Antihitler koalisiyasının təşkili
Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlamasından dərhal sonra Böyük Britaniya və ABŞ SSRİ-yə kömək etmək istədiklərini bildirdilər. 1941-ci ilin iyunun 22-də Çörçill, iyunun 24-də isə Ruzvelt SSRİ-yə kömək göstərməyə hazır olduqlarını bəyan etdilər. 1941-ci il iyulun 12-də SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı birgə hərəkat haqqında saziş bağlandı. İyulun 18-də SSRİ təklif etdi ki, Şimali Fransadan ikinci cəbhə açılsın. Lakin təklif təxirə salındı. ABŞ prezidentinin məsləhətçisi Qopkins Moskvaya gəldikdən sonra avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi kömək edəcəyini bildirdi. 1941-ci il avqustun 16-da SSRİ ilə İngiltərə arasında ticarət və kredit haqqında saziş bağlandı. İngiltərə SSRİ-yə 10 mln funt- sterlinq istiqraz verdi. 1941-ci ilin iyulunda Sovet- Çexoslovakiya, Sovet-Polşa sazişləri bağlandı. Sentyabrın 27- də SSRİ "Azad Fransa" təşkilatını tanıdı. ABŞ və İngiltərə müharibədə birgə fəaliyyət göstərmək haqqında bəyanatla çıxış etdilər. Onların arasındakı danışıq 1941-ci ilin avqustunda Nyufaundlend adasının Ardjenşiya buxtasında «Atlantika xartiyası» adını almış bəyannamə ilə nəticələndi.
1941-ci il sentyabrın 24-də Moskvada keçirilmiş müttə- fiqlərarası konfransda Sovet hökuməti bu xartiya ilə razı ol-
duğunu bildirdi. Büttün qüvvələri birləşdirmək zəruri idi. SSRİ 1 mlrd dollar faizsiz kredit aldı.
1941-ci ilin noyabrında İngiltərə yenidən SSRİ ilə müttəfiqlik haqqında müqavilə bağladı. 1942-ci ilin yanvarın 1- də 26 dövlət Vaşinqtonda Atlantika xartiyası prinsiplərinə qoşulmaq haqqında "Birləşmiş Millətlərin Bəyannaməsi"ni imzaladı. Antihitler koalisiyasının yaradılması rəsmiləşdirilmiş oldu. Sonra bu bəyannaməyə başqa dövlətlər də qoşuldular və müharibənin sonunda onların sayı 50-yə çatdı.
Dostları ilə paylaş: |