SSRİ-DƏ İNZİBATİ-AMİRLİK SİSTEMİNİN FORMALAŞMASI
SSRİ-də inzibati-amirlik sistemi ilk rüşeymlərini hələ Oktyabr çevrilişindən keçən ilk aylarda göstərməyə başladı. 1918-ci ilin sonuna qədər bolşeviklər və eserlərdən başqa bütün partiyaların fəalliyyəti qadağan edildi. O zaman Rusiyada 70-ə yaxın partiya vardı. 1923-cü ildə eserlər partiyasının da fəaliyyəti qadağan edildi. Ölkədə ancaq bir partiyanın – bolşeviklər partiyasının hökmranlığı başladı və bu 1985-ci ilə qədər davam etdi.
1920-ci ildə həmkarlar ittifaqı haqqında ölkədə keçirilən ümumpartiya müzakirəsində müxalifətçi qrupların hamısı məğ- lub edildi. 1926-cı ildə meydana gələn və SSRİ-də sosializmin qələbəsinin mümkünlüyünü inkar edən trotşkici-zinovyeçi qrup 1927-ci ildə partiyadan xaric edildi. 1928-ci ildə ölkədə taxılın çatışmaması ilə əlaqədar kəndlilər taxılı gizlətdikdə dövlət taxıl tədarükü məsələsini qaldırdı. Bu dövrdə Buxarin,
Rıkov və Tomskinin başçılığı altında sağ təmayül meydana gəldi. Sağ təmayül kolxozların əleyhinə idi. Onlar ancaq təchizat-satış və istehlak kooperasiyası tərəfdarı idilər. Həm də onlar qolçomaqlara qarşı zorakılıq tədbirlərini bəyənmirdilər. Qolçombaqların dinc yolla sosializmə qovuşmasını iddia edir- dilər. Stalin bu fikri «paralellər nəzəriyyəsi» adlandırırdı. Buxa- rın göstərirdi ki, kəndli psixologiyası xüsusi mülkiyyətə öyrəşib və bu psixologiyanı dəyişdirmək qeyri-mümkündür. Bütün bunlara baxmayaraq, sağ təmayül də 1929-cu ilin aprelində məğlubiyyətə uğradı. 20-ci illərin ən mühüm cəhətlərindən biri vahid birpartiyalı siyasi sistemin formalaşması idi. Vətəndaş müharibəsi dövründən başlamış bu proses 20-ci illərdə qəti olaraq başa çatdırıldı. ÜİK(b)P ölkədə yeganə siyasi qüvvəyə çevrildi, totalitar sistemin formalaşmasına şərait yaradılmış oldu. 1934-cü ildə olmuş partiyanın XVII qurultayı tarixə
«qaliblər qurultayı» adı altında daxil oldu. Artıq ölkədə heç bir müxalifətçi qrup yox idi. 1934-cü ilin dekabrın 1-də Leninqrad vilayət komitəsinin birinci katibi Sergey Mironoviç Kirovun öldürülməsi ilə ölkədə kütləvi represiyaların (təqiblərin) bağlanğıcı qoyuldu. 1934-1935-ci illərdə partiya sənədlərinin yoxlanışı başlandı. 1937-ci ilin fevral-mart plenumlarında Zinovyev və Kamenev, Buxarin «xalq düşməni» adlandırıldılar. 1937-1940-cı illərdə 20 milyondan çox sovet adamı kütləvi təqiblərə məruz qaldı. Bu illərdə 40 min hərbiçi kütləvi təqibin qurbanı oldu ki, bu da Böyük Vətən müharibəsinin əvvəllərində cəbhədə özünü aydın göstərdi. Tədricən Stalinin şəxsiyyətinə pərəstiş və bir partiyanın diktaturası hökm sürməyə başladı ki, bu da totalitar rejim demək idi. SSRİ-də totalitar rejimin əmələ gəlməsinin obyektiv və subyektiv səbəbləri vardı. Obyektiv səbəblər ilk növbədə Rusiyanın özünün konkret tarixi şəraiti ilə bağlı idi. Bunlar əsasən, ölkənin texniki iqtisadi geriliyi, kifayət qədər vəsait və kadrların çatışmaması, Mərkəzi komitə işçilə- rinin cəmi 5%-nin ali təhsilli olması, 40%-nin isə hətta orta
təhsilinin də olmaması, ölkənin kapitalizm əhatəsində olması və sosializmə ilk yol açması, xırda burjuaziyanın çoxluq təşkil etməsi və onun kifayət qədər intizamlı olmaması, Rusiyada xalqların uzun əsrlər boyu bir monarxın hakimiyyəti altında qalması və onlarda bir nəfərə pərəstiş hissinin güclü olması, Leninin ölümündən sonra Stalinin siyasi rəqiblərinin Mərkəzi Komitədən kənarlaşdırılması və s. idi.
Stalinin şəxsiyətinə pərəstişin əmələ gəlməsi bu obyektiv səbəblər ilə yanaşı, Stalinin özünün şəxsi keyfiyyətləri ilə də bağlı idi. Lenin XIII qurultaya yazdığı «Qurultaya məktub» adlı məqaləsində açıq göstərirdi ki, Stalin 1922-ci ildə, yəni partiyanın XI qurultayında Baş katib seçildikdən sonra “öz əlinə hədsiz hakimiyyət toplamışdır və mən onun bu hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edə biləcəyinə əmin deyiləm”. Məktuba əlavədə o göstərirdi ki, “Stalin olduqca kobuddur. Yoldaşlar arasında dözülə bilən bu nöqsan baş katib vəzifəsində tamamilə dözülməzdir. Ona görə də Sta- lini başqa bir vəzifəyə keçirmək və bu vəzifəyə elə bir adamı təyin etmək lazımdır ki, bütün keyfiyyətlərdə Stalin yoldaşa oxşamaqla bərabər, ondan fərqli olaraq daha az kobud, daha az qərəzli və daha az şıltaq olsun”. Lenin həmin məktubda Mərkəzi Komitənin digər üzvlərinin də xarakteristikasını vermişdi. O, Trotski haqqında yazırdı ki, Trotski hazırkı Mərkəzi Komitədə bəlkə də ən bacarıqlı yoldaşdır. Lakin işin inzibati cəhətinə uyan və özünə hədsiz güvənən adamdır. Buxarin haqqında yazırdı ki, o, haqlı olaraq bütün partiyanın sevimlisi hesab edilir. Lakin onun nəzəri baxışlarını çox böyük şübhə ilə dialektik baxışlar hesab etmək olar.
Həmin məktub Leninin ölümündən sonra 1924-cü ilin mayında olmuş XIII qurultayda müzakirə edildi. Stalinin 6 maddədən ibarət andını, trotskizmə qarşı onun fəal mübarizə apardığı nəzərə alınaraq, onu Baş katib vəzifəsində yenə də saxlamağı qurultay məsləhət bildi.
Stalin, həqiqətən, Lenin ideyalarının və sosializmin quru- culuğunun fəal müdafiəçisi idi. Lakin onun bədbəxtliyi onda idi ki, o, bu müdafiədə barbar metodlardan istifadə edirdi. Stalinin xüsusilə 30-cu illərin II yarısında irəli sürdüyü "Sosializm inkişaf etdikcə sinfi mübarizə də güclənir" tezisi milyonlarla sovet adamına divan tutulmasına səbəb oldu. Kütləvi repres- siyaların həyata keçirilməsində o zaman Daxili İşlər Nazirliyin- də və Dövlət Təhlükəsizlik Komitəsində işləyən Yejov və Be- riyanın da mühüm xidmətləri olmuşdur.
30-cu illərdə Stalin SSRİ-ni elə bir yüksəliş səviyyəsinə çatdırmışdı ki, onun əleyhinə deyilən sözə xalq inanmazdı. Stalinin həyata keçirdiyi quruculuq işləri ona həm daxildə, həm də beynəlxalq aləmdə böyük nüfuz və təbii hörmət qazandırmışdı.
Dostları ilə paylaş: |