Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Franklin Ruzveltin "Yeni xətt"i



Yüklə 0,59 Mb.
səhifə49/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   156
avropa amerka tarıxı

Franklin Ruzveltin "Yeni xətt"i


İqtisadi sahədə həyata keçirilən islahatlar

1932-ci ilin noyabrında, prezident seçkilərində respubli- kaçılar yenidən Huverin namizədliyini irəli sürmələrinə baxma- yaraq, o, müvəffəqiyyət qazanmadı. Demokratlar partiyası seç- kilərdə qalib gəldi. Onun lideri Franklin Ruzvelt 22810 min səs toplayaraq prezident seçildi. Amerika mətbuatı bunu "güclü- lərin qələbəsi" kimi qiymətləndirdi. F.Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913-1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928-1930-cu illərdə o, Nyu- York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-ın 32-ci prezidenti oldu. Ruzvelt hakimiyyətə gələnə kimi prezident seçilmiş şəxs ancaq bir ildən sonra prezident kürsüsünə əyləşə bilərdi. Ruzvelt konstitusiyaya edilmiş 20-ci əlavə ilə bunu təxirə saldı. Bu əlavəyə görə prezident seçilmiş adam növbəti ilin yanvar ayının 20-də prezident kürsüsünə əyləşə bilərdi. Ruzvelt 1933-cü ilin mart ayının 4-də prezident kimi fəaliyyətə başladı. Həmin gün ABŞ konqresi də fəaliyyətə başladı və 73 gün davam etdi ki, bu ABŞ tarixində «uzunmüddətli konqres» kimi qaldı.

Ruzvelt hakimiyyətdə olduğu ilk 100 gün ərzində 70- dən çox qanun qəbul etdi. Bu Ruzveltin "Yeni xətti" adlan-

dırıldı və prezidentin "100 günü" ifadəsi də buradan yarandı. "Yeni xətt"in ideya müəllifi ingilis iqtisadçısı Con Keyns Mey- nard idi. Lakin bu ifadə Ruzveltin 1932-ci il iyulun 2-də demokratlar partiyasının iclasında onun namizədliyi irəli sü- rülərkən etdiyi məruzəsindən götürülmüşdü.

Ruzvelt konsepsiyası Huver konsepsiyasından böhran- dan çıxmağın həllinə münasibətdə aşağıdakı cəhətlərlə fərq- lənirdi. Birincisi, "Yeni xətt"in yaradıcısı bunu beynəlxalq sə- bəblərlə yox, ölkə daxilindəki sosial-iqtisadi səbəblərə bağlayır və vacib hesab edirdi ki, ABŞ-ın sosial-iqtisadi institut strukturunda bəzi islahatlar keçirilməlidir. İkincisi, o, bu vaxta qədər ABŞ-da hökm sürən "fərdiyyətçilik" prinsiplərindən daha cəsarətlə yan keçərək federal hökumətin funksiyalarını geniş- ləndirmək prinsipinə üz tuturdu. Üçüncüsü, əgər Huver kütləvi etirazlara qarşı qulağını bağlayırdısa, F.Ruzvelt Amerika xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib bilirdi.

Ruzvelt bildirdi ki, bizim qorxmalı olduğumuz bir şey varsa, o da qorxunun özüdür. Ruzvelt prezident seçildiyi ilk dövrdə ölkədəki vəziyyəti, beynəlxalq şəraiti və Amerika xalqı- nın əhval-ruhiyyəsini diqqətlə öyrəndi. Huverdən fərqli olaraq o, aşağı kütlələri öz tərəfinə cəlb etməyi lazım bildi. O, gös- tərirdi ki, ABŞ-da «unudulmuş» adamlar üçün yaxşı şərait təmin edilməlidir. O, həmçinin Huverdən fərqli olaraq "milli birlik" yaratmaq məsələsini ön plana çəkdi. O, ölkənin "qızıl fondu" olan elm adamlarından ibarət «beyinlər tresti» yaratmağı lazım bilirdi. Ruzvelt filosofları, iqtisadçıları, tarixçiləri bu işə cəlb etdi. Bundan sonra islahatlar keçirməyə başladı. İslahatlarda 2 cəhət özünü göstərirdi. Bunlardan biri dərin maliyyə sistemi yaratmaq, ikincisi isə «unudulmuş» adamları razı salmaq. "Yeni xətt" adlanan bu siyasətin mahiyyəti dövlətin iqtisadiyyata fəal müdaxiləsini təmin etmək idi. Qeyd etmək lazımdır ki, bu fikri ondan qabaq elektrik inhisarının prezidenti Svoys irəli sürmüşdü. O, göstərirdi ki,

belə çətin dövrdə dövlət mütləq iqtisadiyyata müdaxilə etməlidir.

İslahatlara Ruzvelt banklardan başladı. Bankların böh- ranı Ruzveltin qətiyyətli olduğunu və novatorçuluq qabiliyyətini dərhal aşkara çıxartdı. Ruzvelt göstəriş verdi ki, martın 9-da ölkədəki bütün banklar fəaliyyətini dayandırsın. Məqsəd hökumətin banklar sisteminə nəzarətini təmin etmək idi. Martın 13-dən əvvəl ölkənin 12 şəhərində, sonra 250 şəhərində sağlamlaşdırılmış banklar fəaliyyətə başladı. Böhrandan əvvəl ölkədə 20 mindən artıq bank var idisə, indi onların sayı 5200 idi. Ruzvelt göstərirdi ki, bankın depozit, investisiya funksiyası olmalıdır. O, göstərirdi ki, 45 milyard dollara qədər banka vəsait qoyula bilər. İkinci tədbir dolların qızıl standartının qadağan edilməsi idi. Kağız pul qızıl pulla dəyişdirilə bilməzdi. Qızılın alınıb-satılması qadağan edilirdi. Qızıl dövlət fondunda saxlanılmağa başladı. Merkantilizm siyasətinə uyğun olaraq ixrac artdı, idxal azaldı. Vətən sənayesi məhsullarının xaricə aparılması ölkəyə valyuta gətirilməsini təmin etdi.

Ruzvelt sənayeni nizama salmaq üçün 1933-cü ilin iyun ayında Consonun başçılığı altında Sənayenin Milli İnzibati İdarəsi adlı orqan yaratdı. Həmin milli idarənin qarşısına qoyulan başlıca məqsəd məhsulun həcmini, xammal mənbələrini və satış bazarlarını düzgün müəyyənləşdirmək idi. Bunun üçün sənaye sahələri 17 qrupa bölündü. «Vicdanlı rəqabət» adlı ticarət qaydaları işlənib hazırlandı. Bu qaydalara 557 əsas, 189 əlavə maddə salındı. Nəzərdə tutulurdu ki, dövlət tərəfindən müəyyən edilmiş həmin komissiyanın hazırladığı kodeks üzrə sənaye planlı şəkildə inkişaf etdirilsin. Həmin hadisədən sonra Ruzvelti "sosializm qurmaqda" təqsirləndirdilər. 7a bəndinə əsasən həmkarlar ittifaqına hüquq verilirdi ki, fəhlə sinfinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasında başlıca rol oynasın.

Ruzvelt fermerləri də yaddan çıxarmadı. İri fermerlərə məsləhət gördü ki, əkin sahələrini azaltsınlar, həmçinin mal- qaranı qırsınlar. 1933-cü ildə 10 milyon hektara qədər əkin sa- həsi, 23 milyon baş mal-qara, 7 milyon donuz qırıldı. Bu işi gö- rən fermerlərə mükafatlar müəyyən edildi. 1933-cü ilin ma- yında Kənd Təsərrüfatı Milli İnzibati İdarəsi təşkil edildi. İda- rənin rəhbəri kənd təsərrüfatı naziri vəzifəsini tutan Uolles oldu. Ruzvelt fermerlərin vəziyyətini yaxşılaşdırmağı başlıca vəzifə hesab edirdi. Ona görə fermerlərin yenidən fəaliyyətə başlaması və onlara kredit verilməsi məsələsi dövlət qayğısına çevrildi. Kənd təsərrüfatı islahatları 3 mərhələdə 1933-1936-cı ildə, 1936-1938-ci ildə və 1938-ci ildən sonra həyata keçirildi.

İstər kənd təsərrüfatında, istərsə də sənayedə səhmləri vahid planlı şəklə salmaq üçün birjalar fəaliyyət göstərməyə başladı. Bu birjalar dövlət tərəfindən nəzarətə alındı. Qeyd etmək lazımdır ki, səhmlərin qeyri-dövlət səhmdar cəmiyyətlərdən alınıb-satılması qadağan edildi.

"Yeni xətt" siyasəti tezliklə həm daxildə, həm də xaricdə böyük əks-sədaya səbəb oldu. Ruzvelti kapitalizmin ümumi qayda-qanunlarına zidd hərəkət etməkdə təqsirləndirirdilər. Əslində isə Ruzvelt burjua cəmiyyətini möhkəmləndirməyi qarşısına məqsəd qoymuşdu.

1935-ci ildə ABŞ Ali məhkəməsi Ruzveltin sənaye sahəsində həyata keçirdiyi tədbirləri konstitusiyadan kənar hesab etdi. 1936-cı ilin yanvarında yenə də ABŞ Ali məhkəməsi onun kənd təsərrüfatı sahəsində gördüyü tədbirləri qanundan kənar hesab etdi. Bütün bunlara baxmayaraq Ruzvelt ölkədə milli birliyə nail oldu.

İqtisadiyyatda baş vermiş böhran 1933-cü ilin sonlarında durğunluq, 1933-1936-cı illərdə isə yüksəlişlə əvəz olundu. Ruzveltin milli iqtisadiyyatı dirçəltmək siyasəti öz bəhrəsini verdi.

Ruzveltin həyata keçirdiyi islahatlar üçün məşhur iqtisadçı Keynsin kəsirsiz büdcəyə nail olmaq siyasəti rəhbər tutulur və iqtisadiyyatın sağlam inkişafı üçün başlıca stimul hesab edilirdi. Ruzveltin gördüyü bütün bu tədbirlər ona xalq içərisində böyük rəğbət qazandırdı. O, millətin xilaskarı kimi tanındı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin