Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Cənub-Şərqi Avropada və Balkanlarda faşist təcavüzkarlığı



Yüklə 0,59 Mb.
səhifə139/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   156
avropa amerka tarıxı

Cənub-Şərqi Avropada və Balkanlarda faşist təcavüzkarlığı

SSRİ-yə qarşı hücuma hazırlaşan Hitler Almaniyası Cə- nub-şərqi Avropanı istila edərək onun ərazi və ehtiyatlarından öz təcavüzkar məqsədləri üçün istifadə etmək istəyirdi. Bununla bərabər hitlerçilər Balkan ölkələrinə bir körpü kimi də baxırdılar. Bu körpü vasitəsilə onlar Orta Şərqin neft mən- bələrini, İngiltərənin Asiyadakı müstəmləkələrini ələ keçirmək istəyirdilər. Hitlerçilər Yunanıstan hakim dairələrinə vəd etdilər ki, SSRİ-dən müəyyən əraziləri Yunanıstana verəcəklər. 1940- cı ilin avqustun 30-da Hitlerin təkidi ilə Rumıniya Şərqi Transilvaniyanı Macarıstana verdi. Bu hadisə ilə əlaqədar olaraq Hitler Macarıstanı özünə tabe etdi. Burada Xortinin faşist rejimi hökmranlıq edirdi. 1940-cı ilin sentyabrında Rumıniyada Antoneskunun faşist diktaturası quruldu.

Oktyabrda hitlerçilər Rumıniyaya qoşun çıxardılar. 1940-cı il noyabrında Rumıniya və Slovakiya Üçlər ittifaqına qoşuldular. 1941-ci il martın 1-də Hitlerçilər Bolqarıstanı da Üçlər ittifaqına daxil olmağa məcbur etdilər. Bu ölkələrin hakim dairələri öz xalqlarının iradəsi əleyhinə olaraq təcavüzkar bloka daxil oldular və Almaniyanın satilletinə çevrildilər.

Svetkoviçin başçılıq etdiyi Yuqoslaviya hökuməti 1941- ci ilin mart ayının 25-də Üçlər ittifaqına daxil olmaq haqqında protokola imza atdı. Lakin bu hadisə ölkədə böyük həyəcana səbəb oldu. Xalq buna qarşı çıxdı. Yuqoslaviyada dövlət çevrilişi baş verdi. Simoviç hökumət təşkil etdi. 1941-ci il aprelin 5-də hökumət SSRİ ilə müqavilə bağladı. Ancaq aprelin 6-da hitlerçilər Yuqoslaviyaya hücum edib onu tutdu. "Müstəqil" Serbiya və Xorvatiya yaradıldı. İtaliya Çernoqori- yanı, Bolaqrıstan Makedoniyanı, Macarıstan Voyevodinanı aldı, Sloveniya isə Almaniya ilə İtaliya arasında bölündü. Yuqoslaviya ilə eyni vaxtda Hitler ordusu Yunanıstana da hücum etdi. Hələ 1940-cı ilin oktyabrından Yunanıstan İtaliyanın təcavüz obyektinə çevrilmişdi. İtaliya Albaniya ərazisindən oraya 200 min qoşun yeritmişdi. Lakin 1941-ci ilin yazında yunanlar italyanları qovdular. Həmçinin alban partizanları ilə birlikdə Albaniyanın da bir hissəsini azad etdilər. Mussolini Hitlerdən kömək istədi. Hitlerçilər tərəfindən aprelin sonunda Yunanıstanın bütün ərazisi işğal olundu. Balkan yarımadasını işğal etməklə Almaniya Sovet İttifaqına qarşı mühüm strateji dayaq nöqtəsi əldə etmiş oldu. 1941-ci ilin mayın 20-də almanlar Kriti ələ keçirməklə İngiltərəni Egey dənizinə nəzarətdən məhrum etmiş oldular.

Hitler Yaxın Şərqə də SSRİ-yə hücum üçün mühüm əhəmiyyət verirdi. Xüsusilə İraqın neftinə görə Almaniya 1941- ci ilin aprelin 1-də orada dövlət çevrilişi təşkil etdi. Onda ingi- lislər İraqa qoşun yeridib mühüm şəhərləri tutdular. Almanların İraqı tutmaq planı baş tutmadı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin