Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Almaniya 1929-1933-cü illər dünya iqtisadi böhranı illərində



Yüklə 0,59 Mb.
səhifə24/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   156
avropa amerka tarıxı

Almaniya 1929-1933-cü illər dünya iqtisadi böhranı illərində 1929-cu ilin oktyabrında ABŞ-da başlanan dünya iqtisadi böhranı Almaniyaya daha ağır təsir etdi. Çünki, bir tərəfdən böhranın yaratdığı çətinliklər, digər tərəfdən ABŞ və İngil- tərənin ona verdiyi kreditləri dayandırması, həm də Alma- niyanın təzminat verməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1929-1933-cü illərdə ölkədə istehsal vasitələri istehsalı 60% azaldı. İşsizlərin sayı 6 milyonu ötüb keçdi. 1932-ci il Alma- niyada 2600 işsizlər komitəsi fəaliyyət göstərirdi. İdxal və ixrac 2 dəfədən çox ixtisar edildi. 1931-ci ildə Almaniya bildirdi ki, o, təzminatı ödəmək iqtidarında deyildir. ABŞ prezidenti Hu- verin təklifi ilə Almaniyadan bir il müddətində təzminat alınması təxirə salındı. 1932-ci ilin iyulunda Lozannada çağrıl- mış konfransda isə Almaniyadan təzminat alınmaması haqqında qərar qəbul edildi. Almaniyadan bu vaxtdan etibarən təzminat

alınmadı.



1929-cu ildən başlanan dünya iqtisadı böhranından həm yuxarı, həm də aşağı dairələr çıxış yolu axtarmağa başladılar. Yaranmış bu şəraitdən bu illər ərzində heç bir siyasi qüvvəyə malik olmayan faşistlər çox məharətlə istifadə etdilər və xalqı öz tərəflərinə çəkməyi bacardılar. Onlar öz təbliğatlarına xırda burjuaziyanın müflisləşdiyi, işsizliyin kütləvi hal aldığı, insan- ların siyasi istiqamətlərini itirdikləri bir şəraitdə başladılar. Onların xalqı inandıra bilmələrinin səbəbi isə böhrandan çıxmaq və xalqın vəziyyətini yaxşılaşdırmaq yollarını göstərməsi idi. Faşist partiyasının proqramında göstərilirdi ki, nasist diktaturasının yaradılması Versal müqaviləsi buxovlarından xilas olmaq, böhrandan qurtarmağın yeganə yoludur. Onların şüarı "Məhv olsun Versal!" idi. Onlar göstərdilər ki, dövlət ilk növbədə qadınların və gənclərin qayğısına qalmalıdır. Faşistlərə münasibətdə iri inhisarçılar və maliyyə maqnatları əvvəllər tərəddüd edirdilər. Lakin 1932-ci ilin yanvarında Dyusseldorfda olan yığıncaqda Hitler bildirdi

ki, o, xüsusi mülkiyyətə toxunmayacaq. Nasistlər Almaniyanın xilas yolunu xərçəng xəstəliyinə bənzəyən demokratiya və marksizmi məhv etməkdə, alman xalqı üçün “yeni həyat sahəsi” əldə etməkdə görürdülər. Nasisitlərin proqramları Nitsenin fəlsəfəsindən qidalanırdı. Bu fəlsəfəyə görə həyat güclülərin olmalı idi. Güclülər Nitsenin fikrincə, həmişə qalibdirlər və onlar ağalıq etmək üçün doğulmuşlar. Faşistlər şovinizmi və irqçiliyi təbliğ edir və almanların ari irqindən olduğunu, sinfi bölgüyə yabançı olduğunu göstərirdilər. Faşistlərin emblemi də arilərin özləri üçün götürdüyü emblemə bənzəyirdi. Bu emblem kəllə sümüyündən və çarpazlaşmış sümüklərdən təşkil edilmişdi. Faşistlər həyatda xoşbəxt olmaq üçün zorakılığı əsas vasitə kimi götürürdülər. Onlar polukpatiya və yəhudilərin kapitalı ilə qurtarmağı, trestlər üzərində nəzarət təşkil etməyi, universal mağazaları bağlamağı, işsizliyi ləğv etməyi, aqrar islahat keçirməyi vəd edirdilər. Onlar həmçinin almanların "həyat sahəsini" genişləndirməyi vəd edirdilər. Nasist başçıları "yeni qayda" yaratmağı öz məqsədləri elan edirdilər ki, bu qaydaya görə bir qisim xalqları qırmaq, başqalarını tabe etməklə "təmiz arilərin hökmranlığı" qurulmalı idi. Onlar almanlara təlqin edirdilər ki, sosial-iqtisadi probelmləri «daxili düşmənlərin» – kommunistlərin və başqa antifaşistlərin məhv edilməsi və Sovet İttifaqına qarşı müharibə aparılması yolu ilə həll etmək olar. SSRİ-nin ərazisini, slavyan xalqlarının məskunlaşdığı torpaqları hitlerçilər özlərinin "ömürlük boş" torpaqları elan etmişdilər.

Nasistlər insan şəxsiyyətinə hər cür hörməti inkar edir, qəddarlığa və zorakılığa pərəstişi yayırdılar. Nasist təbliğatına uyan təbəqələr – yəni sənətkarlar, kəndlilər, müharibə veteran- ları, işsizlər, kapittalın nüfuzlu dairələri, demokratiyadan yo- rulmuş gənclər, Veymar respublikasından narazı olan səna- yeçilər, bankirlər və hərbi bürokratiya onları müdafiə edirdilər. Nasistlər göstərirdilər ki, məqsədə çatmaq üçün hər cür vasitə



yaxşıdır. Onlar belə ideya irəli sürürdülər ki, alman xalqı bütün dünyaya ağalıq etmək üçün yaranmışdır. Onlar minillik quldar- lıq quruluşu yaratmaq, bu quruluşda almanları, ağa, yerdə qalan xalqları qul etmək fikrində idilər. Faşizmin prinsipləri belə ifadə olunurdu. Güclü vahid dövlət, güclü vahid millət, güclü vahid rəhbər.

Müllerin «böyük koalisiya» hökumətini 1930-cu ilin mar- tında prezidentin sərəncamı ilə Mərkəz partiyasından olan Brüninqin koalision hökuməti əvəz etdi. Bu vaxtdan Al- maniyada demokratik rejimdən avtoritar rejimə keçidin əsası qoyulmuş oldu. Brüninq hökuməti əmək haqqını aşağı saldı, işsizliyə görə verilən müavinəti azaltdı, vergiləri artırdı. 1932- ci ilin iyununda Brüninqi əvvəlcə fon Papen, dekabrda isə Şlyayxer əvəz etdilər ki, onlar da Hitlerin hakimiyyətə gəlməsi üçün yol açmış oldular. 1932-ci ildə fon Papen xüsusi dekretlə sahibkarlara icazə verdi ki, onlar fəhlə və qulluqçuların əmək haqlarını aşağı salsınlar. Şlyayxer öz hökumətini «milli həmrəylik hökuməti» adlandırdı. Böhran illərində faşistlərin nüfuzu xeyli artdı. Belə ki, onlar 1928-ci il seçkilərində cəmi 800 min, 1930-cu il seçkilərində 6,4 milyon səs almışdılarsa, 1932-ci ilin iyun seçkilərində isə 13,7 milyon səs aldılar. Lakin fon Panen hökumətinin fəaliyyəti faşistlərin nüfuzuna xeyli xələl gətirdi. Belə ki, 1932-ci ilin noyabrında reyxstaqa keçirilən seçkilərdə nasistlər 2 milyon səs itirdilər. Bu hadisə alman inhisarçı burjuaziyasını və yunkerləri narahat etdi və onlar kütlələrin inqilabi hərəkatından qorxaraq faşistləri ha- kimiyyətə gətirməyə tələsdilər. Y.Şaxtın təşəbbüsü ilə bir qrup iri burjuaziyanın adından prezident Hündenburqa 1932-ci ilin noyabrın 19-da belə bir tələb göndərildi ki, A.Hitler reyxkansler təyin edilsin və yeni hökumətin tərkibinə faşistlər daxil edilsin. Prezident hakim sinfin iradəsini yerinə yetirərək 1933-cü ilin yanvar ayının 30-da A.Hitleri alman hökumətinin başçısı təyin etdi. Yeni hökumət formal olaraq koalision

adlansa da, əslində orada əksəriyyəti faşistlər təşkil etdilər. Hitlerin "Milli həmrəylik" adlandırdığı hökumətin tərkibində mərkəzçilər və mühafizəkarlardan da nümayəndələr var idi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin