Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


RUSİYA (1922-Cİ İLDƏN SSRİ)



Yüklə 0,59 Mb.
səhifə27/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   156
avropa amerka tarıxı

RUSİYA (1922-Cİ İLDƏN SSRİ)

Rusiya Fevral burjua-demokratik inqilabından və oktyabr çevrilişindən sonrakı ilk dövrdə


(1917-1918-ci illər)

XX əsrin əvvəllərində Rusiya da digər kapitalist ölkələri kimi imperializmə qədəm qoymasına baxmayaraq, Avropanın qabaqcıl ölkələri və ABŞ-dan iqtisadi inkişaf səviyyəsinə görə xeyli geridə qalırdı. Rusiya sənaye məhsulları istehsalına görə 1913-cü ildə ABŞ-dan 8 dəfə, İngiltərədən 4,6 dəfə, Alma- niyadan 6 dəfə, adambaşına düşən sənaye məhsulları istehsalına görə isə ABŞ-dan və İngiltərədən 14 dəfə, Almaniyadan isə 13 dəfə geridə qalırdı. 1917-ci ildə Rusiyada 150-yə qədər inhisar birliyi var idi ki, bunun ən çoxu sindikatlar idi. Rusiyada dağ- mədən və metal emalı sənayesinin yarıdan çoxu, energetika sənayesinin 75%-i, Donbasın kömür şaxtalarının 70%-i, Krivoyroqdakı dəmir filizinin 87%-i xarici kapitalistlərin əlində idi. Ölkədə neft hasilatının yarıya qədərini xarici kapitalistlərə məxsus müəssisələr verirdi. Bu geriliyin əsas səbəbi siyasətdə çarizmin, iqtisadiyyatda isə mülkədar torpaq sahibliyinin Rusiyada mövcud olması idi. 1905-1907-ci illər Rusiya inqilabı çarizmi və mülkədar torpaq sahibliyini ləğv etməyi qarşısına məqsəd qoysa da, buna nail ola bilmədi.

Rusiya xalqlar həbsxanası idi. Çarizm "Parçala və hökm- ranlıq et" siyasətini davam etdirməkdə idi. Rus imperializmi hərbi-feodal xarakteri daşımaqla bərabər həm də xaici ka- pitaldan asılı idi. Rusiyada kəndlilərin çoxu aztorpaqlı idi. Belə ki, 30 min mülkədarın 70 milyon desyatin torpağı, 10 milyona yaxın kəndlinin də təxminən o qədər torpağı var idi.

Birinci dünya müharibəsi Rusiyada inqilabı yetişdirmiş oldu və 1917-ci il fevralın 27-də 304 il hökmranlıq etmiş Ro- manovlar sülaləsi devrildi. Lakin Rusiyada inqilabın əsas mə- sələsi olan hakimiyyət məsələsi başqa ölkələrdən fərqli olaraq xüsusi tərzdə həll edildi. Rusiyada xırda burjuaziyanın çoxluğu,

fəhlə sinfinin isə əhalinin cəmi 10%-ni, yəni 16 mln nəfərini təşkil etməsi, Rusiyada ikihakimiyyətliyin yaranmasına səbəb oldu. Bu hakimiyyətlərdən biri 1917-ci ilin martın 2-də knyaz Lvovun sədrliyi ilə yaranmış müvəqqəti hökumət, digəri isə fəhlə və əsgər deputatları soveti idi. Müvəqqəti hökumətin sosial dayağını burjuaziya və burjualaşmış mülkədarlar, sovet- lərin sosial dayağını isə fəhlələr və əsgər şineli geymiş kənd- lilər təşkil edirdi. Müvəqqəti hökumətin xarici işlər naziri Milyukov, hərbi naziri Quçkov, torpaq naziri Şinqaryov, ədliyyə naziri Kerenski oldu. 1917-ci ilin iyulundan isə hökumətə Kerenski başçılıq etməyə başladı.

Rəsmi hakimiyyət müvəqqəti hökumətə, real hakimiyyət isə sovetlərə məxsus idi. 1917-ci ilin Fevral inqilabından sonra Rusiya dünyada ən demokratik ölkə oldu. O zaman Rusiyada 70-ə qədər partiya vardı ki, onlardan 39-u iri burjua partiyası idi və onlar leqal fəaliyyət göstərməyə başladılar. Kütlələr üzərində heç bir zorakılıq yox idi. Ona görə də Fevral inqilabı ərəfəsində cəmisi 24 min üzvü olan bolşeviklər partiyası hakimiyyətin dinc yolla sovetlərə keçməsi şüarını irəli sürdü. Bolşeviklər belə hesab edirdilər ki, sovetlərə seçkilər zamanı eser və menşeviklərin sayı azalar, bolşeviklərin sayı çoxalar və nəticədə hakimiyyət bolşevikləşmiş sovetlərin əlinə dinc yolla keçə bilər. "Bütün hakimiyyət sovetlərə" şüarı 1917-ci il avqustun 31-nə qədər dinc yolla bolşeviklərin qələbəsini nəzərdə tuturdu. Lakin 1917-ci ilin avqustun 25-31-i arasında baş vermiş və yatırılmış Kornilov qiyamı vəziyyəti dəyişdirdi. Kornilov qiyamının məqsədi dövlət çevrilişi etmək və Rusiyada hərbi diktatura qurmaq idi. Müvəqqəti hökumətin sədri eser Kereniski özü bu qiyama qarşı çıxdı, çünki hakimiyyəti heç kimə vermək istəmirdi. Xalq kütlələri bu qiyamın yatırılmasına nail oldular. Bu hadisədən sonra "Bütün hakimiyyət sovetlərə!" şüarının ikinci mərhələsi – hakimiyyətin silahlı üsyan yolu ilə bolşeviklər tərəfindən ələ alınması mərhələsi başladı. 1917-ci il

sentyabrın 1-də Rusiya respublika elan olundu. Sentyabrın 5-də Rusiyada direktoriya təşkil olundu. Bu dövr ərzində bolşeviklər partiyası öz fəaliyyətini xeyli genişləndirdi. Bolşeviklər partiyasına 1917-ci ilin aprelində İsveçrədən qayıtmış Lenin başçılıq edirdi. Ölkə yenidən ümummilli böhran içərisində idi. Bolşeviklər partiyasının ən uğurlu cəhəti onun kütlələri inandırmağı bacarması idi. Bu partiya Rusiyada o dövrdə fəaliyyət göstərən 70-ə qədər partiya içərisində ən çoxsaylı partiyalardan biri idi.Artıq oktyabr çevrilişi ərəfəsində L.Trots- kinin "samuraylar ordusu", Stalinin isə "qılınclılar ordeni" adlandırdığı bolşeviklər partiyası üzvlərinin sayı 350 minə qə- dər idi. 1917-ci ilin oktyabrın 24-dən 25-ə keçən gecə bolşevik- lər ən mühüm strateji nöqtələri Petroqradda ələ aldılar. Oktyabrın 26-da hökumət boşeviklər partiyasının çevrilişə rəh- bərlik etmək üçün təşkil etdiyi Hərbi inqilab komitəsinin əlinə keçdi. 1917-ci ilin oktyabr çevrilişinin belə tezliklə qələbə çalmasının əsas səbəblərindən biri rus burjuaziyasının qabaqcıl kapitalist ölkələrinin burjuaziyasından fərqli olaraq siyasi cə- hətdən təcrübəsiz, iqtisadi cəhətdən isə zəif olması idi. Bur- juaziya Rusiyada siyasi hakimiyyətdə cəmi bir neçə ay olmağı bacardı.

Oktyabr çevrilişi baş verən gün İkinci Ümumrusiya so- vetlər qurultayı çağırıldı. Həmin qurultayda hərbi inqilab ko- mitəsi hakimiyyəti sovetlərə verdi. Ümumrusiya ikinci sovetlər qurultayının torpaq haqqında dekretinə əsasən torpaq kəndlilərə verildi. Həmin qurultayın sülh haqqında dekretinə əsasən bütün gizli müqavilələr açıqlandı. Həmçinin ilk dəfə olaraq burada dinc yanaşı yaşamaq prinsipi elan edildi və müharibə edən ölkələrə ilhaqsız, təzminatsız, ədalətli sülh təklif edildi. Lenin ilk sovet hökumətinin – Rusiya Xalq Komissarları Sovetinin sədri təyin edildi. Qanunverici orqan isə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi, onun sədri isə Sverdlov oldu. Oktyabr çevrilişi baş verəndən dərhal sonra Rusiyada keçmiş

imtiyazların hamısı ləğv edildi. Fəhlələr abad mənzillərə köçürüldü. Bütün vətəndaşların hüquq bərabərliyi elan edildi. 1917-ci ilin oktyabrın 25-dən 1918-ci il martın 3-nə qədər olan dövr Rusiya tarixində “Sovet hakimiyyətinin təntənəsi” dövrü hesab edilir. Çünki bu dövrdə Rusiyanın özündə və bütün müstəmləkələrində sovet hakimiyyəti qələbə çaldı. Sovet hökuməti məzlum xalqları öz tərəfinə çəkmək üçün 1917-ci il noyabrın 2-də «Rusiya xalqının hüquq bəyannaməsi» adlı dekret imzaladı. Həmin sənədə əsasən bütün millətlərin hüquq bərabərliyi elan edildi. Onların ayrılmaq hüququ təsdiqlənir, ayrılmaq istəməyənlərə geniş yerli özünidarə hüququ verilirdi. Məhz həmin sənəd əsasında 1917-ci ilin dekabrında Finlandiya, 1918-ci ilin noyabrında Polşa Rusiyadan ayrıldı və müstəqil dövlətlər oldular. 1918-ci ilin yanvarın 5-də Rusiyada burjua parlamentinin rolunu oynayan Müəssislər məclisi açıldı. Bu- rada Rusiyanın hər yerindən seçilən deputatlar iştirak edirdi. Lakin həmin məclis bolşeviklərin təqdim etdiyi "Zəhmətkeş və istismar olunan xalqın hüquq bəyannaməsi" adlı sənədi qəbul etməkdən imtina etdiyinə görə yanvarın 6-da onun Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən buraxıldığı elan olundu. 1918-ci ilin yanvarın 15-də vicdan azadlığı haqqında verilən dekretə əsasən əhalinin dini hisslərində sərbəstlik təmin edildi. Həmçinin məktəb kilsədən, dövlət dindən ayrıldı.

Rusiyada sovet hakimiyyətini qoruyub saxlamaq üçün bolşeviklər Almaniya ilə 1918-ci il martın 3-də Brest-Litovsk sülhünü bağladılar və ölkə Birinci dünya müharibəsindən çıxdı. Birinci dünya müharibəsi nəticəsində Rusiyada 2 milyona yaxın insan öldü, 5 milyona yaxını isə yaralandı.1918-ci ilin martında Lenin Rusiyada sovet hakimiyyətinin növbəti vəzifələrini müəyyən etdi. O, göstərdi ki, Rusiyada oktyabr çevrilişindən sonra da mövcud olan aşağıdakı dörd ukladı: natural kəndli təsərrüfatı, xırda əmtəə istehsalı, xüsusi kapitalist

təsərrüfatı, dövlət kapitalizmi ukladını ləğv etmək, sosialist ukladını əvvəl hakim, sonra isə yeganə uklada çevirmək lazımdır.

Sovet hakimiyyətinin qarşısında duran vəzifələrdən biri də iqtisadiyyatı ixtisaslı kadrlarla təmin etmək məsələsi idi. Bolşeviklər özlərinin ixtisaslı kadrları olmadığına görə burjua mütəxəsisslərindən onlara yüksək maaş verməklə istifadə et- məyi lazım bildilər. Növbəti vəzifələrdən biri də əmək məhsul- darlığını artırmaq idi. Bunun üçün Rusiyanın həm geniş ərazisi, həm kifayət qədər yeraltı və yerüstü sərvətləri, insan ehtiyatları, həm də insanlarında yüksək yaradıcılıq ehtirasları var idi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin