SSRİ öz xarici siyasətində əvvəlcə xarici dövlətlərlə dinc yanaşı yaşamaq prinsipinə xüsusi üstünlük verirdi. 1926-cı ilin aprelin 14-də o, Almaniya ilə hücum etməmək haqqında müqavilə bağlandı. 1927-ci ildə İngiltərə Sovet İttifaqını dempinq siyasəti yeritməkdə təqsirləndirərək onunla diplomatik əlaqələri kəsdi. Bu münasibətlər yenidən 1929-cu ildə bərpa edildi. 1932-ci ildə SSRİ hücum etməmək haqqında Fransa ilə müqavilə bağladı. 1933-cü ilin noyabrında SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yarandı. 1934-cü ildə o, Millətlər Cəmiyyətinə daxil oldu. 1935-ci ildə Fransa və Çexoslavakiya ilə qarşılıqlı yardım haqqında müqavilələr bağlandı.
1934-cü ildə olmuş ÜK (b)P-nin XVII qurultayında Stalin partiyanın MK-anın hesabat məruzəsində belə bir tezis irəli sürdü ki, Birinci dünya müharibəsi nəticəsində dünyanın 1/6 hissəsində sosializm cəbhəsi yaranıbsa, əgər İkinci dünya
müharibəsi olarsa, dünyanın yarısında sosializm qurula bilər. Bununla belə bu dövrdə SSRİ həm də faşizmə qarşı kollektiv təhlükəsizlik sisteminin yaranması tərəfdarı kimi çıxış edirdi. Digər tərəfdən isə ölkədə müdafiə sənayesinin inkişafı üçün büdcədən getdikcə daha çox vəsait ayırılırdı. Əgər birinci beşillikdə büdcədən hərbi xərclər üçün 13% vəsait ayrılmış- dırsa, III beşillikdə bu rəqəm 39% təşkil edirdi.
1938-ci ildə SSRİ Uzaq Şərqdə yapon təcavüzkarlarının müdaxiləsinin qarşısını alaraq, həmin il Xasan gölü, 1939-cu ildə isə Xalxin – Qol çayı yaxınlığında yaponları darmadağın etdi. Bunun nəticəsi idi ki, Yaponiya İkinci dünya müharibəsi dövründə SSRİ-yə hücum etməyə cürət etmədi. 1939-cu ilin mart-iyul aylarında Sovet-Fransa-İngiltərə danışıqları baş tut- madıqda 1939-cu ilin avqustunda SSRİ çox cəsarətli addım ataraq özünü beynəlxalq aləmdə təcriddən qurtardı və Alma- niya ilə bir-birinə hücum etməmək haqqında 10 illik müqavilə bağladı. Bu tarixdə Molotov-Ribbentrop paktı adlandı. Leninqraddan sərhədi bir qədər uzatmadığı, ərazisi cəmisi 48 min km2 olan strateji cəhətdən əhəmiyyətli 5 kiçik adanı ona icarəyə vermədiyi və Mannerheym xəttini qurduğuna görə 1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya müharibə elan et- di. Bu tarixdə «Qış müharibəsi» də adlanır. Həmin müharibədə Finlandiya məğlub oldu. SSRİ ilə Finlandiya arasında 1940-cı ilin martında bağlanmış Moskva müqaviləsinə əsasən sərhəd Leninqraddan əvvəlki 32 km əvəzinə 150 km uzaqlaşdırıldı. 5 ada SSRİ-yə icarəyə verildi. Strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Xanko yarımadası da SSRİ-yə icarəyə verildi.
Almaniya Polşaya hücum etdikdən sonra SSRİ həmçinin 1939-cu il sentyabrın 17-də Qərbi Ukrayna və Qərbi Belarusiyaya qoşun yeridərək yenidən onları özünə birləşdirdi. 1940-cı ildə SSRİ 1918-ci ildə Rumıniya tərəfindən tutulmuş Bessarabiya və Şimali Bukovinanın SSRİ-yə qaytarılmasına
nail oldu. Bessarabiya Moldaviya MSSR ilə birləşdikdən sonra Moldaviya müttəfiq respublikaya çevrildi. Şimali Bukovina isə Ukraynaya birləşdirildi. 1939-cu ilin sentyabrında Almaniya ilə SSRİ arasında bağlanmış gizli müqaviləyə əsasən Pribaltika SSRİ-nin təsir dairəsinə daxil edildi. Pribaltika ölkələri, yəni Estoniya, Latviya və Litva 1940-cı ildə SSRİ-yə birləşdirildi.
1940-cı ilin II yarısından, xüsusilə 1941-ci ilin yazında Moskvaya müxtəlif kanallardan məlumat daxil olurdu ki, Almaniya SSRİ-yə qarşı müharibəyə hazırlaşır. Müharibənin qaçılmaz fakt olduğunu SSRİ-nin sərhədi yaxınlığında alman qoşunlarının toplanması da göstərirdi. Yaranmış mürəkkəb şəraitdə Stalin belə güman edirdi ki, diplomatik və siyasi tədbirlər vasitəsi ilə Almaniyanın SSRİ-yə qarşı mühribəyə başlaması vaxtını uzada bilər. Hitlerə heç bir bəhanə verməməkdən ötrü SSRİ öz qoşunlarını hətta tam döyüş hazırlığı səviyyəsinə də gətirməmişdi. 1941-ci il iyunun 14-də SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) belə bir məlumat dərc etdirdi ki, xarici mətbuatda Almaniyanın tezliklə SSRİ-yə hücum edəcəyi barədə məlumatlar verilir, lakin SSRİ buna inanmır. Bu diplomatik manevrə Almaniya cavab vermədikdə, SSRİ bu məlumatların həqiqət olduğuna inandı.
1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə SSRİ İkinci dünya müharibəsinə girmiş oldu və 1939-cu il SSRİ-Almaniya müqavilələri qüvvədən düşdü.
Dostları ilə paylaş: |