Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə16/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   156
avropa amerka tarıxı

«Milli birlik» hökuməti


İnhisarçı dairələr ölkədə güclü hökumət yaradılmasını və buna güclü şəxsin rəhbərlik etməsini tələb edirdilər. Belə bir güclü şəxsiyyət Raymond Puankare oldu. Hakimiyyətə gələn kimi o, dərhal dolayı vergiləri artırdı, dövlət qulluqçularının maaşlarını aşağı saldı, sosial xərcləri ixtisar etdi. Bütün bunların nəticəsində frankın sabitliyi təmin edildi. Puankare “Frankın xidasedicisi” adını aldı. Xarici banklara aparılan pullar yenidən Fransaya qaytarıldı. 1928-ci ildə frankın sabitliyini təmin etmək haqqında xüsusi qanun qəbul edildi. Puankare öz hökumətini «milli birlik» hökuməti adlandırdı.

1927-ci ildə isə icbari hərbi hazırlıq haqqında xüsusi qanun qəbul edildi. Puankare hökuməti silahlanma yolunda müəyyən addımlar atdı. 1927-1928-ci illərdə hərbi büdcə müharibədən əvvəlkinə nisbətən iki dəfə artdı.

1928-ci ildə Puankare hökuməti mojaritar seçki sistemini yenidən tətbiq etdi. (Mojaritar fransız sözü olub hərfi mənası

«çoxlu» deməkdir). Fransa ərazisi həmin seçki sisteminə əsasən 612 dairəyə bölündü. Seçkilər iki turda keçirilməli idi. Birinci

turda deputatlığa namizədlər müəyyən olunurdu. İkinci turda isə deputatlar seçilirdi və burada partiyalar blokda çıxış edə bilərdilər. Həmin seçki sistemində partiyalara verilən yer müxtəlif idi.Nəticədə seçkilərdə burjua patiyaları daha çox səs almış oldu.

Puankare hökumətinin hakimiyyəti dövründə Fransada güclü hakimiyyət yaradıldı. Bu illərdə Fransa «çiçəklənmə» prosesi keçirmiş oldu. Bu illər ərzində ölkədə sənaye məhsulları istehsalı hər il 5% artdı. 1913-cü illə müqayisədə 1929-cu ildə ölkədə sənaye məhsulları istehsalı 1,5 dəfə çoxaldı. Əgər 1918-ci ildə əhalinin 53%-i kənddə yaşayırdısa, kapitalizmin nisbi sabitləşməsi dövründə şəhərə axın gücləndi. Şəhər əhalisinin sayı 51%-i ötüb keçdi. Nəhayət, Fransa aqrar- sənaye ölkədən sənaye-aqrar ölkəyə çevrildi. Fransanın iqtisadi yüksəlişində müharibədə dağıdılmış təsərrüfatın tezliklə bərpa edilməsi, Elzas və Lotaringiyanın geri qaytarılması, Saar kömür mədənlərinin Fransaya verilməsi, fransız inhisarçılarının istehsal avadanlığını həmişə yeni texnologiya ilə təzələməsi, Almaniyadan alınan təzminat, onun yenə də sələmçi dövlət kimi qalması və borclardan aldığı faizlər, 1926-cı ildə həm Suriya ilə, həm də Mərakeşlə müharibənin qurtarması, müstəmləkə xalqlarının istismarının yenə də davam etməsi mühüm rol oynadı.

Kapitalizmin nisbi sabitləşməsi illərində Fransada maşın- qayırma, radiotexnika, aviasiya sənayesi sürətlə inkişaf etdi. Ənənəvi sənaye sahələri olan toxuculuq, zərgərlik və ətriyyat sənayesi Fransaya çoxlu gəlir gətirirdi. Fransa silah istehsalını xeyli artırdı. Hərbi sənaye şirkətləri Şərqi Avropa ölkələrinə silah ixracını genişləndirir və bununla çoxlu mənfəət əldə edirdilər. Sabitləşmə illərində istehsalın və kapitalın tə- mərküzləşməsi sürətləndi. Zəhmətkeşlərin istismarını gücləndirmək hesabına ölkənin iqtisadiyyatına və maliyyəsinə nəzarət edən "iki yüz ailənin" mənfəəti artdı. Hökumətdə

vəzifələr tutan və parlamentdə yeri olan iri bankirlər və sənayeçilər daxili və xarici siyasətə bilavasitə təsir göstərirdilər.Lakin bu dövrdə də Fransa xırda burjua ölkəsi olması xüsusiyyətini qoruyub saxlayırdı. Fəhlələrin 40%-i təxminən 10 nəfərə qədər adam çalışan müəssisələrdə işləyirdi. Bu dövrdə çoxlu xırda mülkiyyətçinin çalışdığı kənd təsərrüfatı xroniki böhran keçirirdi.

1929-cu ilin iyul ayında Puankare xəstəliyi ilə əlaqədar istefa verdi. A.Brian iyul ayından oktyabr ayına qədər baş nazir oldu. 1929-cu ilin oktyabrından 1931-ci ilədək baş nazir Andre Tardye oldu.

Kapitalizmin nisbi sabitləşməsi illərində Fransanın xarici siyastəinə Aristid Brian başçılıq edirdi. O, 1906-cı ildən 1931- ci ilə qədər 25 il nazir vəzifəsində çalışmış, 11 dəfə baş nazir olmuşdur. Aristid Brian sülhsevər olması, millitarist olmaması ilə fərqlənirdi. A.Brian Sovet Rusiyasına qarşı antisovet möv- qeyində idi. Lakin sağlam düşüncə sahibi olduğu üçün 1927-ci ildə İngiltərə SSRİ ilə diplomatik əlaqələri kəsərkən Fransa bunu etmədi. Aristid Brianın fəaliyyəti sayəsində 1925-ci ilin oktyabrında Lokarno konfransında Fransa konfransda iştirak edən dövlətlərin (İngiltərə, Fransa, Belçika, İtaliya və Almaniya) Birinci dünya müharibəsindən sonrakı dövrdə mövcud olan vəziyyəti, yəni status-kvonu qoruyub saxla- yacaqlarına dair saziş bağlamalarına nail oldu. Həmçinin həmin konfransda Almaniya özünün qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdü. Bu da ilk növbədə Fransanın şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək demək idi. A.Brianın təşəbbüsü ilə 1928-ci ilin avqus- tunda 48 dövlət tərəfindən məşhur Brian-Kelloq paktı bağlandı. Kelloq ABŞ-ın dövlət katibi idi. Həmin pakta görə müharibə hər bir dövlətin milli siyasəti üçün yolverilməz hesab edilirdi. A.Brian həm də Panavropa ideyasının təşkilatçısı olmuşdur. Ümumiyyətlə, Avropanın birliyi məsələsi ilk dəfə məşhur

fransız yazıçı Viktor Hüqo tərəfindən irəli sürülmüşdür. Lakin bu ideya XIX əsrdə reallaşa bilmədi. XX əsrdə bu fikir A.Brian tərəfindən yenidən irəli sürüldü. 1930-cu ilin mayında A.Brian Avropanın 27 dövlətinə "Avropa federal ittifaqı" yaratmaq barədə müraciət etdi. Lakin böyük dövlətlər bu ide- yanı mdüaifə etmədilər. Çünki onlar Avropada Fransanın hege- mon olacağından ehtiyat edirdilər.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin