Müharibənin ikici mərhələsi
Əsaslı dönüşün başlanması
İkinci dünya müharibəsində dönüşün ilk əsaslı addımları Sakit okeanın mərkəzində 1942-ci ilin iyununda Miduey adası yaxınlığındakı döyüşdə yaponların ABŞ donanması tərəfindən məğlub edilməsi ilə atıldı. Bu döyüşdən sonra yaponlar bir daha Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədilər.
1942-ci ilin iyununda almanlar Xarkovu tutduqdan sonra Volqaya doğru irəliləməyə başladılar. Almanlar Stalinqradı tutmaqla Moskvanı Bakının neftindən və Şimali Qafqazın taxılından məhrum etmək yolu ilə SSRİ-ni məğlub etməyi fikirləşirdilər. 1942-ci ilin iyulun 17-də Stalinqrad və iyulun 25-də Qafqaz uğrunda şiddətli müdafiə döyüşləri başlandı. Faşistlər «Edelveys» planını həyata keçirmək istəiyrdilər. 1942-ci il sentyabrın 9-da SSRİ-nin Ali Baş komandanlığı Cənubi QAfqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu yaradıldı. Düşmənin 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə Bakının səmasına soxulmaq cəhdi baş tutmadı, onun 96
təyyarəsi vurulub salındı. Cənubi Qafqaz cəbhəsində 66, 1 min azərbaycanlı vuruşurdu. Mozdaku tutduqdan sonra güclü müqavimətə rast gələn düşmən hücum taktikasını dəyişdi, Bakıya deyil, Nalçik-Orconikidze istiqamətində yeridi. 1942-ci ilin oktyabrında Sovet ordusu Orconikidze yaxınlığında faşistləri darmadağın etdi və onlar şimala doğru qovuldular.
Almanlar Stalinqrad istiqamətində piyada diviziyalarının 1/3, tank diviziyalarının 1 hissəsini, bir
5
milyondan çox əsgər və zabit toplamışdı. Almanların seçmə 6- cı piyada ordusu və 4-cü tank ordusu, bundan başqa 1 italyan, 2 rumın ordusu da və bu istiqamətdə vuruşurdu. Sentyabrda artıq Stalinqradın özündə döyüşlər gedirdi. Sovet komandanlığının Stalinqradı müdafiə etmək planı "Uran" adlanırdı. 1942-ci ilin noyabrın 19-20-də Stalinqrad, Don və Cənub-Qərb cəbhəsinin qoşunları general Yeremenko, Rakassovski və Vatutinin komandanlığı altında hücuma keçərək noyabrın 22-də Stalinqradın şimalındakı Kalaç rayonunda almanların 22 diviziyasını, 330 min əsgər və zabitini əsir aldılar. Bu hücum zamanı e.ə. 216-cı ildə olmuş Kanna döyüşündə tətbiq edilmiş Hannibalın «aypara» taktikasından istifadə edilmişdi. Hitler mühasirədə olanlara kömək etmək üçün Şimali Qafqazdan Manşteynin rəhbərliyi altında böyük bir zərbə qrupunu göndərdi. Lakin Stalinqradın cənubundakı Tormosovo- Kotelnikov rayonunda general Malinovskinin başçılıq etdiyi sovet qoşun hissələri tərəfindən onlar darmadağın edildilər. Almanların mühasirəni yarmaq cəhdi baş tutmadı. 1943-cü il yanvarın 15-dən fevralın 2-dək keçirilən hərbi əməliyyatlarda mühasirəyə düşmüş qoşun hissələri məhv edildi. 147 min əsgər və zabit öldü, 91 min əsgər, 2500 zabit, başda feldmarşal Paulyus olmaqla 24 general əsir alındı. Strateji üstünlük sovet ordusu tərəfinə keçdi. İkinci dünya müharibəsində Antihitler koalisiyasının xeyrinə qəti olaraq əsaslı dönüş başlanmış oldu.
Nasist ordusu mənən və ruhən sarsıldı. Yaponiya SSRİ əleyhinə hücuma keçmək planından birdəfəlik əl çəkdi. İşğal altında olan yerlərdə müqavimət hərəkatı gücləndi.
Stalinqrad ətrafında sovet qoşunlarının hücumu martın sonuna kimi davam edən strateji hücuma çevrildi. Stalin- qraddan sonra ən parlaq qələbə Leninqradın mühasirəsinin yarılması oldu. Blokada illərində şəhərin 850 minə yaxın dinc sakini həlak oldu.
1943-cü ilin yayında alman komandanlığı strateji təşəbbüsü yenidən əlinə almaq üçün cəhd etdi. Almaniya tərəfindən Kursk ətrafında «Kursk qövsü» adlandırılan çıxıntı şəkilli mövqedə yerləşən sovet qoşunlarını mühasirəyə alıb məhv etmək üçün hücum planı ("Sitadel"-«Qala») tərtib olundu. Sovet komandanlığı bundan xəbər tutaraq almanların hücum edəcəyi istiqamətlərdə böyük qüvvələr topladı. 1943-cü il iyulun 5-də sübh çağı alman qoşunları hücuma keçdilər. Kursk-Oryol döyüşü başlandı. Almanlar böyük itkilər hesabına çox az irəliləyə bildilər. Proxorovka kəndi yanında İkinci dünya müharibəsinin ən böyük tank döyüşü oldu. Döyüşdə hər iki tərəfdən 1200-ə yaxın tank, özüyeriyən və hücum topları iştirak edirdi. Almanlar taqətdən salındı və iyulun 12-də sovet qoşunları əks-hücuma keçdi. Avqustun 5-də Oryol və Bel- qorod, 23-də isə Xarkov azad olundu. Kursk döyüşü ilə sovet- alman müharibəsinin gedişində əsaslı dönüş başa çatdı, strateji təşəbbüs qəti olaraq sovet komandanlığının əlinə keçdi. Sent- yabrın sonunda sovet qoşunları Dneprə çıxaraq çayı keçdilər. Noyabrın 6-da Kiyev azad edildi.
ABŞ və Böyük Britaniya ikinci cəbhənin açılmasına tələsmirdilər. İngiltərənin 1940-cı ilin mayından baş naziri olan Çörçil ikinci cəbhənin Avropanın "yumşaq qarınaltısı" adlanan Balkan yarımadasından açılmasını istəyirdi, Stalin isə onun Şimali Fransadan-Normandiyadan açılması təklifini irəli sürürdü. Çörçilin məqsədi Qızıl Ordu hissələrindən qabaq
ingilis-amerikan qoşunlarının Cənub-Şərqi Avropa ölkələrinə çıxarılması idi. Avropanın sənaye mərkəzlərinə ən qısa yolun haradan keçdiyini yaxşı başa düşən ABŞ rəhbərləri, hər şeydən əvvəl, Qərbi Avropada öz təsirlərini yaymağa çalışırdılar. Onlar ehtiyat edirdilər ki, müttəfiq orduları Balkanlarda ilişib qalar. Məhz ona görə də Çörçillin hərbi-siyasi planları Vaşinqtonda ehtiyatla qarşılandı və əməli olaraq həyata keçirilmədi.
Sovet Ordusunun uğurlu hücumu müttəfiqlərə Şimali Afrikada hücuma keçmək üçün əlverişli şərait yaratdı. 1941-ci ilin noyabrında ingilislər Tobrukun blokadasını ləğv etdilər. 1942-ci ilin yanvarında Kirenanika ərazisini bütünlüklə azad etdilər. 1942-ci ilin oktyabrın 23-də Əl-Əlameyn yaxınlığındakı döyüşdə Montqomerinin başçılıq etdiyi ingilis-amerikan qoşunları alman-italyan qoşunları üzərində parlaq qələbə çaldılar. 1943-cü ilin fevralında onlar Liviya-Tunis sərhəddinə çıxdılar. Bu "ox" dövlətlərinin Yaxın Şərqi tutmaq planının qarşısını aldı. Fransızlar "Fakel" əməliyyatına uyğun olaraq Eyzenhauerin başçılığı ilə Əlcəzair şəhərini tutdular. Tunis alındı. Bu alman-italyan qoşunlarının Şimali Afrikada çox böyük məğlubiyyəti demək idi. 1943-cü ilin iyununda "Fransa milli-azadlıq komitəsi" yaradıldı. Rəhbəri isə Şarl de Qoll və general Jiro idi.
Əsaslı dönüşün yaranmasının mühüm səbəblərindən biri ABŞ, SSRİ və İngiltərədə hərb sənayesinin "ox" dövlətlərinə nisbətən daha sürətli inkişafı idi. Təsərrüfat üzərində ciddi dövlət nəzarəti yaradılmışdı. 1942-ci ildə İngiltərədə hökumətə bu sahədə fövqəladə səlahiyyətlər verən qanunlar qəbul olundu. Buna bənzər tədbirlər ABŞ-da da həyata keçirildi. Burada Hərbi istehsal idarəsi təsis edildi. SSRİ-də 1941-ci ilin iyunun 30-da təşkil edilmiş Dövlət Müdafiə Komitəsinin, onun sədri İ.V.Stalinin əlində bütün hakimiyyət cəmləşdirildi. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı irəli sürüldü. Arxa Cəbhə Baş İdarəsi yaradıldı. Əmək intizamı möhkəmləndirildi
və kartoçka sistemi tətbiq olundu. Siyasi və ideoloji təbliğat sistemi yenidən quruldu. Orduda hərbi komissarlar sistemi təsis edildi. Müttəfiq ölkələrdə həyata keçirilən bu tədbirlər nəticəsində 1943-cü ildə onlar faşist blokundan 3 dəfə çox hərbi təyyarə, 10 dəfə çox tank istehsal edirdilər. Müttəfiqlərin istehsal etdiyi hərbi texnika keyfiyyətinə görə də üstün idi.
Dostları ilə paylaş: |