Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


FRANSA Fransa üçün Birinci Dünya müharibəsi nin nəticələri



Yüklə 0,59 Mb.
səhifə13/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   156
avropa amerka tarıxı

FRANSA

Fransa üçün Birinci Dünya müharibəsi nin nəticələri


Birinci Dünya müharibəsindən Fransa qalib dövlət kimi çıxdı. Lakin qələbənin nəticələri o qədər də təsəlliverici deyildi. Fransa əmək qabiliyyətli əhalinin 11%-ni itirmişdi. Fransa müharibədə 1 milyon 325 min adam itirmiş, 600 min adam şikəst olmuş, 2.8 milyon adam yaralanmışdı. Ölkə öz milli sərvətinin 1 itirmiş, 10 departamenti dağıdılmış, 53 min km

4

şose, 6 min km dəmir yolu, 23 min zavod, 550 min yaşayış evi sıradan çıxmışdı. Daş kömür çıxarılması 40.8 milyon tondan 26,2 milyon tona, çuqun istehsalı isə 4,7 milyon tondan 1.8 milyon tona enmişdi. Kənd təsərrüfat məhsulları istehsalı 34%- ə düşmüşdü. Büdcə çatışmazlığı 27 milyard frank təşkil edirdi. Müharibə dövründə Fransanın daxili borcları 34 milyarddan



116 milyarda, ümumi dövlət borcları 300 milyard franka qalxmışdı. Müharibənin vurduğu maddi zərər 200 milyard, hərbi xərclər 62 milyard frank təşkil edirdi. Rusiya, Avstriya- Macarıstan, Osmanlı imperiyalarının dağılması nəticəsində Fransanın xaricə kapital ixracı 40% aşağı düşdü. Fransa ABŞ-a 40 mlrd, İngiltərəyə 62 mlrd frank borclu qaldı

Bununla belə, Fransa 1871-ci ildə itirmiş olduğu beş milyon əhali yaşayan Elzas və Lotaringiyanı Birinci dünya müharibəsi nəticəsində özünə yenidən qaytardı. Müharibə nəticəsində hərbi sənaye inkişaf etdi.

Müharibə Fransa xalqının dünyagörüşündə böyük də- yişikliyə səbəb oldu. Fəhlə sinfinin siyasi şüuru xeyli inkişaf etdi. Fəhlə internasionalının fransız bölməsinin üzvlərinin sayı 1918-ci ildəki 34 mindən 1920-ci ildə 180 minə, həmkarlar it- tifaqı üzvlərinin sayı isə həmin illərdə 700 mindən 2400 minə qədər artdı.

Birinci dünya müharibəsinin sonunda Fransa hökumətinə radikallar partiyasının lideri Corc Klemonso başçılıq edirdi.

Kartoçka sistemi ləğv edildi. Istehsal üzərində dövlət nəzarəti zəiflədi. Ölkədəki inqilabi hərəkatın yüksəlişi 1919-cu ilin aprel ayının 23-də 8 saatlıq iş günü haqqında qanunun verilməsi ilə nəticələndi. Həmçinin sahibkarlarla həmkarlar ittifaqları arasında kollektiv müqavilələr bağlanması qanuniləşdirildi, müharibədə həlak olmuş cəbhəçilərin uşaqlarına, dul qalmış qadınlarına, şikəstlərə təqaüd müəyyən edildi.

Birinci dünya müharibəsinin gedişində Fransada istehsalın və kapitalın təmərküzləşməsi prosesi daha da gücləndi. Ölkənin bank-maliyyə əməliyyatlarına üç iri bank - Hind-Çin, Lion və Paris bankları nəzarət edirdi. Müharibənin sonunda Fransa artıq dünya səviyyəsinə çıxa biləcək güclü inhisar birliklərinə malik idi. Müharibə qurtardıqdan sonra təsərrüfatın bərpası işlərinə 90 mlrd. Frank vəssait ayrıldı. Pejo, Reno, Sitroen maşınqayırma zavodları ölkədə maşın istehsalının 2 -ni verirdilər. Ölkədə metallurgiya sənayesinə

3

“Komite de Foy” konserni rəhbərlik edirdi. Üç iri inhisar ticarət donanmasının 62%-nə nəzarət edirdi. Lakin yenə də o, aqrar- sənaye ölkəsi olaraq qalırdı. Əhalinin 53.6 %-i kənddə yaşayırdı. Bununla belə, müharibə nəticəsində şəhərə axın gücləndi.



Klemanso hökuməti öz xarici siyasətində Sovet Rusiya- sına qarşı düşmənçilik mövqeyində dururdu. Fransa bunu onunla əsaslandırırdı ki, müharibə dövründə Rusiya Antantaya sadiq olmamış, bolşeviklər hakimiyyətə gəldikdən sonra isə Leninin Almaniyanın agenti olduğu müəyyənləşdirilmiş, Rusiya öz müttəfiqlərini yarı yolda qoymuş, axıracan onlarla getməmiş, 1918-ci il martın 3-də Almaniya ilə seperat Brest- Litovsk sülhünü bağlamışdı. Fransa belə hesab edirdi ki, Rusiya öz borclarını, ilk növbədə Fransaya olan 12 milyard frank borcunu verməlidir. Fransa sovet Rusiyasına qarşı hərbi

müdaxilədə iştirak etsə də, ölkə ictimaiyyətinin tələbi ilə fransız əsgərləri Qara dənizdən geri qayıtmalı oldular.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin