Almaniya kapitalizmin nisbi sabitləşməsi dövründə
1923-cü ilin sonunda Almaniya iqtisadi və maliyyə böh- ranından ilk növbədə ABŞ və İngiltərə hökumətlərinin verdiyi kreditlər hesabına çıxa bildi və 1924-cü ildə kapitalizmin nisbi sabitləşməsi dövrünə qədəm qoydu. Bu proses 1929-cu ilə
qədər davam etdi və bu dövr Almaniya tarixinə «qızıl dövr» kimi daxil oldu.
1924-cü ilin avqustunda təzminat məsələsi ilə əlaqədar olaraq, böyük dövlətlərin Londonda xüsusi konfransı toplandı. Həmin konfransda ABŞ-ın məşhur ekspertlərindən Daues xüsusi plan irəli sürdü və bu plan tarixə «Daues planı» kimi daxil oldu. O, təklif edirdi ki, Almaniyadan təzminat onun təsərrüfatı bərpa edilə-edilə alınsın. Bu təzminat 1924-cü ildə 1 mlrd.-dan 1929-cu ilə qədər 2,5 mlrd. markaya qədər artırılsın. Həmin plan London konfransında təsdiq edildi. Plana görə ABŞ elə 1924-cü ildə Almaniyaya 800 mln marka kredit verdi. 1924-26-cı illərdə isə bu kreditin miqdarı 5 mlrd marka oldu. Almaniya xarici dövlətlərdən istiqraz aldı. ABŞ-ın Almaniyanın təsərrüfatını dirçəltməkdə məqsədi Almaniyanı Avropada Sovet Rusiyasına qarşı dura biləcək güclü dövlətə çevirmək və ondan Sovet Rusiyasına qarşı bir sipər kimi istifadə etmək idi. Almaniya təzminatı əhalidən alınan birbaşa və dolayı vergilər, dəmir yollarının istismarından gələn gəlirlər və zəhmətkeşlərin istismar edilməsi hesabına verməli idi.
ABŞ və İngiltərə imperialistləri Almaniyaya qoyduqları kapitalın müqabilində yüksək gəlir götürməklə yanaşı, Almaniyanın hərbi-sənaye potensialının bərpa olunmasına kömək edirdilər. Alman inhisarları üçün əlverişli olan təzminat məsələsinin həlli də bu planlara cavab verirdi. 1924-1929-cu illərdə təzminat kimi 11 milyard marka ödəyən Almaniya iqtisadiyyatını dirçəltmək üçün isə 26 mlrd marka məbləğində ABŞ və İngiltərədən birbaşa kapital qoyuluşu və istiqrazlar almışdı. Alman imperialistləri «Dranq Nax Osten» («Şərqə hü- cum») planlarının həyata keçirilməsinə qayıtmaq niyyətində idilər.
Almaniya tezliklə verilən istiqrazlar hesabına öz təsərrü- fatını bərpa etməyə başladı. 1927-ci ildə sənaye istehsalına görə 1913-cü il səviyyəsinə çatdı. Bir sıra sahələr üzrə İngiltərə və
Fransanı ötüb keçdi. Sənaye məhsulunun həcminə görə Av- ropada birinci yerə çıxdı.
1924-29-cu ildə Almaniyada «İq-Farbenindustri», həmçi- nin, «Polad tresti» kimi yeni inhisarlar yaradıldı. Almaniyada bu dövrdə ABŞ kapitalının köməyi ilə hərbi sənaye inkişaf etdi. Alman inhisarçıları həmçinin Hollandiya, İspaniya, İsveçrədə də hərbi məhsullar istehsal edən sənaye müəssisələri inşa etdirdilər. Almaniyada bu dövrdə 2100 kartel var idi.
1925-ci iln aprelində Almaniyanın prezidenti Ebert vəfat etdi. Prezident seçkilərində sosial-demokratlardan Bauer, kom- munistlərdən Ernest Telman, Katolik Mərkəz partiyasından Marks öz namizədliyini irəli sürsə də, prezident feldmarşal Hindenburq seçildi. Onun seçilməsi monarxist dairələrin fəallaşmasına səbəb oldu. Hindenburqun seçilməsi ilə bütün monarxiya tərəfdarları, o cümlədən, kilsə xadimləri və yüksək hərbi dairələrin burjua demokratiyasını məhdudlaşdırmaq və Birinci dünya müharibəsindəki itkinin əvəzini çıxmağa çalışmaq səyləri meydana çıxdı. Keçmiş malikanə knyazları inqilab vaxtı onlardan alınmış malikanələr, meşələr və banklarının geri qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etdilər. Bunların dəyəri 3 mlrd markaya yaxın idi. 1926-cı ilin iyulunda bu məsələ ilə əlaqədar keçirilmiş referendumda 14,5 milyon seçici (onların ümumi sayının 38%-i) knyaz mülklərinin tamamilə müsadirə edilməsinə səs verdi. Referendum sol qüvvələrin birgə fəaliyyətinin böyük imkanlarını göstərdi.
1928-ci ildə Almaniyada keçirilən parlament seçkilərində yenidən sosial-demokratlar qələbə çaldılar və German Müllerin başçılığı ilə «böyük koalisiya hökuməti» adlanan hökumət təşkil edildi. Onun belə adlanmasının səbəbi bu hökumətin tərkibində sosial-demokratlardan başqa dörd burjua partiyası- nın nümayəndələrinin də olması idi. Müller hökuməti müha- ribədən sonra ilk dəfə «Doyçland» tipli linkorların inşası haq-
qında qərar qəbul etdi və Almaniyanın hərbi-sənaye poten- sialının təkmilləşdirilməsini davam etdirdi.
Almaniyanın dirçəldilməsi məqsədilə 1929-cu ilin avqus- tunda Haaqada olan beynəlxalq konfransda ABŞ bankiri Yunqun təklifi ilə yeni plan irəli sürüldü. Həmin plana görə Almaniya 114 mlrd marka məbləğində təzminatı 59 il ərzində ödəməli idi. Yaxın 37 il ərzində onun 2 milyard marka təzminat ödəməsi müəyyənləşdirildi. Həmçinin Yunq planına əsasən alman iqtisadiyyatı üzərində qalib dövlətlərin nəzarəti götü- rüldü, sənayedən gələn gəlirin hesablanması təxirə salındı, işğalçı qoşunlar Reyn əyalətindən çıxarıldı. Bütün bu güzəştlər isə alman inhisarçı kapitalını gücləndirdi.
Kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın xarici siyasətində Versal sülhünün şərtlərinin bir qədər yumşal- dılması mühüm yer tuturdu. 1925-ci ilin oktyabrın 5-16-da ça- ğırılmış Lokarno konfransında Almaniya yenə də bərabər hüquqlu dövlət kimi tanındı və həmin konfransda ilk dəfə olaraq İngiltərə və Fransa Versal müqaviləsinin ədalətsiz oldu- ğunu etiraf etməli oldular. Konfransda yekun aktı olaraq Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi imzalandı. Bu müqavilə tarixə «Reyn tə- minat paktı» kimi düşdü. Bu pakta görə bu sənədi imzalayan dövlətlər Versal sülhü ilə müəyyən edilmiş ərazilərdə status- kvoya hörmət edəcəklərini bildirir, bir-birinə qarşı silah işlətməkdən imtina edir və sərhədlərin toxunulmazılığına dair öhdəlik götürürdülər. 1926-cı ilin aprelində Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməmək haqqında müqavilə bağlandı. 1926-cı ilin sentyabrında Almaniya Millətlər cəmiyyətinə daxil edildi.
Dostları ilə paylaş: |