Rumıniya kapitalizmin nisbi sabitləşməsi illərində
1922-1923-cü illərdə fəhlə-kəndli hərəkatı zəiflədikdən sonra Rumıniyada kapitalizmin nisbi sabitləşməsi başlandı. Lakin bu sabitləşmə müvəqqəti və birtərəfli idi. Bu dövrdə də kənd təsərrüfatının səviyyəsi müharibədən qabaqkı səviyyədən aşağı idi. Taxıl ixracı 25%, mal-qaranın sayı 20% azalmışdı.
Bratianinin milli liberallar hökuməti bu sabitləşməni hər şeydən əvvəl, fəhlə-kəndlilərin istismar edilməsi yolu ilə həyata keçirməyə çalışırdı. Məsələn, 1916-cı ilə nisbətən 1929-cu ildə fəhlələrin əmək haqqı iki dəfə azaldı, iş günü 16 saata çat- dırıldı, cərimələr isə geniş bir surətdə tətbiq olundu. Müstəqim və qeyri-müstəqim vergilər getdikcə artırılırdı.
Kəndlilər öz gəlirinin 50%-ni müxtəlif vergilərə sərf edirdilər. Milli liberallar hökuməti azlıqda qalan millətlər üzə- rində təzyiqi artıraraq onların torpaqlarını və sənaye müəssi- sələrini müsadirə edib Rumıniya mülkədar və burjua dairələrinə verdi. Mülkədar-burjua hakimiyyətini möhkəmləndirmək üçün hakim dairələr başqa tədbirlərə də əl atdılar. 1923-cü ildə qəbul edilən konstitusiyaya əsasən ölkə konstitusiyalı monarxiya elan edildi. Konstitusiyada söz, mətbuat, yığıncaq azadlığı öz əksini tapmışdı. Qanunverici orqan iki palatalı (nümayəndələr palatsı və senat) parlamentdən ibarət idi. Kral iki dəfə veto hüququna malik oldu. Senatın əksər üzvlərini kral təyin edirdi. Konstitusiyanın təsdiqindən sonra da milli liberallar hökuməti zəhmətkeşlər və demokratik təşkilatlar üzərində təqibi davam etdirirdi. 1924-cü ildə RKP və gənclər təşkilatlarının fəaliyyti qadağan edildi.
Hökumətin təqibinə baxmayaraq, ölkədə fəhlə-kəndli hə- rəkatı yenə də davam edirdi.
Milli-liberallar hökumətindən sonra 1928-ci ilin no- yabrında hakimiyyətə milli-saranistlər (Bu partiya 1926-cı ildə Transilvaniyada milli partiyanın saranistlər (kəndlilər) partiyası ilə birləşməsindən əmələ gəlmişdir) partiyasının rəhbərli Maniu hökuməti gəldi. Sosial-demokrat partiyası da milli saranistləri müdafiə etdiyi üçün parlamentdə 9 yerə malik oldu. Milli- saranistlər hökuməti də özündən qabaqkı milli liberallar hökumətinin siyasətini davam etdirdi.
Dostları ilə paylaş: |