Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


F.Ruzveltin inzibati idarəsinin xarici siyasəti



Yüklə 0,59 Mb.
səhifə51/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   156
avropa amerka tarıxı

F.Ruzveltin inzibati idarəsinin xarici siyasəti


F.Ruzveltin "Yeni xətt" siyasətinin mühüm tərkib hissələ- rindən birini də beynəlxalq münasibətlər sahəsi əhatə edirdi.

Beynəlxalq vəziyyət ABŞ-ın xarici siyasətində əsasən iki mühüm amili nəzərə almağı zəruri edirdi. Bu amillərdən biri 1929-1933-cü illər dünya iqtisadi böhranı, digəri isə faşist Almaniyası və millitarist Yaponiyasının fəallaşması nəticəsində yeni dünya müharibəsi təhlükəsinin artması idi. Əgər böhran dünya iqtisadi-ticarət əlaqələrini pozub, ABŞ-ı təcridçiliyə sü- rükləmişdirsə, dünya müharibəsi təhlükəsi isə, ümumi sülhün qorunması naminə beynəlxalq əməkdaşlığı zəruri edirdi. ABŞ- ın xarici siyasətində təcridçilik və beynəlmiləlçilik meylləri aydın şəkildə öz əksini tapmışdı. İqtisadi, sosial-siyasi, ideoloji sahədə ölkədə hökm sürən durğunluq xarici siyasətə də öz təsirini göstərməyə bilməzdi. Xarici siyasət böhranla müba- rizədə diqqətdən kənarda qala bilməzdi. ABŞ-ın xarici siyasəti XX əsrin 30-cu illərində də ənənəvi əsaslara söykənərək isti- qamətlənmişdi. Belə ki, Latın Amerikasına qarşı Monro, Asi- yaya qarşı "açıq qapılar" doktrinası, Avropaya münasibətdə isə təcridçilik əsas götürülürdü. Xüsusilə təcridçiliyə böyük diqqət yetirilirdi. Çünki bu qeyri-amerikan dünyasına amerikan dünyasının spesifik yanaşma prinsipi idi.

Ruzvelt real siyasətçi idi. Onun məşhur tezisində göstərilirdi ki, "daxili siyasətdə buraxılmış hər hansı səhv ancaq

o ölkənin fəlakətinə, xarici siyasətdəki səhv isə bəşəriyyətin məhvinə səbəb ola bilər." Ruzvelt beynəlxalq məsələləri diqqətlə öyrəndikdən sonra ABŞ-ın xarici siyasət strategiyasını aşağıdakı istiqamətlərdə davam etdirməyi lazım bildi.

Ruzvelt belə hesab edirdi ki, ABŞ-ın 1933-cü ilə qədər SSRİ-ni tanımaması onu dünya xəritəsində ağ ləkə şəklində göstərməsi və “qırmızıların təhlükəsi”nə qarşı açıq mübarizə aparması səhv olmuşdu. Çünki SSRİ dünyanın böyük dövlətlə- rindən biri idi. Həmçinin SSRİ kimi geniş daxili bazara malik olan bir ölkə ilə münasibətə girməmək ABŞ iqtisadiyyatı üçün faydalı deyildi. Bunlar nəzərə alınaraq 1933-cü ilin yazında SSRİ ilə diplomatik münasibətlər yaratmaq üçün danışıqlar başlandı. Danışıqlarda ABŞ-nın dövlət katibi Xell, SSRİ-nin xarici işlər naziri Litvinov böyük rol oynadı. 1933-cü ilin noyabr ayının 16-da SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yarandı. Məhz ABŞ-n Millətlər cəmiyyətində səyi nəticəsində 1934-cü ildə SSRİ də bu cəmiyyətə daxil oldu. 1935-1937-ci illər ərzində SSRİ ilə ABŞ arasında iki ticarət sazişi bağlandı və mal mübadiləsi genişləndi.

ABŞ-ın xarici siyasətinin ikinci mühüm istiqaməti Avropa ölkələri idi. ABŞ Corc Vaşinqtonun vəsiyyətini nəzərə alaraq Avropaya daha az nüfuz etmək siyasəti yeritməyə başladı. ABŞ bu dövrdə bildirdi ki, o, milli iqtisadiyyatını inkişaf etdirməyə daha çox diqqət yetirir. 1933-cü ilin avqustunda iqtisadi məsələləri həll etmək üçün Londonda çağırılmış konfransda Ruzveltin nümayəndəsi bildirdi ki, ABŞ Avropaya kredit və istiqraz verməkdən imtina edir.

1935-ci ilin avqustunda ABŞ konqresi "Bitərəflik haqqında" qanun qəbul etdi. Həmin qanuna görə ABŞ müharibə edən tərəflərdən heç birinə silah və ərzaq satmamalı idi. Qanunda həm təcavüzkar, həm də təcavüz olunan ölkə eyniləşdirilirdi. Ona görə də, ABŞ İspaniya Respublikasına və İtaliyanın təcavüzünə məruz qalan Efiopiyaya kömək etmədi.

«Bitərəflik haqqında» qanun 1939-cu ilə qədər qüvvədə qaldı. 1939-cu ilin sentyabrın 1-də İkinci dünya müharibəsi başlayandan sonra, ABŞ həmin qanunda dəyişiklik etmək qərarına gəldi. ABŞ 1939-cu ilin sentyabrın sonunda Almaniya ilə müharibə edən dövlətlərə silah, ərzaq satmağa razı oldu. Lakin bu mallar nəqd pulla alınmalı və həmin dövlətlərin öz gəmilərində aparılmalı idi. 1941-ci ilin martında isə ABŞ konqresi Lend-liz qanununu qəbul etdi. Qanuna görə Almaniya ilə müharibə edən dövlətlərə borc, kredit və kirayə vermək nəzərdə tutulurdu. Həmin qanun ABŞ tarixinə «elan edilməmiş müharibə» kimi daxil oldu.

ABŞ-nın xarici siyasətinin üçüncü istiqaməti Asiya idi. Asiyaya qarşı ABŞ hələ vaxtilə irəli sürülmüş "açıq qapılar" doktrinasının tərəfdarı idi. Əslində bu ABŞ-nın mövqeyinin Çində, Uzaq Şərqdə və Sakit okeanda möhkəmləndirilməsini nəzərdə tuturdu. Uzaq Şərqdə ABŞ çox ciddi diplomatik problemlərlə toqquşdu. Amerika-yapon ziddiyyətləri qaçılmaz fakt idi. Mancuriyanın Yaponiya tərəfindən işğalından sonra bu münasibətlər daha da kəskinləşdi. Siyasi-diplomatik rəqabətdə ABŞ 1921-1922-ci ildə Vaşinqton konfransında bağlanmış sazişdən istifadə etdi. 1928-ci ildə bağlanmış pakt da ABŞ-a imkan verdi ki, Yaponiyanı günahlandırsın. ABŞ-nın Uzaq Şərqdə Yaponiyaya qarşı siyasətinin əslində əsas məqsədi Yaponiya ilə münaqişədən uzaqlaşmaq idi. ABŞ Avropada vəziyyətin gərginləşməsindən də Yaponiya ilə kompromisə gəlmək üçün istifadə etmək istədi. Bu dövrdə Yaponiya ABŞ- dan vacib hərbi-strateji materialların, demək olar ki, yarısını alırdı. ABŞ çalışırdı ki, SSRİ ilə Yaponiya toqquşsun, özü isə kənarda qalsın. Lakin gözlədiyinin əksi oldu.

Ruzveltin dövründə xarici siyasətin dördüncü istiqaməti Latın Amerikası idi. Latın Amerikasına qarşı aparılan əvvəlki siyasətlər Latın Amerikası xalqlarının ABŞ-a qarşı nifrətinə səbəb olmuşdu. Hələ 1904-cü ildə prezident Teodor Ruzvelt

Panama kanalının çəkilişi ilə əlaqədar göstərirdi ki, bu məsələ ABŞ-ın milli mənafeyinə (siyasətdə milli mənafe terminini ilk dəfə T.Ruzvelt işlətmişdir) uyğundur və ABŞ-ın bütün Amerika dövlətlərinin daxili işlərinə qarışmağa ixtiyarı vardır. 1904-cü ildə ABŞ konqresi bu barədə qanun da qəbul etdi. Bu dövrdə Latın Amerikası ölkələrində aprizm adlı cərəyan hökm sürürdü. Onun mahiyyətini -"Amerika hindular üçündür" şüarı təşkil edirdi. Ruzvelt Latın Amerikası ölkələrinə münasibətdə ilk növbədə onların etibarını qazanmağı qarşısına məqsəd qoydu. 1904-cü il qanunu ləğv edildi. ABŞ silahlı qüvvələri Nikaraqua və Haitidən çıxarıldı. Latın Amerikası ölkələrinə qarşı Ruzvelt "mehriban qonşu" siyasəti yeritdi. Bu qonşuluğun arxasında Latın Amerikasına italyan, yapon, alman, ingilis kapitalının axınının qarşısını almaq məqsədi gizlənmişdi. Ruzvelt ABŞ prezidenti Monronun 1823-cü ildə irəli sürdüyü "Amerika- amerikanlar üçündür" doktrinasını dirçəltmək istəyirdi. O, Amerika dövlətləri arası sistem yaratmağa çalışırdı. Bunun üçün Ruzvelt Latın Amerikası ölkələrinin ABŞ-la birlikdə 1933-cü ildə Montevedioda, 1936-cı ildə Buenos-Ayresdə, 1937-ci ildə Limada beynəlxalq konfranslarının çağırılmasına nail oldu. Həmin konfranslarda Latın Amerikası ölkələri ilə ABŞ arasındakı münasibətlərin bərabər hüquqlar səviyyəsində qurulması nəzərdə tutulurdu.

30-cu illərin ikinci yarısında ABŞ-ın xarici siyasətinə münasibətdə ölkənin özündə iki istiqamət vardı. Bu istiqamət- lərdən biri Huverin, Mellonun başçılıq etdiyi «təcridçilik» isti- qaməti idi. Onlar belə hesab edirdilər ki, Avropa ilə heç bir əlaqə saxlamaq lazım deyil, xüsusilə İngiltərədən uzaqlaşmaq lazımdır. ABŞ-a İngiltərə lazım deyil. ABŞ öz milli iqtisadiy- yatını özü yaratmalı, Almaniya və Yaponiya ilə əlaqələrin inkişafına daha çox səy etməlidir.

İkinci istiqamət Ruzvelt və Xellin başçılıq etdiyi «bey- nəlmiləlçilik» idi. Onlar göstərirdilər ki, dünyanı faşizm təhlü-

kəsi bürüyüb. Almaniya İngiltərəni öz tərəfinə çəkmək istəyir. Dünya ölkələrinin yarısı İngiltərənin tərəfindədir. Ona görə də bu dünyada yaşayıb, dünyadan kənarda qalmaq olmaz. İngiltərə ilə əlaqələri inkişaf etdirmək vacibdir.

ABŞ 1941-ci ilin dekabrına qədər müharibədə iştirak et- məsə də, getdikcə Böyük Britaniyaya hərbi-iqtisadi yardımını artırdı. Avropada qəribə müharibə başa çatdığından Ruzveltin irəli sürdüyü «Milli müdafiə proqramı»na əsasən konqres hərbi xərclərin 17.7 mlrd dollara, ordunun sayının isə 280 min nəfərdən 1 milyon 200 min nəfərə çatdırmaq haqqında qərar qəbul etdi. “Bitərəflik haqqında” qanunun bürün maddələrindən 1941-ci ilin dekabrına kimi imtina edildi. 1941-ci ilin dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etməklə İkinci dünya müharibəsinə girmiş oldu. Çünki ilk növbədə ABŞ-ın milli mənafeyi, onun daxili və beynəlxalq vəziyyəti bunu tələb edirdi.

Dünya hadisələrinin gedişi Ruzveltin haqlı olduğunu göstərdi Ruzveltin real siyasət aparması, gözəl təşkilatçılıq ba- carığı, möhkəm siyasi iradəsi, praktik adam olması onun XX əsrin Eynşteyndən sonra İkinci adamı kimi tanınmasına səbəb oldu.



  1. Yüklə 0,59 Mb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin