Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Vahid Yuqoslaviya dövlətinin təşkili



Yüklə 0,59 Mb.
səhifə75/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   156
avropa amerka tarıxı

Vahid Yuqoslaviya dövlətinin təşkili


1918-ci il dekabrın 20-də Serbiya burjuaziyanın nüma- yəndəsi, radikallar partiyasının rəhbəri Protiçin başçılığı ilə birinci Yuqoslaviya hökuməti təşkil edildi. Bu hökumətin

tərkibinə əsasən Serbiya burjua partiyalarının nümayəndələri və sağ sosialistlər daxil oldular. Protiç hökumətinin təşkil edilməsi ilə Serbiya-xorvat-sloven dövlətinin başlanğıc forması başa çatdı. 1929-cu ildən bu dövlət Yuqoslaviya dövləti adlandı. Dövlətin tərkibinə Serbiya, Çernoqoriya, Makedoniyanın bir hissəsi, Dolmasiya, Bosniya, Hersoqovina, Sloveniya və Voyevodina daxil oldu. Bu dövlətin əhalisi 12 milyon nəfərdən ibarət idi. Serblər isə əhalinin 40%-dən azını təşkil edirdilər. Burjua Yuqoslaviyası xalqların bərabər hüquqlu federasiyası kimi təşkil edilməyib, Serbiyanın başçılığı ilə mərkəzləşmiş dövlət kimi təşkil edildi. Antanta dövlətləri bu hökuməti tezliklə tanıyaraq ona müəyyən sahələrdə yardım etməyə başladılar. Bu dövlətin iqtisadi vəziyyəti olduqca ağır idi. Fabrik-zavodların əksəriyyəti işləmədiyi üçün ölkədə çoxsaylı işsizlər ordusu var idi. İşsizlər hərəkatı və fəhlələrin tətilləri getdikcə genişlənirdi. Hakim dairələr ancaq cəza tədbirləri ilə bu hərəkatın öhdəsindən gələ bilmədilər. Hökumət məcbur oldu ki, xalqa müəyyən güzəştlər etsin, 8 saatlıq iş günü müəyyən edildi; həmkarlar ittifaqı və başqa təşkilatların yaranmasına icazə verildi. 1919-cu ilin fevral ayında aqrar islahatı keçirildi. İri malikanələr ləğv edilərək xırda-xırda sahələrə bölünüb satıldı. Bu islahatın xeyri qolçomaqlarla torpaq möhtəkirlərinə oldu. Kəndlilərin tam əksəriyyətini təşkil edən yoxsullar isə torpaq ala bilmədilər. Fəhlə, kəndli və qabaqcıl ziyalılar içərisində iqilabi əhval-ruhiyyə gücləndi. Monarxiya və burjuaziya ilə əməkdaşlıq edən sağlar hörmətdən düşdülər.

1919-cu ilin aprelində təşkil edilən Yuqoslaviya sosialist fəhlə partiyası, kommunistlər 1920-ci il bələdiyyə seçkiləri zamanı ciddi müvəffəqiyyət qazandı. Belqrad bələdiyyə idarəsi də daxil olmaqla kommunistlər deputat yerlərinin əksəriyyətinə malik oldu. Buna görə Protiç hökuməti həmin bələdiyyə ida- rələrini buraxaraq yenidən seçkilər apardı. Hökumətin bu öz- başınalığına qarşı Bosniya və Sloveniyada bir sıra tətillər oldu.

Tətilləri hökumət silah gücü ilə yatırdı. Ölkənin hakim dairə- lərində müəyyən hərc-mərclik əmələ gəldi. Bir neçə dəfə ka- binet dəyişildi. Yuqoslaviya hakim dairələri ölkənin milli mə- nafeyini İtaliya imperializminə sataraq 1920-ci il noyabr ayında Rapolloda bağlanan müqaviləyə əsasən Yuqoslaviyanın əyaləti olan Yuliyek-Kraynı və başqa əyalətləri İtaliyaya verdilər.

1920-ci il dekabrın 30-da hökumət xüsusi dekretlə KP-ın, həmkarlar təşkilatının fəaliyyətini qadağan etdi, bütün fəhlə mətbuatını bağladı, fəhlə təşkilatlarının əmlakını müsadirə etdi. Kommunistlərin kütləvi həbsi başladı. Kommunist deputatların toxunulmamazlığı prinsipinə riayət edilmədi. 1921-ci ilin yanvarında hökumət başına iri serb burjuasının nümayəndəsi Nukola Paşiç keçdi. Bu hökumət fəhlə-kəndli hakimiyyətinə qarşı daha qəddar rəftar edərək mərkəziyyəti gücləndirdi. 1921- ci ilin avqust ayında kommunistlərdən bir nəfərinin prins- qəyyuma qəsd etmək cəhdindən istifadə edərək Paşiç hökuməti məclisin "dövləti mühafizə qanunu" adlı dekret verməsinə nail oldu. Bu qanuna əsasən kommunist partiyası qəti olaraq qadağan edildi və onun üzvlərinə 20 il katorqa cəzası müəyyən edildi. Kommunist deputatların mandatı alındı. 1922-ci ildə leqal müstəqil fəhlə partiyası təşkil edildi.

1920-ci ildən Yuqoslaviya sənayesi nisbətən sürətlə inkişaf etdi. Ölkədə möhtəkirlik daha geniş miqyas aldı. Səhmdar cəmiyyətlərinin sayı getdikcə artdı. Bir sıra mədən- müəssisələr xaricilərə konsessiyalara verildi. Lakin bu inkişaf uzun sürmədi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin