1932-ci ildə bütün liberal qruplar və iki liberal partiya Xalq partiyası adını almış vahid partiyada birləşdi. Sollar Al- maniyaya, bu partiya isə İngiltərə, Fransa, ABŞ-a meyl gös- tərirdi. Avropada faşizmin fəallaşması İsveçdə də faşist təşki- latlarının əmələ gəlməsinə səbəb oldu. İsveç nasional-sosialist partiyası yarandı. Daha sonra İkinci dünya müharibəsinin
sonuna qədər mövcud olan Per-Edqalın faşist partiyası yaradıldı.
1936-cı ildə «Kəndli ittifaqı» partiyası İSDP-dən ayrıldı ki, bu da Xanson hökumətinin istefasına səbəb oldu.
1936-cı ilin yayında riksdaq seçkilərində İSDP yenidən
«Kəndli ittifaqı» ilə sazişə girdi, Xanson-Person-Bramstrop koalisiya hökuməti təşkil edildi. Bu hökumət 1939-cu ilin sonuna qədər hakimiyyətdə oldu.
1936-cı ildə «mötədil qüvvələrin birliyi» əldə edildi ki, bu da İsveç burjuaziyasının bütün qruplarının (onların xüsusi mənafelərinin və xarici siyasətdə meyllərinin müxtəlifliyinə baxmayaraq) mənafeyini müdafiə edirdi. Bu birlik İsveç malla- rının hər iki imperialist qruplarına (Almaniya İttifaqı və ABŞ- İngiltərə-Fransa) satışını genişləndirmək üçün müharibə ərə- fəsində əmələ gəlmiş yüksək konyukturadan sona qədər istifadə etmək səyini əks etdirirdi.
Dostları ilə paylaş: |