Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


-cü il hərbi-faşist çevrilişi



Yüklə 0,59 Mb.
səhifə67/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   156
avropa amerka tarıxı

1923-cü il hərbi-faşist çevrilişi

1920-ci ildə Sankov "xalq sazişi" adlı faşist partiyası təşkil etdi. Bu zaman burjuaziya xalq içərisində dayağa malik olmadığı üçün o, hərbi qüvvələrə və Sovet Rusiyasından qaçmış 30 min nəfərdən artıq ağqvardiyaçılara istinad edərək hökuməti dəyişdirməyə çalışdı. Stambuleyski hökumətinin kommunistlərə qarşı apardığı mübarizədən xalq kütlələrinin narazı olmasını hiss edən iri burjua dairlərəi çıxış üçün bu şəraiti əlverişli hesab etdilər. Faşistlərin başçısı Sankov Vrangel qoşunlarının qalıqlarına və öz silahlı dəstələrinə arxalanaraq 1923-cü il iyunun 9-da qiyam qaldırdı. Qiyam zamanı Stambuleyski də daxil olmaqla hökumət üzvlərinin bir neçəsi öldürüldü, qalanları isə həbs edildi. Həmin gün Bolqarıstanda faşist hökuməti təşkil edildi. Faşistlər fəhlə və kəndlilərin fəal xadimlərini təqib etməyə başladılar. "Əkinçilər ittifaqı" partiyası qadağan etdikdən sonra faşist hökuməti silahı kommunist partiyasına qarşı çevirdi.

Sankov hökuməti həmkarlar ittifaqları, gənclər təşkilatlarına qarşı da hücuma keçdi. Müsadirə edilmiş binalar

öz sahiblərinə qaytarıldı. Ölkədə hərbi vəziyyət elan edildi. Sankov hökumətinin geniş terrorçu tədbirlərinə baxmayaraq, müəyyən sənaye mərkəzlərində tətillər başlandı. Hökumət bu tətilləri silah gücü ilə yatırtdı. Sankov hökuməti iri burjuaziyanın və xarici imperialistlərin ölkə daxilində imtiyazlarını bərpa etdi. Stambuleyski hökumətinin keçirdiyi islahatlar (mütərəqqi vergi, iri binaların müsadirəsi və s.) ləğv edildi.

Fəhlə sinfi uzun müddət mübarizə prosesində əldə etdiyi nailiyyətlərdən məhrum oldu. BKP gizli işə keçməyə məcbur oldu. Faşist rejimi həmkarlar ittifaqlarını da ciddi bir surətdə təqib edirdi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin