Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Macarıstan dünya iqtisadi böhranı dövründə və İikinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə59/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   156
avropa amerka tarıxı

Macarıstan dünya iqtisadi böhranı dövründə və İikinci dünya müharibəsi ərəfəsində

1929-1933-cü illər dünya iqtisadi böhranı Macarıstan iqtisadiyyatına ağır təsir göstərdi. Sənaye istehsalı 1929-cu ilə nisbətən 23,1 % aşağı düşdü. 1930-1932-ci illərdə taxıl yığımı 5,5 milyon sentner azaldı. Vergilər artırıldı. Demokratik təşkilatlar dağıdıldı. İttifaq, tətil hüquqları, 8 saatlıq iş günü ləğv edildi. 1927-ci ildə Millətlər Cəmiyyətinin beynəlxalq bürosu 21 ölkədə fəhlələrin vəziyyətini yoxladı. Yaşayışlarının pis olması etibarı ilə Macarıstan birinci yer tutdu. Ölkədə vərəm və s. yoluxucu xəstəliklər, ölüm hadisələri olduqca çoxaldı. Uşaqların vaxtından əvvəl ölməsinə görə də Macarıstan bütün Avropada birinci yerdə idi.

İqtisadi böhran daxili vəziyyəti də kəskinləşdirdi. Ölkədə kütləvi narazılıq artdı. Ölkədə işsizlərin sayı 800 minə yaxın idi. 1931-ci ilin avqustunda keçirilən parlament seçkilərində

Birlik partiyası uğur qazanmadı, qraf Betlen istefa verdi. Xorti 1932-ci ilin oktyabrında Birlik partiyasının sağ qanadının rəhbərlərindən olan Kömböşi hökumətə başçı təyin etdi. Bu hökumət demokratiyanı daha da məhdudlaşdırdı. Xarici siya- sətdə "Macar millətini canlandırmaq» şüarını irəli sürdü. 1938- ci ilin mayında hökumətin sədri B.İmredi oldu. Yeni nazir faşist dövlətlərilə əlaqəni genişləndirdi. Faşist partiyası kimi 1935-ci ildə yaranan Milli iradə partiyası fəaliyyətini canlan- dırdı. 1938-ci ilin noyabrında Vyana arbitrajının qərarına əsa- sən Slovakiyanın cənubu və Zakarpat Ukraynasının qərb hissəsi Macarıstana verildi.

Faşistlər zəhmətkeş kütlələr üzərində istismar təzyiqini artırmaq yolu ilə iqtisadi böhrandan çıxmaq istədilər. Maliyyə çətinliyini düzəltmək üçün çoxlu miqdarda kağız pul kəsildi. Xorti hökuməti beynəlxalq aləmdə bu rüsvayçılıqdan İngiltərə və İtaliya diplomatiyasının yardımı ilə yaxa qurtara bildi. Macarıstan İngiltərə, ABŞ, İtaliyadan çoxlu miqdarda borc aldı. Bunun nəticəsində ölkədə iqtisadiyyat getdikcə xaricilərin təsiri altına düşdü. İkinci dünya müharibəsi ərəfəsində sənayedəki əsas kapitalın 40%-i xarici inhisarlara məxsus idi. Xarici ticarətdə Almaniyanın payı 1933-cü ildə 11%, 1939-cu ildə isə 50% oldu.

1939-cu ilin fevralında hökumətin başçısı qraf Pol Teleki təyin edildi. Bu hökumət iki imperialist qrupu arasında manevr etməyə çalışırdı. Lakin 1939-cu ilin martında Çexoslovakiyanın işğalından sonra qəti olaraq nasist Almaniyası və faşist İtaliyası tərəfinə keçdi. 1939-cu ilin martında Hitlerin razılığı ilə Macarıstan Zakarpat Ukraynasını işğal etdi.

Macarıstan 1939-cu ildə «Antikomintern» və 1940-cı ildə isə Berlin paktlarına qoşuldu.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin