Avstriya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində
Yeni təşkil edilmiş Avstriya dövləti iqtisadi cəhətdən çə- tinlik keçirirdi. Sen-Jermen sülh müqaviləsinə görə Avstriyanın tərkibində 6,4 milyon əhalisi olan ərazi qalmışdı. Avstriyada sənaye fəhlələrinin sayı milyon yarıma çatırdı.
52 milyon əhalisi olan Habsburqlar monarxiyasını idarə etmək üçün yaradılmış idarə heyətlərini işlə təmin etmək im- periya dağıldıqdan sonra çətin idi. Buna görə də Avstriyada böyük bir qrup insan işsiz qaldı. Avstriya sənayesi bir çox xammal növlərindən məhrum oldu. İmperiya dağıldıqdan sonra fabrik-zavodların çoxu fəaliyyətdən qaldı. Avstriya burjuaziya- sı və iri torpaq sahibləri xaricdən borc almağı qərara aldı. 1922- ci ildən 1929-cu ilə qədər Avstriya xaricdən 650 milyon qızıl kron borc aldı.
Avstriyada fəhlələrin əksəriyyəti sosial-demokrat partiya- sının arxasınca gedirdi. 1924-cü ildə bu partiyanın 555 min üzvü var idi. Sosial demokratların rəhbərlik etdikləri həmkarlar ittifaqları bir milyondan artıq fəhlə və qulluqçunu öz sıralarında birləşdirirdi. Otto Bauer və başqaları fəhlələrə sosializm uğ- runda mübarizədə ancaq seçkilərə ümid bəsləməyi təbliğ edirdi. 1927-ci il seçkilərində Avstriya Sosial-demokrat partiyası 42% səs topladı. Sosial demokratlar uzun müddət Vyana bələdiyyə idarəsini öz əllərində saxladılar. Avstriya SDP sosializm qur- mağa başladığını qeyd etsə də, onların həyata keçirdiyi tədbirlər kapitalizmin əsaslarına toxunmurdu. Avtsriya burjua mürtəce dairələri faşist terrorçu metoduna keçdiklərinə görə 1923-cü ildə sosial-demokrat partiyası özü hərbiləşdirilmiş təşkilatını yaratdı. Təşkilat Ştusbund (Müdafəi ittifaqı) adlan- dırıldı. Onun 100 minə yaxın üzvü var idi. 1927-ci il yanvarın 30-da faşist qrupları Kiçik Ştattekdorf əyalət şəhərində fəhlə
nümayişinə atəş açdılar. Faşist terroruna qarşı Avstriyada kütləvi nümayiş başlandı. Öldürülən fəhlələrin dəfni zamanı Avstriyada bütün fəhlə sinfi 15 dəqiqə işi dayandırdı.
1927-ci ilin iyulun 14-də burjua məhkəməsi Ştattekdorf- dakı qırğına haqq qazandırdı. Buna etiraz əlaməti olaraq kütləvi fəhlə tətilləri başlandı. 20 gün ərzində tətillər dayanmadı. Hökumət tətilləri qəddarcasına yatırtdı. 1929-cu ildə hakimiy- yətə fəhlələrin iyul nümayişinə divan tutmuş Şober keçdi. O, konstitusiyanı yenidən faşizm ruhunda tərtib etdirdi.
Dünya iqtisadi böhranı Avstriyanın sosial-siyasi və iqti- sadi həyatına ciddi təsir etdi. 1929-cu ilin oktyabrında böyük- lüyünə görə Vyananın ikinci bankı olan "Bodenkredit ştabı" iflasa uğradı. Ölkənin maliyyə sistemi pozuldu. İqtisadi böhran Avstriya sənayesində mərkəzləşməni və təmərküzləşməni güc- ləndirdi. İşsizlərin sayı artdı. Vergilər çoxaldıldı. Mənzil haqları artırıldı. Şober hökuməti 1930-cu il sentyabrın 5-də istefaya getdi. Voquci kansler oldu. Lakin 1930-cu il noyabrın 29-da o da istefaya getdi. 1930-cu il noyabrın 9-da keçirilən seçkilərdən sonra Xristian sosialist partiyasının nümayəndəsi Otto Ender ölkə kansleri oldu. Hökumətin Avstriya-Almaniya gömrük ittifaqının yaradılması haqqında qərarı beynəlxalq təzyiqlərə səbəb oldu. Ender hökuməti də 1931-ci il iyunun 20- də istefa verdi. Yeni hökuməti Karl Bureş yaratdı. O, iqtisadi böhranın qarşısını almaqda aciz qaldı. Avstriyaya kreditlər verilməsi məsələsi böyük dövlətlər tərəfindən istənilən qaydada həll olunmadığı üçün qalmaqal yarandığından Bureş hökuməti 1932-ci il may ayının 13-də istefaya getdi.
Sosial-demokratların apardığı islahatçılıq təbliğatı nəticə- sində pərən-pərən düşmüş fəhlə sinfi faşizmin yolunu kəsə bilmədi. 1932-ci ilin mayında Xristian-sosialişlər partiyasının sağ qanadının lidrei Dolfusun hökuməti hakimiyyətə keçdi. O, 1933-cü ildə dövlət çevrilişi edib, parlamenti buraxdı. Demokratik azadlıqları ləğv etdi. Sosial-demokratların
ştusbundu buraxıldı. AKP qadağan edildi. Dolfus arxalandığı partiyaları – Xristian sosialistlər partiyasını, Katolik təşkilatını, Heynveri "Vahid vətən cəbhəsi" partiyası adı altında birləşdirdi. Bu partiya Dolfus hökumətinin dayağına çevrildi. Avstriyada fəhlələr faşistlərə qarşı silahlı mübarizəyə başla- dılar. Barrikadalar təşkil etdilər. Lakin ordu 1934-cü il fevral çıxışlarını qəddarcasına yatırtdı. 1200 nəfər öldü, 5000-ə yaxın yaralandı, 11 minə yaxın isə həbs edildi, yüzlərlə fəhlə Çexos- lovakiyaya keçib, oradan SSRİ-yə gəldilər.
Dostları ilə paylaş: |