İspaniya Franko hakimiyyətinin ilk dövrlərində
Franko hakimiyyətə gəldikdən sonra bütün partiyaların fəaliyyətini qadağan etdi. Ancaq "İspaniya falanqası" partiyası qaldı. Sosial qanunvericilik ləğv edildi. O, Əlində hədsiz ha- kimiyyət toplayaraq özünün faşist rejimini qurdu ki, onun əsas dayağı maliyyə oliqarxiyası, mülkədarlar, ali ruhanilər və irticaçı hərbi dairələr idi. Franko hökumətin xarici siyasətinin əsas məqsədinin ispan xalqının mənafelərinin qorunmasına və İspaniyanın Avropada itirilmiş nüfuzunun bərpa edilməsinə
yönəldiyini bəyan etdi. 1939-cu ilin mart ayında İspaniya Portuqaliya və Almaniya ilə dostluq müqavilələri bağladı.
1939-cu ilin aprel ayında İspaniya "Antikomintern" pak- tına qoşuldu. İkinci dünya müharibəsi başlanarkən 1939-cu ildə İspaniya özünü bitərəf, 1940-cı il iyununda isə döyüşməyən dövlət elan etdi. 1943-cü ilin oktyabr ayında İspaniya döyüş- məyən dövlət statusundan yenidən bitərəf dövlət statusuna keçdiyini bəyan etdi. Onun Almaniya tərəfində döyüşlərə göndərdiyi 20 min nəfərlik "Mavi diviziya" adlı ispan könüllü dəstələri geri çağrıldı. Müharibə illərində İspaniya Böyük Britaniya və ABŞ-la münasibətləri inkişaf etdirməyə diqqət yetirsə də, lakin bu arzu edilən səviyyədə alınmadı.
Dostları ilə paylaş: |