YUQOSLAVİYA Yuqoslaviya xalqlarının milli-azadlıq mübarizəsi
Balkan yarımadasının şimal-qərbində yerləşən slovyan xalqlarının ümumi mənafeyi, Avstriya-Macarıstan zülmkar- lığına qarşı mübarizə, İtaliyanın işğalçılıq təhdidi onları birləşməyə məcbur etdi. Birinci dünya müharibəsi illərində Habsburqlar monarxiyasının cənubi slovyan əyalətlərində, Avstriya-Macarıstanın işğal etdiyi Serbiya və Qaradağda bərabərlik və qardaşlığa əsaslanan vahid Serb-xorvat-sloven dövləti təşkil etmək ideyası əmələ gəldi. Mərkəz dövlətlərinin müharibədə məğlubiyyəti, Avstriya-Macarıstan imperiyasının dağılması həmin ideyaları həyata keçirmək üçün real şərait yaratdı. Bu birləşmə işini Serbiya irticaçı burjuaziyasının rəhbərləri öz əlinə aldı. Buna görə bu xalqlar qeyri-bərabər hüquqi əsaslarla birləşdirildi və bütün slovyan xalqları Serbiya burjuaziyasının zülmü altına düşdü.
Hələ müharibə illərində Nikola Paşiçin başçılıq etdiyi Serbiya hökuməti Avstriya-Macarıstanın cənubi-Slovyan xalq- larının Serbiya ilə birləşməsi haqqında layihə irəli sürdü. Bu layihə 1915-ci ildə Londonda təşkil edilmiş Xorvat –Sloven- Serbiya burjua nümayəndəliyi tərəfindən bəyənildi. 1917-ci il iyulun 20-də Serbiya hökuməti adından Nikola Paşiç, Yu- qoslaviya komitəsi adından isə Prombiç Korfu adasında qəbul etdikləri bəyannamədə Xorvatiya, Sloveniya və Serbiya əya- lətlərinin Avstriya-Macarıstan imperiyasından ayrılaraq Serbiyanın başçılığı ilə birləşliyini elan etdilər. Həmin bəyannamədə qeyd edilirdi ki, təşkil edilmiş bu yeni hökumətin başında Qarageorgieviçlər sülaləsi durmalı, hər üç xalq bərabər hüquqa malik olmalıdır. İsveçrədə Qaradağ mühacirləri tərəfindən təşkil edilmiş Qaradağ milli komitəsi də bu bəyannaməyə şərik oldu. Balkan yarımadasının şimal-qərb
slovyan torpaqlarının Avstriya-Macarıstanın zülmündən xilas olmasında başlıca rolu isə zəhmətkeş kütlələr oynadılar.
1918-ci il oktyabrın əvvəlində Zaqrebdə Sloven, Xorvat- Serbiyanın Milli şurası (Milli veçe də deyilir) təşkil edildi. Bu şuranın tərkibinə bütün burjua partiyalarının nümayəndələri, həmçinin Stepan Radiçin başçılıq etdiyi kəndli partiyasının nü- mayəndələri və sağ sosialistlər də daxil oldular. 1918-ci il okt- yabr ayında təşkil edilmiş bu şura hökumətin vəzifəsini icra edirdi. Milli şura 1918-ci il oktyabrın 29-da Çənubi Slovyan vilayətinin Avstriyadan ayrılaraq Serb, xorvat və slovenlərin müstəqil dövləti olduğunu elan etdi. Avstriya-alman işğalçıları Serbiya və Qaradağdan çəkilməyə məcbur oldular. 1918-ci ilin noyabrın əvvəllərində Belqrada Serbiya və Antanta qoşunları daxil oldular. Bu qoşunlarla bərabər Belqrada Serbiya hökuməti və şahzadə-qəyyum Aleksandr da daxil oldu. Bu zaman Zaqrebdə və bir sıra başqa şəhərlərdə fəhlə deputatları şuraları təşkil edildi.
1918-ci il noyabrın 4-də Milli şura Antanta və Serbiyadan qoşun hissələri göndərməyi xahiş edərək onların vasitəsi ilə ölkədə "qayda-qanun" yaratmağa başladı. 1918-ci il noyabrın 24-də Milli şura Serbiya ilə birləşmək təklifini irəli sürdü. Noyabrın 26-da Velikaya Skupşina (Böyük Məclis) Qaradağda qərara aldı ki, ölkədə Petroviçlər sülaləsi taxtdan salınsın, Qaradağ da Serb-xorvat-sloven dövləti tərkibinə daxil olsun. 1918-ci il dekabrın 1-də şahzadə-qəyyum Aleksandr elan etdi ki, Qarageorgiyeviçlər sülaləsi başda olmaqla Avstriya- Macarıstan imperiyası ərazisində olan Cənubi-Slovyan əyalətləri bir dövlət kimi birləşirlər.
Dostları ilə paylaş: |