Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi



Yüklə 0,59 Mb.
səhifə136/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   156
avropa amerka tarıxı

"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi


əməliyyatlara keçməsi
1939-cu ilin sentyabrın 3-dən 1940-cı ilin aprelin 9-na qədər olan dövr İkinci dünya müharibəsi tarixində "qəribə müharibə" kimi səciyyələnir. Çünki sentyabrın 3-də Fransa və İngiltərə Almaniyaya müharibə elan etsələr də, ona qarşı fəal hərbi əməliyyatlara başlamadılar. 1939-cu ilin oktyabrın 11-də Fransada 158 min ingilis əsgər və zabiti toplandı. Qərb cəbhəsində ingilislər ilk itkini dekabrın 9-da verdilər. Fransa ilə Almaniya sərhədində toplanın 110 fransız və ingilis diviziyası oradakı 23 alman diviziyasına qarşı vuruşaraq Polşanı müdafiə edə bilərdilər. Lakin onlar hitlerçilərin SSRİ-yə hücumu üçün Polşaya bir meydan kimi baxdıqlarından bunu etmədilər.

Alman faşistlərinin planında Skandinaviya ölkələri xüsusi yer tuturdu. Hitlerçilər bu ölkələrə strateji cəhətdən böyük əhəmiyyət verirdilər. Hitlerçilər Şimal-Qərbi Avropa və Atlantik okeanda ağalıq mövqeyi qazanmaq fikrində idilər. Hərbi əhəmiyyəti olan xammallar da bu ölkələrdə az deyildi. 1939-cu ildə İsveçdə istehsal edilən 24 milyon ton dəmir- filizinin 11 milyon tonu Almaniyaya ixrac edilirdi. Almanlar hələ 1939-cu ilin oktyabrında Danimarka və Norveçi tutmaq buradan İngiltərə və Fransaya qarşı hücum etmək niyyətində idilər.

1940-cı il aprelin 9-da Almaniya müharibə elan etmədən Danimarka və Norveçə hücum etdi. Bununla Avropada "qəribə müharibə" sona çatdı. Almaniya Qərbdə fəal

hərbi əməliyyatlara başlamış oldu. Səhər saat 5-də sərhədi keçən Hitler qoşunları heç bir əks-təsirə rast gəlmədən ölkənin dərinliyinə doğru hərəkət etdilər. Bu hadisədən bir neçə saat sonra Danimarka hökuməti danışıqsız təslim olaraq ölkəni hitlerçilərə təhvil verdi. Danimarka Almaniyanın satilletinə, yəni əlaltısı olan dövlətə çevrildi. Danimarkaya hücumla yanaşı almanlar Norveç sahillərinə də desant salmışdılar. Hitler qoşunları ilk sırada Oslonu və bir sıra başqa liman şəhərlərini tutmaq fikrində idilər. Həmin məntəqələrə həm dəniz, həm də havadan hücum edərək bir günə paytaxtı işğal etdilər. Hitlerçilərin qəflətən hücuma keçməsi, Fransa və İngiltərə hərbi qüvvələrinin passivliyi nəticəsində təqribən iki ay müddətində Norveç işğal edildi. Norveçin işğalı İngiltərə və Fransanı bir sıra hərbi dəniz bazalarından məhrum etdi. 1940-cı il mayınn 10-da alman faşistləri Hollandiya, Belçika və Fransaya hücuma keçdilər. Bu hərbi əməliyyatda faşistlər 116 piyada diviziya, 2600 tank, 3000 hərbi təyyarədən istifadə etdilər. Faşist Almaniyasının Qərbi Avropada 45 gün davam edən hərbi əməliyyatlarını xarakterinə görə 2 mərhələyə bölmək olar:



  1. 10 may-4 iyun.Bu dövrdə Almaniya bütün istiqamət- də müttəfiqlərin (İngiltərə-Fransa-Hollandiya-Belçika) cəbhə- sini yararaq La-Manşa çıxıb onların çoxlu miqdarda qoşun hissələrini məhv etdi. Almaniya Belçika, Hollandiya və Şimali Fransanı işğal etdi.

  2. 5-22 iyun. Bu günlər ərzində alman faşist qoşunları Fransaya hücumu genişləndirərək Parisi işğal edib, Fransa hökumətini təslim olmağa məcbur etdilər.

Belçika təslim edildikdən sonra müttəfiqlərin qoşunları Dyunkerk liman şəhərinə sıxışdırıldılar. Burada onların vəziyyəti olduqca çətinləşdi. Həmin şəhərdə Fransanın 17, İngiltərənin isə 10 diviziyası var idi. Belə bir şəraitdə alman qoşunları Fransa və İngiltərənin həmin şəhərdəki qoşunlarını tamamilə məhv etmək imkanına malik idi. Lakin bu hadisə baş

vermədi. "Dyunkerk möcüzəsi" baş verdi. Bəzi alman generalları öz xatirələrində bildirirdilər ki, alman qoşunları Dyunkerkə yaxınlaşanda alman komandanlığı geri çəkilməyi əmr edib Dyunkerkdən müttəfiq qoşunlarının çıxarılmasına imkan yaratdılar. 338 min nəfərlik ordu Dyunkerkdən çıxdıqdan sonra almanlar bu yeri işğal etdilər. Müttəfiq qoşunları burada 2400 top, 700 tank, 130 min avtomobil qoyub getdilər. İngiltərə 226, Fransa isə 217 gəmi itirdi. Beləliklə, hərbi əməliyyatların birinci dövründə müttəfiqlərin şimaldakı qoşunları darmadağın edildi. Almaniyanın qələbəsini hiss edən faşist İtaliyası bir sıra mühüm yerləri tutmaq üçün iyunun 10-da Fransaya müharibə elan etdi. Beləliklə, İtaliya da ikinci dünya müharibəsinə girmiş oldu. Bu hadisə Fransanın vəziyyətini daha da çətinləşdirdi. Hökumət əvvəl Tura, sonra isə Bordoya köçdü. Son müdafiə döyüşü Ema çayı sahilində oldu. 1934-cü ildə qurulmuş "Majino müdafiə xətti" yarıldı. İyunun 12-də Fransa hökuməti Parisi "açıq şəhər" elan edərək onun müdafiəsini təşkil etmədi. Həmin gün parlamentdə Peten tərəfindən müdafiə edilən Fransa silahlı qüvvələrinin baş komandanı Veyqan təklif etdi ki, hitlerçilərə şərtsiz təslim olmaq lazımdır. O belə bir əsli olmayan şaiə yaydı ki, guya Parisdə kommunistlər hakimiyyəti öz əlinə almaq istəyir. İyunun 14-də hitlerçilər heç bir müqavimət hiss etmədən Parisə daxil oldular. İyunun 22-də Peten hökumətinin nümayəndələri Kompyen meşəsində biabırçı təslimçilik aktına qol çəkdilər. Sülhün şərtlərinə görə Fransa ordusu tərxis edilir, ölkə ərazisi iki hissəyə bölünürdü. Paris də daxil olmaqla bütün sənaye mərkəzlərinə malik olan rayonların hamısı Almaniyanın işğal zonasına daxil edilirdi. Ölkənin cənub hissəsində isə general Petenin başçılığı altında paytaxtı Bişi olan faşistpərəst Fransa hökuməti təşkil edildi və o, 1944-cü ilin avqustunadək yaşadı. Ölkədə işğalçı rejimin yaranmasına baxmayaraq Fransa xalqı təslim olmadı. İlk gündən ölkədə müqavimət hərəkatı başlandı

ki, bu hərəkatda bütün xalq kütlələri iştirak edirdi. Fransanın antifaşist qüvvələri general Şarl de Qollun İngiltərədə təşkil etdiyi "Azad Fransa" komitəsi ətrafında birləşib işğalçılara qarşı müharibəni davam etdirirdilər.



Beləliklə, faşist Almaniyası 45 gün ərzində Hollandiya, Belçika və Fransanı məğlub edərək Qərb cəbhəsində İngiltərə qoşunlarına güclü zərbə endirdi. Hitler hökuməti bu fikirdə idi ki, Fransa məğlub edildikdən sonra İngiltərə onunla saziş bağlayıb SSRİ-yə qarşı müharibədə Almaniya ilə birlikdə iştirak edəcəkdir. Bu məqsədlə 1940-cı il iyulun 19-da sülh bağlamaq üçün Almaniya hökuməti İngiltərəyə müraciət etdi. Almaniya təklif edirdi ki, İngiltərə onun Avropada və müstəm- ləkələrdə hegemon mövqeyini qəbul etsin. Lakin İngiltərə Avropada və müstəmləkələrdə öz mövqeyini Almaniyaya ver- mək istəmirdi. Digər tərəfdən İngiltərə hakim dairələri faşizmə nifrət edən öz xalqı ilə də hesablaşmalı oldu. İngiltərə hökuməti iyulun 22-də Almaniyanın təklifinə rədd cavab verdi. Diplomatik yolla İngiltərəyə təsir etmək mümkün olmadıqdan sonra Hitler hökuməti İngiltərə ərazisini işğal etməklə onu müharibədən çıxarmağı qərara aldı. 1940-cı ilin avqustundan 1941-ci ilin mayına qədər Almaniya İngiltərə ərazisinə 190 min bomba atdı. Bombardman zamanı bir milyondan artıq yaşayış evi dağıldı, 40 min adam həlak oldu və 46 min nəfər yaralandı. Lakin faşist aviasiyası Britaniya sənayesinə ciddi zərbə vurmağı bacarmadı. Almaniya İngiltərənin Atlantik okeandan keçən nəqliyyat yollarını (ərzağın 50 %-i adaya bu yollarla gətirilirdi) kəsmək üçün əsasən sualtı qayıqlardan geniş istifadə edirdi. Lakin İngiltərə davam gətirdi. Bu, Almaniya ilə müharibədə, demək olar ki, ilk qələbə idi. 1941-ci ilin yazında hitlerçilər SSRİ-yə qarşı hücum üçün ciddi hazırlıq işləri ilə məşğul olduqları üçün İngiltərəni işğal etmək planı qeyri- müəyyən bir vaxta qədər təxirə salındı.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin