Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 311,32 Kb.
səhifə3/14
tarix25.12.2016
ölçüsü311,32 Kb.
#3077
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14
Pedaqoji elmlər sistemi.

Pedaqoji elmlər sistemi dedikdə, pedaqogikaya daxil olan elmlərin məcmusu nəzərdə tutulur. Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir: məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, orta ixtisas məktəbi pedaqogikası, xüsusi pedaqogika, ali məktəb pedaqogikası, hərbi pedaqogika, xalq pedaqogikası, istehsalat pedaqogikası, mədəni fəaliyyət pedaqogikası, xüsusi metodikalar, pedaqogika tarixi, ailə pedaqogikası, sosial pedaqogika, müqayisəli pedaqogika və s.

Məktəbəqədər pedaqogika anadan olandan məktəbə gedənə qədər uşaqların təlim-tərbiyəsinin, məktəbə hazırlanmasının aktual problemlərini tədqiq edir. Bu dövrdə uşaqların hazırlığı əsasən psixoloji inkişafa istinad edir. Uşaqların minimum səviyyədə həyata hazırlanması məsələləri araşdırılır.

Məktəb pedaqogikası orta ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin həyata hazırlanmasının aktual problemlərini əhatə edir. Pedaqogikanın bu tərkib hissəsi də öz növbəsində ibtidai, natamam orta, orta olmaqla üç hissəyə ayrılır. Bura həmçinin litseylərdə, gimnaziyalarda təlim, tərbiyə, orta təhsil məsələləri, onların əsas problemləri də daxildir.

Orta ixtisas məktəbi pedaqogikası orta ixtisas məktəbləri, seminariyalar, kolleclər, gimnaziyalar, texnikumlarda pedaqoji işin spesifik xüsusiyyətlərini: təlim, tərbiyə, təhsilin aktual problemlərini tədqiq edir.

Xüsusi pedaqogika əqli və fiziki cəhətdən nöqsanlı uşaq və yeniyetmələrin təlim, tərbiyə və təhsili problemlərini araşdırır və defektologiya adlanır. Bura: surdopedaqogika – lal və kar uşaqların təlimtərbiyəsini öyrənən pedaqogika; oliqofrenopedaqogika – əqli cəhətdən zəif inkişaf etmiş uşaqların təlimtərbiyəsini tədqiq edən elm; tiflopedaqogika – kor uşaqların təlim-tərbiyəsini tədqiq edən elm;

loqopediya – nitqi nöqsanlı olan uşaqların təlim və tərbiyəsi haqqında elm daxildir.

Ali məktəb pedaqogikası ali təhsil sistemi müəssisələrində – institut, universitet, akademiyalar və s. – pedaqoji prosesin aktual problemlərini araşdırır, təlim, tərbiyə, təhsilin məzmunu, səmərəli yol və vasitələri və s. məsələləri müəyyən edir. Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir.

İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılın tərbiyə işləri, cəmiyyətdə yaranan yeni problemlərlə bağlı aparılan tərbiyə işləri, formalaşdırılması, texniki inkişaffla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır.

Mədəni fəaliyyət pedaqogikası mədəniyyət müəssisələrində, klublarda, muzeylərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, radio, televiziya, teatr, konsert zallarında aparılan pedaqoji fəaliyyəti həmin müəssisələrdə tərbiyə, təlim məsələlərini, insanların asudə vaxtlarının səmərəli təşkili və bu prosesdə zəruri əxlaqi keyfiyyətlərə yiyələnmənin səmərəli yol və vasitələrini, məzmunu və s. bu kimi problemləri tədqiq edir.

Fənlərin tədrisi metodikası ayrı-ayrı fənlərin tədrisinin aktual problemlərini tədqiq edir. Ümumpedaqoji qanunları fənlərin spesifik xüsusiyyətlərinə uyğun şəkildə tədbiq edilməsini araşdırır. Yəni təlim, tərbiyə, və təhsilin prinsipləri, üsulları, elmi- pedaqoji yeniliklər fənnin spesifik xüsusiyytlərinə uyğun şəkildə tədbiq edilməsi məsələlərini araşdırır.

Pedaqogika tarixi bütün ölkələrdə pedaqogikanın yaranma və inkişafı tarixini öyrənir. Bu isə pedaqoji fikir və məktəb tarixi olmaqla iki yerə ayrılır. Pedaqoji fikir tarixi qədim dövrlərdən indiyə qədər pedaqoq, filosof və digər mütəfəkkirlərin nəzəri pedaqoji fikirlərini tədqiq edir. Məktəb tarixi isə müxtəlif dövrlərdə təşkil olunmuş məktəblər, təhsil sistemi, onların quruluşu və s. öyrənir.

Ailə pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələndirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər problemləri araşdırır.

Müqayisəli pedaqogika müxtəlif ölkələrdə mövcud olan təhsil sistemi, onların ümumi və spesifik xüsusiyyətlərini araşdırır.



Yüklə 311,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin