Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


İsveç dünya iqtisadi böhranı illərində



Yüklə 0,59 Mb.
səhifə85/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   156
avropa amerka tarıxı

İsveç dünya iqtisadi böhranı illərində


İsveç sənayesində iqtisadi böhran Avropanın başqa ölkə- lərindən nisbətəngec başladı. İsveçdə iqtisadi böhranın ilk təzahürü 1929-cu ilin oktyabrında ABŞ-da olmuş birja iflasından sonra meydana çıxdı. 1930-cu ildə amerikan kredit bankları ilə bağlı olan Əkinçilik bankının iflası ilə kənd təsərrüfatında da böhran özünü göstərdi. Bununla belə, 1930-cu ildə matorlar, generatorlar, telefon avadanlığı ixracı, demək olar ki, 1929-cu ilə nisbətən artıq idi.

1931-ci ildə sənayedə böhran başlandı. İstehsal bütövlük- də 21%, ixrac üçün işləyən sahələrdə isə 34% aşağı düşdü. Dəmir filizi istehsalı 1896-cı il səviyyəsinə qədər düşdü, onun ixracı isə 5 dəfə azaldı. Böhran keçirməmiş yeganə sahə hərbi sənaye idi. Böhran illərində «Büfors» hərbi konserni öz anbar ehtiyatlarını ləğv etdi, müəssisələrinin işini artırdı, 1932-ci ildə onun gəlirinin miqdarı çoxaldı.

İsveç inhisarlarının beynəlxalq inhisar birləşmələri ilə əlaqəsi kredit-maliyyə sahəsində böhranı xüsusilə göstərdi. İsveçdə Kreyqer konserninin iflası maliyyə böhranı yaratdı, onun ardınca kibrit, elektrotexnika («Erikson») və dəmir filizi («Qrenqesberq») trestlərində böhran yarandı. Bütün İsveç iqtisadiyyatı pozuldu. İşsizlik 50% artdı. İsveç kapital ixrac edən ölkədən kapital idxal edən ölkəyə çevrildi. Kreyqer konserninin iflasından sonra, Kreyqerin hakim sağ liberallar partiyasına və habelə xain çilbumçular təşkilatına pul buraxdığı aşkara çıxarıldı. Bununla əlaqədar siyasi vəziyyət kəskinləşdi. Ekman hökuməti (1930-1932-ci illər) istefaya çıxdı. Hakimiyyət başına gəlmiş Xolernin sağ liberal hökməti ay yarım hakimiyyətdə qala bildi.

İSDP İsveçdə ən nüfuzlu və böyük partiya idi. 1926-cı ildən müxalifətdə olan İSDP 1932-ci il seçkilərində böhranın nəticələrini ləğv etmək və İsveç dövlətinin demokratik yol ilə inkişafını təmin etmək proqramı ilə çıxış etdi və qalib gəldi. 1932-ci ilin sentyabrında P.A.Xansonun sosial-demokrat hö- kuməti təşkil edildi.

Xanson hökuməti işsizlər üçün dövlət işləri sistemi təşkil etdi ki, burada da əmək haqqı azad bazar qiyməti ilə verilirdi. Kənd təsərrüfatına kredit buraxıldı və kənd təsərrüfatı məhsullarının qiyməti artırıldı. Bunun əvəzində «Kəndli ittifaqı» parlamentdə sosial-demokrat hökumətini müdafiə etməyə başladı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin