Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Albaniya dünya iqtisadi böhranı illərində və İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə82/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   156
avropa amerka tarıxı

Albaniya dünya iqtisadi böhranı illərində və İkinci dünya müharibəsi ərəfəsində

İqtisadi böhran illərində Albaniyada ticarətin həcmi, öl- kəyə xarici kapital qoyuluşu azaldı, işsizlik artdı. Ölkədə fəhlə və kəndli çıxışları çoxaldı. 1933-cü ildə Kuçevada fəhlə tətilləri baş verdi. Kəndli hərəkatının təsiri nəticəsində 1930-cu ildə aqrar islahat keçirilməsi haqqında qanun qəbul edildi. Mülkədar torpaqlarının kiçik bir hissəsi alınaraq kəndlilərə satıldı. Bütün məhdudiyyətlərinə baxmayaraq bu islahat kənddə kapitalizmin inkişafını sürətləndirdi. Kəndlərdə qolçomaq təbəqəsi yarandı. Bununla belə, 30-cu illərin əvvəllərində kəndlilərin 52%-i torpaqsız idi.

Böhrandan sonra Albaniyada diktatura rejiminə qarşı mü- barizə artdı. 1935-ci ildə Tiranada gizli "Antidiktatura təşkilatı" meydana gəldi. Bu təşkilat Ə.Zoqu rejimini silahlı yolla devirməyi qarşısına məqsəd qoysa da, onun üzvlərinin geniş kütlələrlə əlaqəsi zəif idi. Ölkənin siyasi həyatında ən mühüm hadisələrdən biri 1936-cı ilin fevralında Kuçevada neftçi-fəh- lələrin tətili oldu. Hərəkatın gedişində Kuçevada fəhlə

təşkilatları və həmkarlar ittifaqı yarandı. 1938-cü ildə fəhlələr Kuçevada "Əmək cəmiyyəti"ni yaratdılar.

İkinci dünya müharibəsi ərəfəsində Albaniya sənaye cə- hətdən geridə qalmış ölkə idi. 1938-ci il sənaye məhsulları ölkənin topdansatış məhsullarının cəmi 9,8%-ni təşkil edirdi, ölkədə cəmi 70 sənaye müəssisəsi var idi.

İkinci dünya müharibəsi başlanmamışdan əvvəl İtaliya qərara gəldi ki, Albaniyanın müstəqilliyinə son qoysun. 1939- cu ilin aprelin 7-də italyan qoşunları Albaniya ərazisinə daxil oldular. Ə.Zoqu hökumətinin ölkənin müdafiəsini təşkil etməkdə bacarıqsızlığı, qərb dövlətlərinin isə təcavüzkara qarşı heç bir ölçü götürməməsi İtaliyaya imkan verdi ki, Albaniya ərazisini qısa bir zamanda işğal etsin.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin