərin  portretləri,  tarixi  hadisələrin  təsviri,  ornament    nümunələri  ilə 

bəzənmiş olmalıdır. Məktəbin xaricində  isə kəzinti bağı olmalıdır ki, şagirdlər ağacların bitki və çiçəklərin 

mənzərəsindən zövq alsınlar. 

 Böyük  pedaqoqun  bu  sözlərindəki  həqiqət  indi  də  öz  əhəmiyyətini  saxlayır.  Bu  tələb  mədəniyyət 

müəssisələrinə, həmçinin məktəbdənkənar tərbiyə  müəssisələrinə də aiddir.  

Yeniyetmə  və  gəncin  xarici  görkəmi,  özünün  zəngin  daxili  aləminə  və  nəcib  hərəkətlərinə  uyğun 

gəlməlidir.  Bu  nöqteyi–nəzərdən  geyim  insanın  estetik  mədəniyyəti  və  zövqü  haqqında  müəyyən  təsəvvür 

verə bilir. 

Hər  bir  yeniyetmə  və  gənc  təkcə  danışıqda  deyil,  hər  şeydə;  danışığında,  yerişində,  rəftar  və 

hərəkətlərində, başqalarına qaoşı münasibətində gözəl olmalıdır.  

Uşaqların  estetik  tərbiyəsində  bütün  yaş  dövrlərində  ailə  daha  çox  rol  oynayır.  Beləki,  ailənin  yaşlı 

üzvləri, valideyinlər gəzintilər zamanı təbiətdəki gözəllikləri onlara müşahidə etdirir, bu gözəllikləri onlara 

dərk etdirməyə çalışırlar. Ümumiyyətlə tərbiyənin digər tərkib hissələrində olduğu kimi  estetik tərbiyədə də 

ailə mühum, əvəzedilməz əhəmiyyətə malikdir.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin