Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə83/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   156
avropa amerka tarıxı

ŞİMALİ AVROPA DÖVLƏTLƏRI


İ S V E Ç

İsveç üçün birinci dünya müharibəsinin nəticələri


Birinci dünya müharibəsi zamanı İsveç bitərəf mövqe tut- muşdu. Bu siyasət İsveç burjuazisıyanın mənafelərinə uyğun gəlirdi. Çünki o, müharibə aparan hər iki qrup ilə ticarət edirdi. 1916-cı ilə qədər hakimiyyətdə olan mühafizəkarlar Almani- yaya meyl göstərirdi. Lakin ingilis blokadası gücləndikdən sonra ingilispərəst müxalifət gücləndi. 1916-1917-ci illərdə hakimiyyətdə olan liberallar Antantaya dost münasibət göstərirdilər.

Hərbi sənaye ilə əlaqədar olan sahələrdə, ticarət, gəmi- çilikdə burjuaziya varlansa da, fəhlələrin vəziyyəti pis idi. Ər- zaq məhsulları qıt idi. 1915-ci ildən ölkədə kartoçka sistemi tətbiq edilmişdi.

Müharibə dövründə İsveçdə sinfi qüvvələrin kəskin qütb- ləşməsi baş verdi. 1917-ci ilin mayın ortalarında İsveç sol so- sialist-demokrat partiyası yaradıldı. 1917-ci ildə İsveçdə haki- miyyətdə Eden-Brantinq hökuməti idi. 1918-ci ilin sonunda parlament (riksdaq) islahatlar haqqında qanun qəbul etdi. Bu islahatlardan kralın hüququnun məhdudlaşdırılması, 23 yaşına çatmış kişi və qadınlar üçün seçki hüququ verilməsi, 8 saatlıq iş gününün tətbiq edilməsi, orduda xidmət vaxtının azaldılması xüsusi ilə əhəmiyyətli idi.

1920-ci ilə qədər İsveç fəhlələri həm əmək haqqı, həm də əmək şəraiti sahəsində bir sıra güzəştlər əldə etmiş, habelə öz siyasi hüquqlarını genişləndirmişdilər. Bundan 1920-ci il seçki kompaniyasında sağ sosial demokratlar istifadə etdilər. 1920-ci ilin martında Brantinq ilk xalis sosial-demokrat hökuməti təşkil etdi. Bu hökumət pralamentdə çoxluğa malik deyildi və hər vaxt burjuaziya tərəfindən «qanun yolu ilə» hakimiyyətdən götürülə bilərdi. Brantinq geniş islahatlar proqramını (vergilərin azaldılması, mənzil məsələsinin həlli, sənayenin

sosialistləşdirilməsi) irəli sürdü, lakin burjua parlamenti bu proqramı qəbul etmədi.

1920-ci ilin otkyabrında Brantinq hökumətinin Aland adalarını (bu adalar Rusiya imperiyasının tərkibinə daxil idi və inzibati cəhətdən Böyük Finlandiya knyazlığına mənsub idi). İsveçə birləşdirilməsinə yönəldilmiş xarici siyasəti iflasa uğradı. Riksdağa yeni seçkilərdə o, çoxluq qazanmadığından hakimiyyəti «bitərəf» De Qeyer hökmətinə verdi. Bir qədər sonra bu hökumətin yerində Fon Sudovun mühafizəkarlar hökuməti təşkil edildi.

1921-ci ilin martında İsveç Sovet Rusiyası ilə ticarət sazişi bağladı. 1921-ci ilin payızında riksdağa keçirilən seç- kilərdə sağ sosialist-demokratlar 93, mərkəzçilər 6 və yenicə təşkil edilmiş kommunist partiyası (1921-ci il, oktyabr) 7 man- dat aldı. Yenə də hakimiyyətə Brantinq hökuməti gəldi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin