Fransa 1929-1933-cü illər dünya iqtisadi böhranı illərində
1929-cu ilin oktyabrında ABŞ-da başlayan iqtisadi böh- ran Fransaya nisbətən gec – 1930-cu ilin sonunda çatdı. Bu böhran 1935-ci ilə qədər davam etdi. Böhranın gec başlanması Fransa burjuaziyasının istehsal avadanlıqlarını daim yeniləşdir- məsi və inflyasiya ilə əlaqədar olaraq malların qiymətini vaxtında xeyli aşağı salması ilə bağlı idi. Əgər 1913-cü ildə Fransada sənaye istehsalının indeksini 100 qəbul etsək, 1929-cu ildə bu rəqəm 139-a, 1930-cu ildə 140-a, 1931-ci ildə 124-ə, 1932-ci ildə isə 96-ya bərabər oldu. Böhran ən çox özünü 1932- ci ildə göstərdi və bu proses 1935-ci ilə qədər davam etdi. İqtisadi böhran nəticəsində Fransanın istehsal vasitələri istehsalı 80%-ə düşdü. Kənd təsərrüfatında gəlir 1929-cu ildəki 44,8 milyard frankdan 1932-ci ildə 17 mlrd franka endi. İdxal və ixrac 2-2,5 dəfə azaldı. Fəhlələrin yarısı işsiz qaldı. İnflyasiya gücləndi. Vəziyyəti çətinləşdirən səbəblərdən biri də Almaniyadan təzminat alınmasının dayanması idi. ABŞ isə Fransadan borcunu tələb etdi. Böhran illərində xarici ticarət 2 dəfədən çox azaldı. Fransa böhrandan ancaq 1935-ci ildə öz iqtisadiyyatını hərbiləşdirmək hesabına çıxa bildi.
30-cu illərdə ölkədə dövlət tənzimlənməsinin forma və məqsədləri ciddi müzakirə edilirdi. Dövlət tənzimlənməsi
“çaricim” adlanırdı. İri kapitala güzəşt üçün “Mühafizə edilən bölmə” yaradıldı.
Böhran ölkənin siyasi həyatına da böyük təsir göstərdi. 1931-1933-cü illərdə yeddi hökumət dəyişikliyi oldu ki, bu hökumətlərdən üçünə Laval başçılıq etdi. 1932-ci ildə hökumətə yenidən Eduard Errio başçılıq etdi və onun dövründə Fransa ilə SSRİ arasında 1932-ci ilin noyabrında bir-birinə hücum etməmək haqqında müqavilə bağlandı. 1934-cü ildə Fransanın xarici işlər naziri Lui Bartu oldu. 1933-cü ildən 1934-cü ilin fevralınadək hökumətə isə Eduard Daladje başçılıq edirdi. Lui Bartu sağlam düşüncəyə malik bir şəxs idi. O, Almaniyada faşizmin hakimiyyət başına gəlməsinin tezliklə Fransada da təhlükə yaradacığını görür və SSRİ ilə münasibət- ləri normal məcrada inkişaf etdirməyə çalışırdı. Ona görə də o, 1934-cü ildə həm SSRİ ilə qarşılıqlı yardım haqqında müqa- vilə, həm də Şərq paktı bağlamaq təşəbbüsü ilə çıxış etdi. Həmin paktı Almaniya, Fransa, SSRİ, Finlandiya, Polşa, Çe- xoslovakiya və Pribaltika ölkələri imzalamalı idilər. Lakin Almaniya və Polşanın bu təklifi rədd etməsi nəticəsində həmin pakt imzalanmadı. Lui Bartu isə Yuqoslaviya kralı Aleksandrla birlikdə 1934-cü ilin oktyabrında Marseldə Almaniya kəşfiyya- tının hazırladığı "Tevton qılıncı" əməliyyatına əsasən öldürüldü və onun başladığı iş yarımçıq qaldı.
Dostları ilə paylaş: |