Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


İspaniyada burjua-demokratik inqilabı



Yüklə 0,59 Mb.
səhifə42/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   156
avropa amerka tarıxı

İspaniyada burjua-demokratik inqilabı.


İnqilabın birinci ikinci mərhələsi

Xalq kütlələrini öz nəzarətləri altında saxlamaq üçün respublika tərəfdarı olan partiyalar, o cümlədən sosialistlər 1930-cu ilin avqustun 17-də San-Sabestyanda birgə hərəkat haqqında pakt imzaladılar.12 nəfərdən ibarət inqilabi komitə təşkil edildi. Pakta görə çevriliş dinc formada olmalı idi. Lakin son dəqiqələrdə qanlı xarakter aldı. Xaki (Araqon) qarnizonunun əsgərləri çıxışlarının dayandırıldığından xəbər tutmadan üsyan qaldırdılar və məğlubiyyətə uğradılar. Üsyanın təşkilatçıları güllələndilər. Bir neçəsi isə həbs edildi.

1931-ci ilin aprelin 12-də bələdiyyə idarələrinə seçkilərdə respublika tərəfdarları 49 əyalətdən 45-də əksəriyyət qazandılar. Ölkədə inqilab dinc yolla qalib gəldi. Ordu və polis silah işlətməyə cəsarət etmədi. XIII Alfons xaricə qaçdı.1931-ci il aprelin 14-də İspaniya respublika elan olundu. Hakimiyyət inqilabi komitənin əlinə keçdi və o, özünü müvəqqəti hökumət elan etdi. Onun tərkibinə keçmiş monarxistlər, liberal burjua nümayəndələri və üç sosialist (Larqo Kabalero, Prietto, de los Rios) daxil oldu. Hökumətin başçısı katolik Alkala Samora oldu. Onun əsas məqsədi inqilabın qarşısını almaq və respublikanın mühafizəkar xarakterini təmin etmək idi.

Yeni qurulmuş respublika qarşısında mürəkkəb vəzifələr dururdu. İspaniya geridə qalmış aqrar ölkə idi. 2% mülkədar 67% torpağa, 86% kəndlilər isə cəmi 15% torpağa sahib idilər. Feodal qaydaları saxlanılırdı. Mülkədar, kilsə və dövlət qarşı- sında mükəlləfiyyətlər əsaslı aqrar islahat keçirilməsini zəruri edirdi.

Milli məsələnin həll edilməsi də vacib idi. İspaniyada əsasən 4 millət – ispanlar, katalonlar, basklar, qalisiylər yaşa- yırdılar. İspanlardan başqa onlardan üçünün yaşadığı ərazi İspaniya ərazisinin 15.6 %-ni təşkil edirdi. Onlar ərazi muxtariyyəti tələb edirdilər. Onların sayı 6 milyondan çox idi.

Kilsə də problem idi. Kilsə kapitalı dəmiryolu, dəniz nəqliyyatı və tramvay kompaniyasına qoyulmuşdu. Ölkədə 67 min kilsə, 200 min keşiş, rahib, rahibə, 4,5 min monastr fəaliyyət göstərirdi. Kilsə məktəblərində 700 min şagird oxuyurdu.

İspaniyada xarici – ingilis, fransız, Kanada, Amerika, alman, italyan, Belçika kapitalı ağalıq edirdi.

Ordu və donanma mülkədarlar və iri kapitalistlərin əlində

idi. Müasir silahlar az idi.

Fəhlə sinfinin vəziyyətinin yaxşılaşması vacib idi, Avro- panın digər ölkələri ilə müqayisədə onlar daha az əmək haqqı alırdılar.

İnqilabın 1931-1933-cü illəri əhatə edən birinci mərhələsi tarixdə respublikaçılar və sosialistlər dövrü adlandırılır.

Yeni hökumət və kortes burjua-demokratik inqilabının birinci mərhələsində (1931-1933-cü illər) bir sıra demokratik dəyişikliklər həyata keçirdi. 1931-ci ilin dekabrın 9-da burjua- demokratik konstitusiya qəbul edildi, demokratik azadlıqlar verildi. Kataloniya muxtariyyət aldı. Aqrar islahat institutu yaradıldı. Ölkənin mərkəz, Cənub və Cənub-qərb vilayətlərində sakitləşdirici aqrar islahat keçirildi. Lakin bütün bunlar ardıcıl deyildi. Hökumət kilsənin dövlətdən ayrılması, yezuitlar ordeninin fəaliyyətinin qadağan edilməsi barədə də dekrat verdi. Orduda zabit və generalların sayı bir qədər azaldıldı. Lakin yenə də irticanın maddi gücü sarsılmaz qalmışdı. Mülkə- dar torpağı qalmaqda idi, onlar orduya nəzarət edirdilər, monar- xistlər dövlət aparatında çalışırdılar, kilsə öz sərvətini saxla- yırdı. Konstitusiyanın təsdiqindən sonra Alkala Samora ölkənin prezidenti seçildi, baş nazir isə sol respublikaçılar partiyasının lideri Manuel Asanya təyin edildi. Hökumətin siyasəti dəyişmədi.

Almaniyada faşist diktaturasının qurulması irticaçıları daha da fəallaşdırdı. Onlar xalq kütlələrinin hökumətdən narazılığından istifadə edərək 1933-cü ilin noyabrın 19-da keçirilən seçkilərdə qələbə qazandılar. Bununla da inqilabın 1933-1936-cı illəri əhatə edən ikinci mərhələsi başlandı. Seçkilərdən sonra hakimiyyətə mülkədarla blokda olan iri burjuaziyanın sağ partiyaları gəldilər. Yeni hökumət din, Vətən, ailə, mülkiyyət və qayda-qanunun qorunmasını tələb edirdi.

Faşistpərəst A.Merrusun başçılığı ilə 1933-cü ilin de- kabrında təşkil olunmuş “Sağ mərkəz” hökumət zəhmətkeşlərə verilmiş bütün hüquqları ləğv etdi. Aqrar islahatın həyata

keçirilməsi dayandırıldı. Kortes rejimə qarşı çıxanlara qarşı ölüm cəzası verilməsi haqqında qanun verdi. A.Merrus hökuməti etimad qazanmadığı üçün istefaya getdi. Oktyabrın 9- da radikal D.Martines Barrio yeni koalisiyalı hökumət qurdu. 1934-cü ildə ölkədə 1,5 milyona yaxın işsiz var idi. Ona görə də bu hökumətin fəaliyyəti İspaniya tarixində «Qara ikiillik» və ya «əksislahat respublikası» kimi qiymətləndirilmişdi.

Faşist təşkilatları fəallaşdı. 1931-ci ilin sonlarında «Na- sional-sindikalist hücum xuntası» («Xons» partiyası) yaradıldı. 1933-cü ilin oktyabrında isə keçmiş diktatorun oğlu Xose- Antonio Primo de Rivera Almaniyadakı faşist partiyası tipində

«İspaniya falanqası» partiyasını təşkil etdi. Falanqaçılar 27 maddədən ibarət qəbul etdikləri proqramda İspaniyada millətin birliyin xidmət edən Milli-sindikalist dövlət yaradılmasını, ispanların, ailə, bələdiyyə və həmkarlar təşkilatlarının vasitəsi ilə dövlət həyatında iştirak etmələrini, siyasi partiyalar və bələdiyyələr sisteminin ləğv edilməsini, kilsənin ölkənin yeniləşdirilməsi işinə cəlb edilməsini tələb edirdilər. Kapitalizm tənqid olunurdu. Proqramda ispanların dini və hərbi ruhu əks olunmuşdu. 1934-cü ilin fevralında onlar vahid «İspan falanqası və xons» partiyasında birləşdilər. Partiyanın əsas şüarları «vətən birliyi», «birbaşa hərəkət», «antikommunizm və antiimperializm» idi.

Bu mərhələdə mürtəce qüvvələrin fəaliyyəti gücləndi. 1932-ci ilin sonunda yaradılmış İspaniya sağ muxtariyyət

hüquqları konfederasiyasının (SEDA) 3 nümayəndəsi 1934-cü ilin oktyabrın 4-də hökumətin tərkibinə daxil oldu. Burjua millətçiləri Kataloniyanı müstəqil burjua respublikası elan etdilər. Asturiyada fəhlələr hakimiyyəti ələ aldılar. Onda irticaçı general Fransisko Franko Mərakeşdəki qoşunu buraya gətirdi və üsyanı yatırtdı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin