İspaniya respublikasının məğlubiyyət səbəbləri
Respublikanın məğlubiyyətinin əsas səbəbi ilk növbədə faşist dövlətlərin müdaxiləsi oldu. Frankonun ordusunda 200 min italyan, alman, 100 min mərakeşli, on minlərlə portuqaliyalı, macar, fin, İrlandiya faşistləri iştirak edirdilər. Digər səbəb isə Fransa, İngiltərə, ABŞ kimi böyük dövlətlərin
«qarışmamaq» siyasəti idi. Məğlubiyyətin həmçinin bir çox daxili xarakterli səbəbləri də var idi: burjua-respublikaçıların liderləri ölkənin sosial və siyasi yeniləşməsinin əleyhinə idilər və qiyamçılarla kompromis axtarırdılar; onlar inqilabçı xalqdan qorxurdular; sosialist partiyası dəqiq mübarizə proqramı irəli sürmədi; partiyadixili mübarizə kəskinləşdi, anarxistlər müharibənin sonuna qədər özlərinin «libertar» eksperimentini həyata keçirmək istədilər və məğlub oldular.
Müharibə İspaniyaya hədsiz itki gətirdi. Ölkə bir milyon adam itirdi ki, onların çoxu gənc idi.
Dostları ilə paylaş: |