ALMANİYA Almaniyada Noyabr inqilabı. Veymar konstitusiyası
1914-1918-ci illəri əhatə edən Birinci dünya müharibəsi ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya mü- haribəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalma- mışdı. Ona görə də XX əsrin əvvəllərində Almaniya dünyaya meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə durğuzmalı, bu əsrdə o, ya «çəkic», ya da «zindan» olmalıdır. Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə qədər üs- tünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu məqsədinə nail ola bilmədi.
1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada həm də sosial partlayış yaranmaq üzrə idi. Bunu həmin ilin yanvar ayında ölkədə 1,5 mln-a qədər fəhlənin tətil etməsi bir daha göstərdi. Ölkə iqtisadi çətinliklə üzləşdi. Almaniya Rusiya ilə Brest-Litorisk sülhünü bağladıqdan sonra bütün qüvvələrini yenidən cəmləşdirərək yay hücumunə böyük ümid bəsləyirdi. Lakin yay hücumunda ABŞ qoşununun Avropada Antantanın tərəfində ilk dəfə hərbi əməliyyatlarda iştirak etməsi Alma- niyanın vəziyyətnin daha da ağırlaşmasına səbəb oldu. 1918-ci il avqustun 8-də Almaniya qoşunları qəti məğlubiyyətə uğra- dılar və bu, Almaniyanın tarixinə «qara gün» kimi daxil oldu. Bu hadisədən sonra Almaniyanın Birinci dünya müharibəsində məğlubiyyəti qaçılmaz oldu. Hadisələrin gedişini diqqətlə izləyən şahzadə Maks Bodenskinin başçılıq etdiyi Almaniya hökuməti 1918-ci ilin oktyabrın 5-də ABŞ prezidenti Vudro Vilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif etdi. Hökumət həmçinin yetişən inqilabi böhranın qarşısını almaq üçün bir sıra islahatlar keçirdi. Belə ki, hökumət
parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi məhbuslara amnistiya verildi. Sosialist partiyasının liderləindən olan Karl Libknext həbsxanadan azad edildi. Ölkədə yetişməkdə olan inqilabın qarşısını almaq üçün hökumət manevrlərə də əl atmalı oldu. O, Almaniyanın şimalında Kil li- manında yerləşən matrosları dənizdə İngiltərə donanması ilə döyüşə çıxarmaq istədi. Almaniya hökumətinin bu işdə iki məqsədi vardı. Hökumət belə güman edirdi ki, Əgər Almaniya donanması qalib gələrdisə, kütlələrdə vətənpərvərlik əhval- ruhiyyəsi artar və onlar inqilab fikrindən əl çəkərdilər. İkinci halda, yəni matroslar məğlub olardılarsa, bunun günahını inqilabi əhvali-ruhiyyəli kütlələrin üzərinə yıxmaq və onların üzərinə hücuma keçib inqilabın qarşısını almaq olardı. Lakin hadisələrin gedişi hökumətin gözlədiyi kimi olmadı. 1918-ci il noyabrın 3-də Kil limanının matrosları dənizə çıxmaqdan imtina etdilər və tətil etdilər. Onların tətili bütün ölkədə tətil və nümayişlərin başlamasına səbəb oldu. Həmin gün Almaniya tarixinə inqilabın başlanması tarixi kimi daxil oldu. Almaniyada inqilabı dörd mərhələyə bölmək olar: noyabrın 3- dən 9-na qədər; noyabrın 10-dan dekabrın ortalarınalək, dekabrın ortalarından 1919-cu ilin fevralınadək, 1919-cu ilin fevralından may ayına qədər;
Almaniyadakı inqilab öz xarakterinə görə burjua-demok- ratik inqilabı idi. Bu inqilab öz qarşısına monarxiyanı devirmək və demokratik respublika qurmaq məqsədini qoymuşdu. Noyabrın 9-da inqilab Berlində qələbə çaldı və monarxiya devrildi. Kral II Vilhelm və şahzadə Maks Badenski heç bir müqavimət göstərmədən hakimiyyətdən əl çəkdilər. Almani- yada Hohensolernlər sülaləsinin mövcudluğuna son qoyuldu. Kral Hollandiyaya getdi. 1918-ci ilin noyabrın 10-da təşkil edilən hökumət Xalq Müvəkkilləri Şurası adlandı və ona sosial- demokrat Ebert başçılıq etməyə başladı. O, Almaniya sosial- demokrat partiyasının liderlərindən idi. Həmin gün Karl Lip-
qnext Almaniyanı sosial respublika elan etdi. Bolşeviklərin qırmızı terrordon istifadə etmələrinin acı təcrübəsini müşahidə edən Almaniya sosial-demokratları vətəndaş müharibəsinə im- kan vermədilər. Ona görə də Almaniyada Noyabr inqilabı
«məxməri inqilab» adlandı. Birinci dünya müharibəsi Almaniyaya çox böyük zərər vurdu. Müharibədə Almaniyaya vurulan maddi və hərbi zərər 161 milyard marka olmuş, 2 mln. adam ölmüş, 1 mln əsir düşmüş, 4 mln adam isə yaralanmışdı. Almaniya öz əhalisinin 1/10, ərazisinin isə 1/8 hissəsini itirmişdi. Dəmir filizinin çıxarılması 75 %, daş kömür çıxarılması isə 20% azalmışdı. Almaniyanın dirçəlməsi üçün xeyli vaxt lazım idi.
1918-ci ilin sonunda ölkədə baş verən hadisələrlə əlaqədar olaraq, sinfi qüvvələrin qruplaşması və yeni siyasi partiyaların yaranması prosesi sürətləndi. İlk növbədə fəaliyyətdə olan partiyalar öz sıralarına yenidən baxdılar. Bu partiyalardan biri hələ 1869-cu ildə Almaniyanın Eyzenax şəhərində təşkil edilmiş Almaniya sosial-demokrat partiyası idi. Müharibə dövründə bu partiyadan üç qanad ayrılmışdı. Onlardan biri 1916-cı ildə təşkil olunmuş «Spartakçılar» qrupu idi ki, bunlar daha sol mövqedə dururdular. İkinci qrup
«mərkəzçilər» qrup idi ki, bu qrup barışdırıcılıq mövqeyində dururdu. Sosial-demokrat partiyasından ayrılan üçüncü qrup isə 1917-ci ilin aprelində Almaniya Müstəqil sosial-demokrat pratiyasını (AMSDP) təşkil etmişdi. AMSDP müharibəni imperialist müharibəsi elan etsə də, barışdırıcılarla əlaqəni kəsmirdi:
1918-ci ilin dekabrın 30-da «Spartak» qrupu Almaniya kommunist partiyasını təşkil etdi. Onun ən görkəmli liderləri K.Libqnext və R.Lüksemburq idi.
1918-ci ilin sonunda burjua partiyalarında da yenidən təşkilolunma prosesi başlandı. Bu paritiyalardan biri Alma- niyada monarxiyanın tərəfdarı olan Almaniya milli xalq parti-
yası idi. Bu partiya iri mülkədarları və qolçomaqları, bir sıra inhisarçıları, yüksək rütbəli məmurları, irticaçı zabit korpusunun maraqlarını müdafiə edirdi. Bu mühafizəkarlar, qisasçılar, monarxistlər, militaristlərin partiyası idi. Onun rəhbəri Huqenberq idi.
İkinci partiya isə ağır sənaye inhisarçılarını və maliyyə oliqarxiyası quruplarını təmsil edən Ştrezemanın başçılıq etdiyi Alman xalq partiyası idi.
Üçüncü burjua partiyası tərkibində əsasən, elektrotexnika və kimya sənayesi inhisarlarının sahiblərini, orta sahibkarlar, bankirlər, dövlət qulluqçuları və ziyalıları birləşdirən Almaniya demokrat partiyası idi. Onun liderləri B.Ratenau, E.Kox və başqaları idi. Onlar ölkədə respublika idarə formasının tərəfdarları idi.
Bismarkın dövründə təşkil edilmiş Katolik Mərkəz partiyası da öz tərkibini yenidən qurdu. Bu partiya əsasən ağır sənayedəki katolik dairələrinin, iri mülkədarların maraqlarını müdafiə edirdi. Onlar katoliklərin əksəriyyət təşkil etdiyi rayonlarda, xristian həmkarlar ittifaqlarında kütləvi bazaya malik idilər. Ona M.Ertsberqer, Y.Virt, V.Marks başçılıq edirdilər.
Burjuaziya öz əlində çoxlu sayda mətbuat orqanları sax- lamış, xüsusi təbliğat mərkəzləri təşkil etmişdi ki, əhalini əks- inqilabi ruhda kökləyə bilsin.
Hakimiyyətdə olan sosial-demokratlar 1918-ci ilin dekabrın 16-dan və 21-nə qədər keçirilmiş Ümumalman sovetlər qurultayında Almaniyada sovet respublikasının qurul- masına yol vermədilər. Qurultay ancaq 1919-cu il yanvarın 19- da Müəssislər məclisinə seçkilər haqqında qərar qəbul etdi. Qurultayın qərarı ilə razı olmayan sosial-demokratların sol qanadı 1919-cu il yanvarın 5-də hakimiyyəti ələ almaq üçün Berlində üsyan təşkil etsə də, Ebert hökuməti tərəfindən bu
üsyan yatırıldı. Karl Lipqnext və Roza Lüksemburq isə 1919- cu ilin yanvar ayının 15-də öldürüldü.
1919-cu ilin yanvarın 19-da Müəssisələr məclisinə keçirilən seçkilərdə burjua partiyaları 54,5%, sosial- demokratlar isə 45,5% səs aldılar. Berlində xalq həyəcanlarından qorxuya düşən hökumət qərara aldı ki, Müəssislər məclisini Trungiyanın paytaxtı Veymarda keçirsin. 1919-cu il fevralın 6-da işə başlayan Müəssislər məclisi Almaniyanı respublika elan etdi. Ebert prezident seçildi. Şeydeman hökumətin başçısı, Noske daxili işlər naziri təyin edildi. 1919-cu ilin aprelin 13-də Bavariyada Sovet respublikası təşkil edildi. Lakin bu respublika çox yaşamadı. 1919-cu il mayın 4-də daxili işlər naziri Noskenin (Onu «inqilabın qanlı köpəyi» adlandırırdılar) başçılıq etdiyi qoşun hissələri Bavariyanın paytaxtı Münhenə daxil oldular və sovet qoşunlarını məğlub etdilər. Bu Noyabr inqilabının Almaniyada sonu demək idi.
1919-cu il iyunun 28-də xarici işlər naziri sosial- demokrat Müller Versal sülhünü imzaladı. Bu sülhdən təxminən bir ay sonra 1919-cu ilin iyulun 31-də Veymarda Almaniya respublikasının konstitusiyası qəbul edildi və avqustun 11-də qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası tarixə Veymar respublikası adı ilə düşdü. Veymar konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxstrat adlanır və lantaq- ların, yəni torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. Seçib-seçilmək hüququ 20 yaş müəyyənləşdirildi. O, dörd ildən bir əhalinin ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli olaraq, Veymar konstitusiyasında demokratik azadlıqlar öz əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il müddətinə seçilirdi. Reyxstaqın 68 nəfər üzvündən 27-si
prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə xüsusi səlahiyyətlər verirdi. Onun 25-ci maddəsinə görə prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə əsasən prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitu- siyaya görə Almaniyanın muxtar dövlətlərə – torpaqlara bö- lünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hü- ququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Onların qanun- verici orqanı isə landtaqlar idi. Konstitusiyaya görə qanunverici hakimiyyət reyxstaqa və lanqtaqlara məxsus idi. O zaman Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi mülkiyyəti qorumağa təminat verirdi. Ümumiyyətlə, konsti- tusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından burjua-yunker Almaniyasına çevrildi. Veymar konstitusiyasının tətbiq edilməsi Noyabr inqilabının böyük nailiyyəti və Alma- niyada burjua-demokratik prinsiplərin inkişafı və möhkəmlən- məsi yolunda mühüm addım oldu.
Dostları ilə paylaş: |