Rumıniya İkinci dünya müharibəsi ərəfəsində
İkinci dünya müharibəsi ərəfində Rumıniya iqtisadiy- yatının xarakterik xüsusiyyətləri kapitalın və sənayenin təmərküzləşməsindən ibarət idi. 1938-ci ildə Rumıniyadakı 94 inhisar təşkilatları ölkə sənaye müəssisələrinin 50%-ni öz əl- lərində saxlayırdılar. müharibə ərəfində Rumıniya inhiisarçı kapitalının ABŞ və İngiltərə inhisarlarından asılı olması daha aydın bir surətdə özünü göstərirdi. Məsələn, neft, qaz və elektrik sənayesinin 95, metallurgiya sənayenin 74, şəkər isteh- salının 94%-i xarici kapitalistlərə məxsus idi. Ölkə iqtisadiyyatını öz əllərində saxlamaq məqsədi ilə xarici kapitalistlər Rumıniyada maşınqayırma sənayesinin və bir sıra
başqa sahələrin inkişafına yol vermirdilər. O zaman neft isteh- salının bütün avadanlığı xarici ölkələrdən gətirilməsi məhz bunun nəticəsi idi.
Rumıniyada hələ böhran dövründə bir sıra faşist təşki- latları öz fəaliyyətlərini gücləndirmişdir. Bunlardan «Dəmir qvardiya», «Mixail Arxangelin legionu» və başqalarını göstərmək olar. Ölkə daxilində iqtisadi böhranın əmələ gətirmiş olduğu çətinliklərdən istifadə edərək həmin təşkilatlar öz təbliğatını gücləndirməyə çalışırdılar. Bu təşkilatlar ölkə daxilində şovinizm təbliğatını genişləndirərək demokratiya əleyhinə mübarizə aparırdılar. Rumıniya hakim dairələri bu təşkilatların fəaliyyətinə göz yumurdular. İqtisadi böhran illərində baş vermiş çətinliklərdən və ictimai ziddiyyətlərin kəskinləşməsindən ağır vəziyyətə düşmüş milli saranistlər hökuməti 1932-ci ildə istefa verdi. Həmin ildə hakimiyyət başına yenə milli-liberallar keçdi. Bu hökumət də milli- saranistlər hökuməti kimi faşist təşkilatlarına yardım edib terror rejimini davam etdirdilər. Milli liberallar hökuməti demokratik təşkilatlar üzərinə təzyiqi daha da artırdı.
1934-cü ildə hökumət 34-ə qədər müxtəlif fəhlə təşkilatını kommunist təşkilatı adlandıraraq onların fəaliyyətini qadağan etdi. Tərəqqipərvər mətbuat da milli liberallar hö- kuməti tərəfindən ciddi bir surətdə təqib edilirdi. Parlamentin səlahiyyətləri getdikcə azalırdı.
SSRİ-yə qarşı müharibə hazırlığında fəal iştirak etməsinə baxmayaraq milli liberallar hökuməti zəhmətkeşlərin tələblərini nəzərə alaraq onların iradəsinə tabe olmağa məcbur oldu və 1934-cü ildə SSRİ ilə diplomatik əlaqə yaratdı.
1934-cü ilin əvvəllərindən 1937-ci ilə qədər hökumətə "gənc liberallar" nəslindən olan "Rumıniya kredit bankı"nın sədri Tataresku rəhbərlik etdi. Bu dövrdə ölkədə kralın hakimiyyəti xeyli gücləndi.
Burjua-mülkədar Rumıniyası Avropada imperialist dövlə- tlərinin başlıca antisovet bazalarından biri oldu.
Bu dövrdə "Dəmir qvardiya faşist təşkilatı" öz fəaliy- yətini xeyli canlandırdı. Rumıniya kralı II Karol 1938-ci ilin fevralında öz diktaturasını qurdu. Bütün hakimiyyət faktiki olaraq onun əlində cəmləşdi. Dövlət başçısı kimi o heç bir mə- suliyyət daşımır, nazirləri isə özü təyin edirdi. 1938-ci il kons- titusiyası krala qeyri-məhdud səlahiyyətlər verir, "rumın xal- qının birliyi" prinsipini irəli sürürdü. Bu konstitusiya ölkədə fa- şizmə meyl edən inhisarçı burjuaziya və iri mülkədarların ha- kimiyyətini qüvvətləndirirdi. Xarici siyasətdə II Karol diktaturası imperialist dövlətlər arasında manevr etməyə çalışırdı. Bununla belə o xarici siyasətində Almaniyaya daha çox meyl edirdi. Çexoslovakiyanın işğalı zamanı Rumıniya Berlinə bildirdi ki, o, sovet qoşunlarının Çexoslovakiyaya kömək üçün onun ərazisindən keçməsinə icazə verməyəcəkdir. Bunun müqabilində Almaniya Transilvaniya məsələsində Rumıniyanı müdafiə etdi. Çexoslovakiyanın müstəqilliyi ləğv edildikdən sonra Almaniya ilə Rumıniya arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlandı. Bu müqaviləyə əsasən alman inhisarçı kapitalına Rumıniyanın təbii sərvətlərindən istifadə etməkdə geniş imkanlar yaradıldı. Eyni zamanda Ru- mıniya İngiltərə və Fransa tərəfindən "müstəqillik təminatı"nı da qəbul etdi. Rumıniya hökuməti "iki stulda oyun" siyasəti ye- ridərək SSRİ-nin kollektiv təhlükəsizlik sistemi yaratmaq təkli- fini qəbul etmədi.
Dostları ilə paylaş: |